Onlayn ictimai-siyasi qəzet
“Müalicəm davam edir. Hələ İstanbuldayam. Yəqin ki, yaxın aylar ərzində bir müddət Türkiyəyə gəlib gedəcəm”.
Bu sözləri Türkiyədə müalicə alan tanınmış jurnalist Azər Rəşidoğlu deyib.
“Buradakı həkimlər müalicə aldığım hospitalda ən müasir avadanlıqların olduğunu nəzərə alıb, tədavinin məhz bu klinikada və bu həkimlərin nəzarətində davam etdirilməsini məsləhət görürlər. Heydər Əliyev Fondu sağalana qədər dövlətin yanımda olacağını və həkimlərin məsləhətlərini əsas götürəcəklərini dedilər. Buna görə bir daha Heydər Əliyev Fonduna təşəkkür edirəm. Müalicə uğurla gedir, Azərbaycanın dəstəyini hər an hiss edirəm””-deyə o vurğulayıb.
Xatırladaq ki, Azər Rəşidoğlu onkoloji əməliyyatdan sonra vəziyyəti pisləşmişdi. Onun xarici ölkədə təcili əməliyyatına ehtiyac yaranmıdı. Heydər Əliyev Fondu jurnalistin müalicə xərclərini üzərinə götürüb./Azpost
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ