Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, razılıq əldə olunmasa, iki həftə ərzində ABŞ-ın Ukrayna üzrə danışıqlardan çıxması məsələsini qaldıra bilər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidentinin dediyinə görə, bu müddət danışıqlar prosesi üçün əsas olacaq.
Tramp bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin Ukrayna ərazisinə zərbələrin dayandırılması ilə bağlı çağırışları dinləməyə hazır olduğuna əmin olduğunu bildirib. Onun sözlərinə görə, hər iki tərəf məsələnin sülh yolu ilə həllində maraqlıdır.
Tramp deyib ki, tanqoda olduğu kimi sazişlərdə də bir araya gəlmək istəyən iki tərəf lazmdır.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ