Onlayn ictimai-siyasi qəzet
Rusiyada “Priqojin qiyamı”ndan sonra Putinin hakimiyyətdən çəkiləcəyi, devriləcəyi barədə çox yazılır. Amma necə deyərlər, çomağın o biri başı - Zelenski də var. Deyim ki, onun ətrafında da hazırda müəmmalı proses cərəyan edir.
Ukraynada bu ilin oktyabrında parlament seçkiləri, gələn ilin yazında isə prezident seçkisi keçirilməlidir. Amma ölkə konstitusiyası hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsini qadağan edir. Ukraynada isə “seçki yarışı” başlamış kimi görünür. Məsələn, Kiyev meri Vitali Kliçko və boksçu Oleksandr Usık prezidentlik yarışında iştirak etməkdən danışır, siyasi müxalifət də hərbi vəziyyətə rəğmən, xüsusilə Vilnüs sammitindən sonra Zelenskiyə tənqidlərin dozasını artırıblar.
Müharibənin ilk günlərində əli avtomatlı şəkillərini paylaşan sabiq prezident və müxalifət lideri Petro Poroşenko indi “silahını” daha çox Kiyev hakimiyyətinə yönəldib. Poroşenkonun müttəfiqi keçmiş baş prokuror Yuri Lutsenko isə Zelenskini ölkəni müharibəyə sürükləməkdə ittiham edib. Onun sözlərinə görə, indiki dövlət başçısı hakimiyyətə “tamamilə hazırlıqsız” gəlib, Qərb müttəfiqləri ilə gərginlik yaradıb və dövlət idarəçiliyi sistemini bərbad vəziyyətə salıb.
Belə görünür ki, onlar Qərbin Zelenskidən narazı olduğunun fərqindədirlər və “biz də varıq” mesajı verərək, öz xidmətlərini təklif edirlər. Qərb mediası Ukrayna hakimiyyətindən narazılığını hələ ki, əks-hücumun effektiv olmaması və ləng aparılması barədə tənqidi məqalələrlə bildirir.
Müxalifətin bu fəallığını Ukraynanın siyasi dairələrində seçkilərin ola biləcəyi haqda iddialarla bağlayanlar da var. Guya parlament və prezident seçkilərinin eyni vaxtda keçirilməsi variantı müzakirə edilir, Zelenski komandası isə rəqiblərin hazırlaşmasının qarşısını almaq üçün qəfil hərbi vəziyyəti ləğv edib seçkilər keçirə bilər. Ölkədən kənarda olan təxminən 7 milyonun elektron səsvermə yolu ilə iştirak edə biləcəyi, seçki komissiyalarında fəal hazırlıq başladığı da deyilir.
Ukraynada mümkün hakimiyyət dəyişikliyi ABŞ-da seçki kampaniyasının startının yaxınlaşması ilə də izah edilir. Bildirilir ki, əks-hücum uğursuz olarsa, Bayden hakimiyyəti nəhəng pulların və yüzlərlə texnikanın niyə havaya sovrulduğu haqda suallara cavab verməli olacaq. Belə bir şəraitdə isə Zelenskinin dəyişdirilməsi qərarı gündəmə gələ bilər.
Müharibə səbəbindən siyasətçilərin reytinqi ilə bağlı sorğuların obyektiv olduğuna şübhə çoxdur. Amma Zelenskinin 1 il əvvəlki reytinqinin xeyli gerilədiyi iddia olunur.
Ukrayna prezidentinin mümkün sələfi kimi yenə də Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının adı çəkilir. Zalujnının Krımı azad edəcəyi ilə bağlı “məni heç kim durdura bilməz” açıqlaması kafaları bir az qarışdıra bilər, amma savaşı durdurmaq qərarı olsa, hər şey bəlkə də onun mövqeyindən asılı olacaq. Çünki Zelenskinin heç bir halda masaya oturmayacağı gözləniləndir, Qərbin narazılığına səbəb kimi Ukrayna rəhbərinin mümkün danışıqlarla bağlı istənilən təklifə müqavimət göstərməsi də var. Zalujnı isə siyasətçi deyil, hərbçidir və ölkəsi üçün çətin qərarlara imza ata da bilər...
Zelensiyə münasibətim bəlli olsa da, heç kim, hətta dəmir iradəsi olan da deyə bilməz ki, indi Zelenskinin yerində olsaydı, nəyi və necə edərdi. Qərb gəlib Ukraynada döyüşməyəcəyini müharibənin “iyi” duyulandan bəyan etmişdi. Zelenski isə müharibə başlayandan deyir ki, etdikləriniz Rusiyanı durdurmaq üçün kifayət etmir...
Xatırlayıram ki, hələ müharibə yenicə başlayanda bu savaşın sonunda Putin və Zelenskidən birinin prezident postunda qalmayacağını yazmışdım. Savaşın sonu hələ ki, görünmür. Putinə qarşı bir qiyam cəhdi oldu, Zelenskini isə nələr gözlədiyi indilikdə bir müəmma...
16 Noyabr 2024
12 Noyabr 2024
17 Avqust 2024
27 Iyul 2024
21 Iyul 2024
30 Iyun 2024
21 Iyun 2024
16 Iyun 2024
14 Iyun 2024
08 Iyun 2024
28 May 2024
22 May 2024
19 May 2024
12 May 2024
10 May 2024
08 May 2024
03 May 2024
30 Aprel 2024
27 Aprel 2024
21 Aprel 2024
12 Aprel 2024
06 Aprel 2024
05 Aprel 2024
31 Mart 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
23 Mart 2024
21 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ