Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatlar avqustun 12-də bildirib ki, kəşfiyyat dəyərləndirmələri ilə razıdır, İran və yaxud onun Yaxın Şərqdəki proksiləri bu həftənin əvvəlində İsrailə hücum edə bilərlər. Vaşinqton Tehranı davamlı hədələrdən əl çəkməyə çağırıb.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, milli təhlükəsizlik sözçüsü Con Kirbi jurnalistlərə deyib ki, prezident Co Bayden Qərbdəki əsas müttəfiqlərlə vəziyyəti müzakirə edib. Onun sözlərinə görə, Vaşinqton İranın İsrailə tezliklə hücum edə biləcəyi barədə xəbərlərə ciddi yanaşır.
ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasının siyasi lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda qətlinə görə İran İsraili ittiham edir və buna görə cavab verəcəyini bildirib. Bu isə regionda daha böyük münaqişənin başlaya biləcəyi ilə bağlı qorxu yaradıb.
"Ciddi hücumlara hazır olmalıyıq. Bu səbəbdən son bir neçə gündə regiondakı qüvvələr nisbətimizi gücləndirmişik", – Kirbi vurğulayıb.
"Regionda əhəmiyyətli sayda qüvvəmiz var. Son bir neçə gündə onların nisbətini müəyyən qədər dəyişmişik. Prezident əmindir ki, İsrailin müdafiəsinə kömək göstərməyə qadirik", – Kirbi əlavə edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ