İnsanlara hürriyət, millətlərə istiqlal!

Yolaçanlar, yolbağlayanlar…  

 

Azərbaycan Prezidenti İlham Əliyev dünən - iyulun 20-də Füzuli rayonunda olub.

Dövlət başçısı 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 km.-lik hissəsinin tikintisi ilə tanış olub.

Prezident həmçinin Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində olub. Yol, Xocalı, Dövlət başçısı!.. - Bu, sadə və yerigəlmişkən bir sıralama deyil, əlbəttə. Əlbəttə, “Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” (Heydər Əliyev).

İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycan ərazisində, konkret olaraq, Qarabağ və Gündoğar Zəngəzurda SSRİ dönəmində çəkilmiş yollardan daha uzun, enli, çoxşaxəli yollar çəkilib. İlham Əliyevin prezidentliyi dönəmində ölkəmizdə elə yollar, körpülər, tunellər çəkilib ki, oralarda daha öncələr heç yol olmayıb, gediş-gəliş olmayıb… Bunlar bir tərəfdən müstəqilliyin nemətidirsə, digər yandan İlham Əliyevin qurucu Prezident olması ilə sıx bağlıdır. Açıq-aydın görünür ki, ölkə həyatı yeni və böyük fəslə keçir. Bu keçid 44 günlük müharibədən öncə də, sonra da özünəxas məzmun və mahiyyət daşıyıb (daşıyır). Zəfər qazanmışıq amma bununla arxayınlaşmamışıq, - Şuşada dalğalanan qutsal bayrağımızın göstərdiyi ulu yolun fərqindəyik.

Bunlar tarixi Zəfərimizə aparan yollarla da, Zəfərin nəticələri ilə də möhkəm bağlıdır. Dövlət-xalq birliyi bu yollarımızı rəvan, işıqlı, ellərimizi abad edir. Qarabağa, Gündoğar Zəngəzura mədəniyyət qayıdır, insanlıq qayıdır, xeyirxahlıq qayıdır. Qayıdış varsa, YOL var! Yol varsa, Yolaçan var, Yolçəkən var!

Yeri gəlmişkən, bugünlərdə Laçına yeni köçlərin sevincini yaşayırıq.

Ermənilər laçınlıların öz ev-eşiyinə qayıdışını yəqin ki düşünmürdü və hətta 44 günlük müharibədən sonra belə, qəbullana bilmirdi. Budur, Laçına hər həftə yeni köçümüz var! Hələ Xocalıya, Əsgərana, Xankəndiyə… köçümüzü görəcəyik. Görəcəyik ki, güclü dövlət, qalib xalq, siyasi iradəsi sarsılmaz olan dövlət başçısı və də dövlət-xalq birliyi nələrə qadirdir. Ağdam-Xankəndi yolunun separatçılar tərəfindən beton piltələrlə “bağlanması”, Xankəndidə bekara çadırlar qurulması və qondarma rejimin sərsəm çağırışları fonunda,

Prezidentin yeni yolun tikintisi ilə tanış olması, Xocalının iki kəndini ziyarət etməsi yollarımızın yeni ünvanlarını nişan verir, simgələyir.

Hər şey çox yaxşı olacaq!

Qaldı, sülhməramsızların hoqqalarına və onlarla bağlı beynəlxalq, yerli və məhəlli diskusiyalara - şübhəsiz, sülhməramsızlar bizim Qarabağda müvəqqətidir. Çıxacaqlar, gedəcəklər! Əfqanıstandan, Almaniyadan, Gündoğar Avropadan, keçmiş SSRİ-nin bir çox ərazilərindən çıxmış - zəngin “evə dönüş” təcrübəsinə malik sülhməramsızlar Qarabağdan da çıxacaq, əlbət! Oralara (fərqli vaxtlarda fərqli coğrafiyalara…) niyə getmiş, niyə çıxmışdı - öz işləridir, bizim də öz işimiz var. Qarabağla bağlı məsələlər bizim işimizdi, içimizdi, irsimizdi. Biz öz işimizi bilirik.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Iyul 2025

29 Iyun 2025

27 Iyun 2025

26 Iyun 2025

22 Iyun 2025

19 Iyun 2025

04 Iyun 2025

28 May 2025

21 May 2025

19 May 2025

11 May 2025

08 May 2025

30 Aprel 2025

29 Aprel 2025

26 Aprel 2025

25 Aprel 2025

24 Aprel 2025

21 Aprel 2025

17 Aprel 2025

12 Aprel 2025

09 Aprel 2025

31 Mart 2025

29 Mart 2025

27 Mart 2025

20 Mart 2025

08 Mart 2025

06 Mart 2025

05 Mart 2025

01 Mart 2025

28 Fevral 2025