İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kişinin cibinə pul qoyarlar” - VİDEO

“Özümü tanıyan oğlanam. O pulları görəndə heç kimi onları görməmişdi. Mən o qızlar kimi əlimə dollarla yığıb video çəkdirməmişəm. Toyda gözümü yumub oxuyurdum. Həmin an cibimə pul qoydular. O pulu götürüb necə yerə ata bilərəm? Hər kişiyə, hər oxuyana da pul vermirlər. Gərək o pulu yaxşı oxuyub alasan. Müğənniyə pul verəndə nə olur? Mən əlimdə göstəriş üçün o pulu tutub oxumuram. Kişinin cibinə pul qoyarlar”.

Bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Gün ortası” verilişində deyib.

Sənətçi həmkarı Əməkdar artist Vasif Məhərrəmlinin proqramların birində “Manafın şabaş videosunu sildirtdim” açıqlamasına aydınlıq gətirib:

“Sənət dostum Vasif də dedi ki, cibinə arda-arda pul basırlar və bunu da görən, ehtiyacı olan var. Cavab verdim ki, necə olur ki, 10 min dollar pul verirlər heç gözləri görmür, amma cibimə 200 dollar qoyanda bu hamının gözünə görsənir. Yaxşı oxumuşam, yaxşı publika və alqış var. Dedi ki, məsləhər görürəm ki, videonu sil. Məndə onunla razılaşdım və videonu sildim. Orada böyük bir şey yoxdur. Gürcüstana toya getmişdim. Orada ayağımın altına “Xəzər” dənizi qədər ayağımın altına pul tökmüşdürlər. 40 ildir ki, bu sənətdəyəm. Məni pulla heç kim təəccübləndirə bilməz. Yaxşı oxuyana, canlı ifa göstərənə pul verərlər. Burada pis nə var ki? Məni çəkən adama deyirəm ki, gördün ki, kimsə mənə pul verir onu çəkmə, lazım deyil”.    (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR