Onlayn ictimai-siyasi qəzet
“Avropa İttifaqı heç bir dövlətin öz sərhədlərinə hücum etməsinə icazə verməyəcək”.
Musavat.com xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarətlə bağlı bəyanatlarını şərh edərkən bu sözləri sərf edib.
Onun sözlərinə görə, Avropa güclü qitədir, lakin Avropa İttifaqını gücləndirmək üçün əlavə tədbirlər görülməlidir.
“Əgər siz məndən ABŞ-ın Qrenlandiyanı fəth edib-etməyəcəyini soruşsanız, cavabım “yox” olacaq. Lakin “güclülər qanununun geri döndüyü bir dövrə qədəm qoymuşuqmu?” - cavabım bəlidir”, - deyə Barro “France Inter” radiosuna müsahibəsində bildirib.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ