Onlayn ictimai-siyasi qəzet
İsrail Baş nazir Benyamin Netanyahunun tezliklə Azərbaycana rəsmi səfəri gözlənilir.
Musavat.com-un xəbərinə görə, “Yerusəlim Post” qəzetində dərc olunan bir məqalədə qeyd olunur ki, İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri Tehranda ciddi narahatlıq yaradıb.
Məqalədə bu səfərin Yaxın Şərqdə, xüsusən də Suriyada mövcud geosiyasi tarazlıqlara təsir göstərə biləcəyi vurğulanır.
Nəşr iddia edir ki, Bakı, Qüds və Ankara arasında formalaşan strateji, lakin rəsmi olaraq təsdiqlənməmiş tərəfdaşlıq Suriyada döyüş meydanında mövcud qüvvələr nisbətinə yenidən baxmağa səbəb ola bilər. Məqalədə bu ittifaqın İranın regional planlarına zərbə vuracağı da qeyd edilir.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ