İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə, Kardak adaları və Qarabağ...

Dünyanın güc mərkəzləri “Bir millət, iki dövlət” tezisinin arxasından gec-tez “Qarabağ bizim də davamızdır” bəyanının, tarixi “Şuşa Bəyannaməsinin” gələcəyindən hələ illər öncə duyuq düşmüşdülər, ona görə də...

Bilirəm, indiki dövrdə bir az da qəribə səslənəcək, amma Türkiyədə heç olmadım.

Rauf bəy (Arifoğlu) bir neçə dəfə yay məzuniyyətində “gəl, səni göndərək Türkiyəyə” deyib. Yəni bir var imkanın olmaya, bir də var... Bir də var, yəqin ki, qismət. Bəhanəm həmişə olub, biri də qatarla getmək istəyimdi. Bakı- İstanbul qatarı ilə məsələn...

Hələ SSRİ dönəmində atamın Türkiyədə işləyən alim dostu mənim üçün bir yay köynəyi gətirmişdi. Türkiyə o zaman bizdən çox uzaq bir ölkə idi, arada sovet ideolojisinin gözəgörünməz sərhədi də vardı. Təbii ki, məktəbdəki tarix kitabları da bizə başqa millətlərin sərkərdələrini öyrədirdi, Atatürkü yox. Bir də nədənsə, Səfəvilərlə Osmanlı arasındakı Çaldıran döyüşünü... Atatürkün adına isə ilk dəfə evimizdəki zəngin kitabxanada sovet ensklopediyasında(ASE) oxuduğumu xatırlayıram. Epizodik bir “görüş”...

rams-turkiye-den-cumhuriyetimizin-100-yilina-16468450_1198_amp.jpg (79 KB)

Müstəqilliyimizin ilk illərində hər şey sürətlə dəyişdi. Alverçilər Türkiyə mallarını gətirməyə, ilk telekanal(TRT, TGRT ) yayımlanmağa başladı. Şarkılar zatən bir az əvvəldən də vardı. Hərdən yarızarafat deyərdim ki, türk olduğumuzu lirik Türkiyə musiqilərinə qulaq asanda anladıq. Ruhumuza bundan yaxın nəı ola bilərdi ki...Səlcuqlu, Osmanlı haqda həqiqətləri oxumaq da daha çətin deyildi, Çanaqqala zəfəri bir başqa nümunə idi...

Dönəm prezidenti Süleyman Dəmirəl 1992-ci ilin əvvəlində Bakıda olmuşdu, 1994-cü ildə mərhum prezident Heydər Əliyev Türkiyəyə səfər etmişdi. Amma məndən soruşsanız, Türkiyəyə ilk vurğunluğum Kardak adaları krizində başladı deyərdim. 1996-cı ilin yanvarıydı gərək ki.. Azərbaycan Qarabağı və ətraf rayonları itirmişdi. Ağır günlər yaşayırdıq. Ümidsizlik hər yerdə adamı təqib edir. Belə bir vaxtda Türkiyə Kardak adalarına görə Yunanıstanla savaş vəziyyətinə gəlmişdilər. Kardak adaları toplam Qarabağda itirdiyimiz bir ovuc torpaq edərdi. Yunanlar ora deyəsən, öz bayraqlarını da sancmışdılar. Ölkə ayaqda, ordu tətikdə idi. Türkiyə ordusuna heyranıq vardı Azərbaycanda . “Gördünüz, bir ovuc torpağa görə ölkə ayağa qalxdı, müharibəyə hazır vəziyyətə gəldi” deyərdik. Türkiyə sevgisi mənim üçün o ağır günlərdə Türk əsgərindən və bayrağıdan başladı!

7e874c04a5740ecb2f8c876c7185bcc4.jpg (35 KB)

Türkiyədən qırğınlığım oldumu? Oldu. İllərlə “Türkiyə bizə niyə Qarabağda kömək etmir” deyənlərə tutarlı cavab tapa bilmədiyim çox oldu. Amma onlara hər dəfəsində də “razıyam, amma unutmayaq, bu dünyada Türkiyədən başqa bizim heç kimimiz yoxdur” da deyirdim. İndi də deyirəm, hər zaman da deyəcəm...

Türkiyə 2009-cu ildə Ermənistanla münasibətlərin normallaşmasını nəzərdə tutan Sürix protokolllarını imzalamaq ərəfəsində isə deməyə zatən o qədər də söz qalmamışdı. Fransa, ABŞ və Rusiya Azərbaycanın Qarabağda işğalla barışmadığını, üstəlik də təzyiqlərə rəğmən güzəştə meylli olmadığını görürdü və bizə bu sənədlə zərbə vurmaq istəyirdi. İmzalanmış, amma hüquqi qüvvəyə minməyən o iki protokolun başqa sirləri də vardı, amma əsas məqsəd həm də iki qardaş dövlətin arasına nifaq toxumu səpmək idi. Sanki dünyanın beyin mərkəzləri “Bir millət, iki dövlət” tezisinin arxasından gec-tez “Qarabağ bizim də davamızdır”bəyanın , tarixi “Şuşa Bəyannaməsi”nin gələcəyindən hələ illər öncə duyuq düşmüşdülər. Prosesi elə bir tormozlamaq istəyirdilər ki, Türkiyə bu coğrafiyada həm də türkdilli dövlətlərin yanında avtoritetini itirsin, Azərbaycan isə onunla arasına məsafə qoysun. Geridönməz tarixi yanlışdan döndü Türkiyəmiz. Bu, Türkiyə-Azərbaycan münasibətlərində ciddi sınaq idi, inciklik oldu, qırğınlıq da. Amma sınıqlıq olmadı şükür ki...

ceyhun943.jpg (116 KB)

Zaman göstərdi ki, Türkiyədə umacaqlarımız olsa da, bu ölkənin də həm dünyada, həm regionda ayağını möhkəmlətməsinə ehtiyac varmış. Türkiyədəki hərbi çevrilişlər, tez-tez baş verəın hökumət dəyişikliləri bu ölkəni hər dəfəsində irəli yox, geri atırdı. Ərdoğanın hakimiyyətə gəlməsi Türkiyənin tarixində yeni səhifə açdı, amma onun üçün də çox çətin oldu. 2016-cı ilin iyununda böyük güclərin və dövlətlərin bütün strukturlarına sızmış xəyanət çetesinin silahlı çevriliş cəhdi baş tutsaydı, Türkiyənin səmti dəyişəcəkdi. Xalq dövlətinə və liderinə sahib çıxdı.
Türkiyənin dünyada artan nüfuzu onu Qafqazda istəməyən güc(ləri)ün planlarına daxil deyildi, amma bunun qarşısını almaq da daha imkansız idi.

2020-ci ilin sentyabrının 27-də başlayan İkinci Qarabağ savaşı Türkiyə-Azərbaycan qardaşlığında yeni mərhələ oldu. Türkiyə ilk andan “Azərbaycanın yanındayıq” mesajını verdi.

SiAX67wv6ps.jpg (268 KB)

Hərbi təlimlərə gəlmiş F-16-lar müharibə günlərində Bakıda qalmışdı, heç havaya qalxmadı da, amma bizə elə bil qol-qanad verdi ki... Azərbaycanı bu müharibədə də əvvəl olduğu kimi təkləmək istəyənlərə elə bir aydın mesaj idi ki, bunun qarşısında söz deməyə cəsarətləri olmadı. Bu, Azərbaycanın o günlərdə qardaş Türkiyədən eşitmək istədiyi idi. Bu savaş illərlə ordumuza təlimlər keçən türk generallarının həm də Azərbaycan əsgərini sınamaq fürsəti oldu. Allah fürsət verdi ki, Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarını azad etdi. Şuşanın fəthi türkiyəli genarallarını da təəccübləndirdi, fərəhləndirdi, qürurlandırdı. Dünya gördü ki, Azərbaycan və onun ordusu nələrə qadirdir, hansı şücaətli oğulları var. Bir çoxları bəli, Türkiyədə hərbi məktəblərdə oxumuşdu, bəziləri birgə təlimlərdə olmuşdu, bəziləri isə nə oxumuşdu, nə təlim görmüşdü- Vətən sevgisinə, bayrağımıza büründü bu savaşda, tarix yazdılar. Tariximizin qara səhifəsəni çevirdilər, Çanaqallı zəfəri ilə müqayisə edilə biləcək bir zəfər qazandı Azərbaycan, onun baş komandanı...Türkiyənin Azərbaycan insanın könlündə yerini hamı o sevinc şölənlərində göründü. Bayrağımız yanaşı, sevincimiz birgə... Bu, əlbəttə Azərbaycanın qanı bahasına, şəhidlərimizin sayəsində qazanılan qələbədir, amma orda Türkiyənin də böyük payı, bayrağı, mənəvi dəstəyi var, heç unutmadıq. heç
unutmarıq...

12605-1605699891.jpg (546 KB)

Türkiyə bu gün cumhuriyyətinin 100 illiyini qeyd edir. Dünyada krizlər var, insanlar, cocuqlar ölür. Türkiyə insanın üzünə də yansıyıb bu. Amma cumhuriyyət günü elə bir tarixdir ki, bunu təqvimdə heç bir bayramla müqayisə etmək olmaz. Türkiyə cümhuriyyəti Atatürkün əsəridir, böyük komandan və qazi Atatürkün. Biz də onu cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadə kimi, sayğı ilə anırıq, dövlət yaradan kişilər seçilmiş şəxsiyyətlərdir. Türkiyə torpağında uyuyan cümhirriyyət qurucularımız da yad torpaqda deyillər, öz yurdlarında əbədi yatırlar. Cumhuriyyətin zaval görməsin, Türkiyə. Azərbaycan-Türkiyə qardaşlığı nəzərə gəlməsin, düşmənlərimiz xar olsun.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Noyabr 2024

12 Noyabr 2024

17 Avqust 2024

27 Iyul 2024

21 Iyul 2024

30 Iyun 2024

21 Iyun 2024

16 Iyun 2024

14 Iyun 2024

08 Iyun 2024

28 May 2024

22 May 2024

19 May 2024

12 May 2024

10 May 2024

08 May 2024

03 May 2024

30 Aprel 2024

27 Aprel 2024

21 Aprel 2024

12 Aprel 2024

06 Aprel 2024

05 Aprel 2024

31 Mart 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024

23 Mart 2024

21 Mart 2024