İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikadan ŞOK XƏBƏRDARLIQ: Rusiya Kiyevdəki dövlət obyektlərinə ZƏRBƏLƏR ENDİRƏCƏK – hazırlıq BAŞLADI

ABŞ-ın Ukraynadakı səfirliyi bəyan edib ki, Rusiya Kiyevdəki dövlət obyektlərinə hücumlar hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə “Военный обозреватель” telegram kanalı məlumat yayıb.

Nəşrin müəllifləri Rusiya ordusunun hücumlara hazırlığının təfərrüatlarını açıqlamayıb. Bir çox ekspertlər hesab edir ki, Rusiya ordusunun Kiyev və Odessadakı əsas inzibati binalara və hərbi obyektlərə zərbələr endirmək üçün ağır aviasiya bombalarından istifadə etməyinin vaxtı çoxdan çatıb.
Son zamanlar rus qoşunları strateji obyektlərin yerləşdiyi bu mühüm yaşayış məntəqələrindən yayınır. Analitiklər Rusiyanın Nikolayev və Odessa vilayətlərinin liman şəhərlərinə hücumlarını istisna etmirlər.

Məlumata görə, son bir neçə gündə Kiyev bu bölgələrə külli miqdarda Qərb texnikası gətirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Odessadakı azərbaycanlı diaspor fəalı Anar Natiqoğludur.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR