Onlayn ictimai-siyasi qəzet
Tanınmış rusiyalı siyasi təhlilçi və publisist Maksim Şevçenkonun sosial şəbəkələrdə yayılan videosu böyük rezonans doğurub.
Musavat.com xəbər verir ki, Şevçenko videoda İrəvan xanlığının və hazırkı Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu bəyan edir.
O, çıxışında bildirir ki, ermənilərin bu ərazilərə kütləvi şəkildə köçürülməsi 1918-ci ildən sonra – Osmanlı-Rusiya müharibəsinin nəticələri fonunda həyata keçirilib. Rusiyalı analitik bu iddianı qətiyyətli və emosional şəkildə ifadə edib.
“İrəvan xanlığı Azərbaycan torpağı olub. Ermənistan adlı dövlətin bu torpaqlarda yaranması – tarixi təhrifdir. Ermənilər bu ərazilərə sonradan köçürülüb, süni şəkildə yerləşdirilib,” – deyə, Şevçenko vurğulayıb.
Onun bu fikirləri sosial şəbəkələrdə xüsusilə Azərbaycan auditoriyası tərəfindən maraq və təqdirlə qarşılanıb. İzləyicilər videonu “tarixin açıq etirafı”, “böyük cəsarət”, kimi dəyərləndiriblər.
Şevçenkonun sözləri Ermənistanda və erməni diasporunda isə kəskin reaksiyalara səbəb olub. Lakin analitik öz mövqeyini müdafiə edərək, tarixi faktların təhrifinə qarşı çıxdığını bildirib.
Maksim Şevçenko daha öncə də Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti və Azərbaycanın haqlı mövqeyi ilə bağlı fikirləri ilə tanınır.
Musavat.com həmin videonu təqdim edir və Şevçenkonun səsləndirdiyi bu iddiaların regionda yeni müzakirələrə yol açacağını ehtimal edir:
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ