Onlayn ictimai-siyasi qəzet
Bu gün Türkiyənin Kütahya vilayətinin Simav rayonunda ard-arda zəlzələlər qeydə alınıb.
Musavat.com-un xəbərinə görə, səhər saatlarından etibarən bölgədə 3 zəlzələ baş verib, ən güclüsü isə 4.6 (Kandilli ölçümünə görə 4.8) bal gücündə olub.
AFAD və Kandilli Rəsədxanasının məlumatına görə:
• Saat 07:23 – 4.5 bal
• Saat 07:29 – 3.9 bal
• Saat 10:20 – 4.6 bal (Kandilli: 4.8 bal) gücündə zəlzələlər baş verib.
Zəlzələlərin episentri Simav rayonu olub və 8.8–12.17 km dərinlikdə qeydə alınıb. Titrəyişlər Kütahya, eləcə də Bursa daxil olmaqla ətraf bölgələrdə də hiss olunub.
Kütahya valisi Musa Işın CNN TÜRK-ə verdiyi açıqlamada bildirib:
“Çox şükür, can və mal itkisi yoxdur. Dəqiq nəticələr daha sonra açıqlanacaq”.
Vali əlavə edib ki, ehtiyat tədbiri olaraq Simav və ətraf kəndlərdə məktəblər bir günlüyə bağlanıb.
Geofizika mühəndisi Ali İlker Bulut zəlzələnin İstanbulda gözlənilən zəlzələ ilə əlaqəsinin olmadığını bildirib. O, bu təkanların lokal fay xətlərindən qaynaqlandığını qeyd edib və əhalini rəsmi qurumların yönləndirmələrinə əməl etməyə çağırıb.
AFAD isə bölgədə tədqiqatların davam etdiyini, hazırda neqativ hal yaşanmadığını açıqlayıb.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ