İnsanlara hürriyət, millətlərə istiqlal!

Vilson görüşündən Baydenin İlham Əliyevə məktubunadək...Böyüyən AZƏRBAYCAN

Bu günlərdə tarixi hadisələr bir-birini o qədər sürətlə əvəz etdi ki...Hamısı da bir-birindən möhtəşəm xəbərlər: xüsusilə də Şuşaya, Xocalıya köç karvanları, Azərbaycanın liderliyi ilə düzənlənən tədbirlər, azad olunmuş Zəngilanda beynəlxalq ekspertlərin iştirakı ilə faktiki olaraq Ermənistanın cinayətlərini ifşa məzmunlu beynəlxalq mina konfransı...

ABŞ Prezidentinin Müstəqillik günü ilə bağlı təbrik məktubu da kifayət qədər diqqətə layiq hadisədir. 1919-cu ilin 28 mayında – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının birinci ildönümündə Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti Vudro Vilsonla görüşmüşdü. Cümhuriyyət parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən sonra Vilsonun Azərbaycana münasibəti dəyişmişdi və yeni yaranmış bu dövləti tanımağa qərar vermişdi.

f83U5c.jpg (50 KB)

1920-ci ilin 11 yanvarında, Paris Sülh Konfransında Azərbaycan və Gürcüstanın müstəqilliyinin de-fakto tanınmasında bu faktorun misilsiz rolu oldu. Təbii ki, gecəli-gündüzlü çalışmaların nəticəsində. Azərbaycan ərazilərində yaradılmış 9 min kv.km-lik Ermənistan adlı qondarma ölkənin təmsilçiləri aylarla davam edən mücadilədən sonra İstanbuldan Parisə viza ala bilən Azərbaycan heyətindən fərqli olaraq, çox-çox əvvəldən Fransada peyda olmuşdular, təbliğatlarını və Azərbaycana qarşı fəaliyyətlərini aparırdılar, lakin tanınmaq onlara nəsib olmadı, kor-peşman qayıtdılar. Təsadüfi deyil ki, Nikol Paşinyan Ermənistanın “kadastr sənədi”nin olmadığını deyərək, Qazax istiqamətində sərhədlərin dəqiqləşdirilməsinə start verilməsini toy-bayram, ermənilərin xilası kimi təqdim edir. Anlayır ki, bir az da yollarını azsalar, 104 il əvvəl Parisdə - bu gün ölkəmizə qarşı təfriqələrin hazırlandığı o şər yuvasında 114 min kv.km-lik ərazi ilə tanınan, xəritəsində Göyçə-Zəngəzurun da əksini tapdığı Azərbaycan dövlətinin siyasi varisi özünün iddiasını ortaya qoya və Ermənistandan əsər-əlamət qalmaz!

WhatsApp Image 2024-06-01 at 10.20.42.jpeg (66 KB)

O zaman ABŞ prezidenti Vilson Azərbaycan heyəti ilə - əsl dövlət xadimləri ilə görüşənədək Qafqazda belə bir dövlətin mövcudluğuna şübhə ilə yanaşırdı, görüşdən sonra tərəddüdlərinə son qoydu…

2024-cü ilin 28 Mayı ərəfəsində ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə təbrik məktubunda oxuyuruq: “Hörmətli cənab Prezident, Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinə dəyər verir. Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk...” Bayden Azərbaycanın evsahibliyi ilə keçiriləcək nəhəng tədbirdən də bəhs edib, “noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq”- deyə, bildirib.

bf869bad-f5c6-403d-9dca-c9a8c95b.jpg (333 KB)

Və: “Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq edir. Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə, biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq. Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm”.

Dünyanın supergücünün liderinin Müstəqillik günümüzlə bağlı məktubunda yer alan bu tarixi kəlmələrin olduqca mühüm əhəmiyyəti var. Azərbaycan dövlətinin imzası imzalar içindədir, bunu kimsə dana bilməz, xüsusilə də Şuşa, Xankəndi, Xocalı... zəfərindən sonra!

Dünyanın güclü liderləri sırasında olan Prezident İlham Əliyev təkcə Qarabağı, Şərqi Zəngəzuru qaytarmadı, Ermənistanın, havadarlarının Azərbaycana doğru uzanan çirkli əllərini birdəfəlik kəsmək üçün də tarixi qərarlara imza atdı və atmaqdadır. Sərhəd dirəkləri ilk dəfədir basdırılır bu ölkə ilə, özü də Prezidentin dediyi kimi, “Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək”. 

anti-terror.jpg (118 KB)

Ötən ilin sentyabrında bir günlük antiterror əməliyyatları ilə Andronikin varislərinin kökünü qazıyan, xunta rejiminin qalıqlarını qulaqlayıb, qandallayıb Bakı həbsxanasına gətirən Azərbaycan dövlətinin böyük sərkərdəsi Cümhuriyyət dövründən qalmış bir çox həllivacib məsələləri də nizama qoymaqda qərarlıdır və o hədəflərə doğru yorulmadan çalışır. Elə sədd yaradılacaq ki, düşmən bir daha boynu üstə Azərbaycana doğru kəm baxmağa cürət eləməsin, ölkəmizə, xalqımıza qarşı təhlükə yarada bilməsin, Dəmir Yumruq dərhal başına endirilsin! Gələcək nəsillərə Ermənistanla bağlı zərrə qədər də problem saxlamaq olmaz, dövlət başçımız məhz bu amalla gərgin qrafikdə çalışır.

ABŞ Prezidenti Baydenin təbrik məktubunu və orada qeyd olunan fikirləri xüsusi önəmli məsələ kimi şərh etmək lazım deyil.

Heç şübhəsiz ki, ABŞ prezidenti Co Baydenin məktubu 44 günlük müharibədən sonra  Cənubi Qafqazda formalaşmış yeni reallığın bütün dünya kimi ABŞ tərəfindən də qəbul olunması, Azərbaycanın önəminin etiraf edilməsi və yeni reallıqlar çərçivəsində Azərbaycanla əməkdaşlığın davam etdirilməsi əzminin ifadəsidir. 

6585699e6d1a36585699e6d1a4170324214295bdd2e0b40dccbe89f96d3055f60d3e.jpg (214 KB)

Azərbaycan Prezidentinin məqsədyönlü və prinsipial siyasətinin uğurları, ölkəmizin bütün dünyada nüfuzunun yüksəlməsi və dünya liderlərinin cənab Prezidentə təbrik məktublarında bunun aydın şəkildə ifadə olunması dostları sevindirir, düşmənlərin bağrını yarır. Çünki bir sıra paytaxtlar, Ermənistanın Qarabağı əbədi ilhaqına stimul verən hakimiyyətlər işğala son qoyulması, xunta rejiminin kökünün qazılmasından sonra da mənfur əməllərindən əl çəkməyərək, Azərbaycana qarşı sanksiya qərarlarının qəbul olunması üçün çox canfəşanlıqlar etdilər, Makron Fransasının hətta BMT Təhlükəsizlik Şurası səviyyəsində hansı oyunlardan çıxmasını unutmayacağıq. Bu, özünün beynəlxalq hüquqa əsasən, təkbaşına azad etməsinə, Ermənistanın işğalçı siyasəti ilə bağlı 4 qətnamə qəbul etmiş BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkə tərəfindən verilən ədalətsiz və həm də vicdansız münasibət idi. Makron 1920-ci ildə Fransanın başında dayansaydı, bəlkə Azərbaycan Xalq Cümhuriyyətinin də müstəqil dövlət kimi tanınmasına imkan verməməyə çalışardı. 

Azərbaycan özünün təbii haqqını geri alıb, qeyri-adi nə baş verib ki, bunlar yaxalarını yırtır? Azərbaycan hələ Zəngəzurun qərbini geri tələb etmir. O əraziləri ki, 1920-ci ildə zorla, xalqımızın iradəsinə zidd olaraq qoparıb Ermənistana verdilər, bunu hətta Parisdə nəşr olunan fransız qəzeti də yazdı, məhz Zəngəzur adı ilə! “1920-ci il iyulun 1-də Sovet Rusiyasının Ermənistanla əldə etdiyi razılaşmaya əsasən, Azərbaycanın Zəngəzur bölgəsi ermənilərə verilib, bununla razılaşmayan yerli əhali olan tatarlar (azərbaycanlılar) isə ermənilərlə döyüşməkdə davam edirlər”-Fransa qəzeti manşetdən yazırdı.

WhatsApp Image 2024-06-01 at 10.20.07.jpeg (102 KB)

Makron Fransası bu qəzeti unutsa da, biz unutmamışıq! Fransada çap olunan Azərbaycan Xalq Cümhuriyyətinin Göyçə gölünün 3-də 2-sini də əhatə edən xəritəsini həmçinin...Millətlər Liqasının arxivində saxlanılan həmin xəritə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasına Göyçə gölünün su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı ədaləti təmin etmək hüququ verir, xüsusilə də Ermənistanın 30 illik beynəlxalq cinayətlər törətməsi, Azərbaycana yüz milyardlarla dollarlıq zərər vurması, müharibə cinayətləri törətməsi halında...Fransa bütün bunlardan sonra da “daşı ətəyindən tökməyərək” erməni revanşizminə dəstək verəcəksə, Azərbaycandan layiq olduğu cavabı görəcək. Çünki bugünkü Azərbaycan 1920-ci ilin Azərbaycanı deyil! Bunu ABŞ Prezidenti də özünün Prezident İlham Əliyevə məktubunda da ifadə və etiraf edib. Vilson Topçubaşovu və komandasını görəndə heyrətlənmişdi. Amma Prezident Əliyevi kifayət qədər yaxşı tanıyan və onun imza atdığı tarixi uğurlara şahid olan Bayden təəccüblənmir, sadəcə artıq etiraf edir Azərbaycan dövlət başçısının dünya miqyaslı liderlər sırasında qərar tutmasını. Həmçinin Azərbaycan dövlətinin rolu və mövqeyi də nəzərə alınır.

Son aylarda ölkəmizə qarşı ABŞ-dan da bir neçə dəfə həmlələr oldu. Gah Senat səviyyəsində anti-Azərbaycan qərar qəbul olundu, gah Brüssel formatında əleyhimizə nələrsə qarışdırmağa çalışdılar, gah 44 günlük zəfərimizə qarşı 44 azərbaycanlı haqqında sanksiya qərarı qəbul edəcəklərinin anonsunu verdilər, amma hər dəfə cavablarını aldılar, özü də yüksək səviyyədə, Prezident Əliyevə zəng edib, üzrxahlıq etdilər, Bakıya səfər üçün izn istədilər.

01000000-0aff-0242-f170-08dc6dab.jpg (231 KB)

Nəhayət, Bakıdakı ABŞ səfiri Şuşadan şəkillər paylaşdı! Vilson Amerikası dönəmində, Topçubaşovla görüş zamanı Azərbaycanın ərazisi 114 min kv.km idi. 106 il sonra, Cosef Baydenin zamanında isə dövlətimizin mövcud əraziləri 86,6 min kv.km-dir, bəlli səbəblərdən. Amma Azərbaycan coğrafi ərazisinə görə kiçilsə də - hələ məkrli qüvvələr 30 il ərzində bizim 66,6 min kv.km-lə kifayətlənməyimiz üçün çalışırdılar – bu gün tarixdə olmadığı qədər BÖYÜKdür!

WhatsApp Image 2024-06-01 at 11.02.00.jpeg (14 KB)


Məhz buna görə də dünyanın supergücünə rəhbərlik edən Bayden “Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinə dəyər verir”, -yazır.

Digərləri nümunə götürsün!

Azərbaycanın maraqlarına qarşı çıxanlar ya uduzacaq, ya da uduzacaq, çünki ilahi ədalət var, gec-tez yerini tapır!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024