Onlayn ictimai-siyasi qəzet
“Barselona”nın qapıçısı Voyçex Şensnı siqaret çəkməyi tövsiyə etmir.
“Qafqazinfo” xəbər verir ki, İspaniya mətbuatına açıqlamasında pis vərdişindən də söz açan polşalı qolkiper bunları qeyd edib:
“Oyunun elə məqamları var ki, məncə, bu baxımdan gənclərə və ümumiyyətlə, komanda yoldaşlarıma mükəmməl nümunə ola bilərəm. Siqaret çəkməyə gəlincə, xahiş edirəm, məni təkrarlamayın, bunu etməyin. Gənclik illərimdə bu pis vərdiş yaranıb və mənə pis təsir etdiyini bilirəm. Bu, uduzduğum bir döyüşdür. Ona görə də, məni təkrarlamayın”.
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ