Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın “Gürcü Arzusu” Partiyasının sədri İrakli Qaribaşvili siyasətdən getdiyini açıqlasa da, gələcəkdə siyasətə qayıtma ehtimalını da tam istisna etməyib.
Musavat.com xəbər verir ki, Qaribaşvili açıqlamasında müxalifətə keçmək niyyətində olmadığını vurğulayıb və ölkəni tərk etmək planının da olmadığını bildirib. “Mən iki dəfə Baş Nazir, Müdafiə Naziri, Daxili İşlər Naziri, son iki ildə isə hakim partiyanın sədri olmuşam. Biz ölkədə sülh, sabitlik və inkişafı təmin etdik, Dövlətin Suverenliyini gücləndirdik. Bu illər ərzində ölkəmə və partiyama sədaqətlə xidmət etmişəm”, – deyə o bildirib.
Qaribaşvili Partiyanın qurucusu Bidzina İvanişviliyə təşəkkürünü bildirərək onu Gürcüstanda sülhün təminatçısı adlandırıb: “Mən 'Gürcü Arzusu'nun və ölkəmizin sadiq əsgəri olaraq qalıram. Bütün komandaya uğurlar arzulayıram”, – deyə Qaribaşvili bəyan edib.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ