İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ağ Evin astanasında: bir qoca digərini üstələsə...

Ötən həftə böyük siyasətlə bağlı daha bir mühüm xəbər gəldi. Belə ki, keçmiş ABŞ prezidenti Donald Trampın partiyadaxili seçkiləri vaxtından əvvəl udaraq qalib gəldiyi bildirildi. İndi yayı gözləmək lazım gələcək - bəli, o vaxt fors-major bir hadisə baş verməzsə, güman ki, Donald Tramp respublikaçıların seçkidə namizədi kimi təsdiqlənəcək. 

Amma hazırda siyasi müşahidəçilər fors-major hadisələrin baş verəcəyini də istisna etmirlər. Bu yaxınlarda ABŞ Ali Məhkəməsi Trampın xeyrinə qərar çıxardı və bununla onun namizəd olmağını yasaq edən bəzi ştatların məhkəmələrinin qərarları ləğv edildi. 

Fəqət Donald Tramp bəlkə də ona qarşı açılmış cinayət işlərinin sayına görə rekordçu siyasətçidir və təhlilçilər bütün bunları onun prezidentliyə namizədlik yolunda ən böyük maneə hesab edirlər. 

Üstəlik, respublikaçılar arasında Trampın ən əsas rəqibi olan Heylinin üçüncü bir partiyadan namizəd ola biləcəyi də istisna edilmir, belə ki, sonuncu susmayacağını və axıra qədər mübarizə aparacağını bildirir, çünki onun fikrincə, ABŞ seçicisi nə Trampa, nə də Baydenə səs vermək istəmir - onlardan biri hətta özünü belə idarə etmək gücündə olmayan çarəsiz qoca, digəri isə təkcə ölkəsi üçün yox, az qala bütün dünya üçün böyük geosiyasi və geoiqtisadi sürprizlər vəd edən bir siyasətçidir...

ABŞ təhlilçiləri real namizəd kimi Trampı görürlər. Amma onun yolunda bir ciddi maneə də var: bu da ABŞ “dövlət maşını” və ya “dərin dövlət” mexanizmidir. Hələ də güman edilir ki, bu iki amil Trampı hakimiyyətə buraxmayacaq. Əslində isə Tramp güclü ABŞ-ın əleyhinə deyil, onun seçki şüarlarından biri də “ABŞ daha güclü edək!” şüarıdır. Sadəcə, Tramp ABŞ-ı güclü etməyin alternativ və onun fikrincə, daha real yollarını göstərir. 

Biz bu haqda çox yazmışıq və bir daha bunları təkrarlamaq fikrimiz yoxdur: Trmapın Çin ilə bağlı mülahizələri, NATO-dakı Avropa tərəfdaşları ilə bağlı söylədikləri və onun hakimiyyətə gələcəyi təqdirdə Rusiya-Qərb qarşıdurması, Ukrayna müharibəsi ilə bağlı baş verə biləcək mümkün ssenarilər hamıya məlumdur. Odur ki, təkrara ehtiyac yoxdur.

Oxucunu ABŞ-dakı siyasi konfiqurasiyanın mümkün “deformasiyalarının” Cənubi Qafqaz üçün nəticələri daha çox maraqlandırır. Baydenin hakimiyyətdə qalacağı təqdirdə Qərb - Rusiya qarşıdurması da, Ukrayna müharibəsi də davam edəcək - hətta ruslar Kiyevi tutsalar belə. Güman, proses Əfqanıstan münaqişəsi kimi davam edəcək, ujraynalılar öz müqavimətlərini, Qərb dövlətləri isə onlara yardımlarını davam etdiricəklər. Rusiyaya qarşı daha sistemli soyuq müharibə ssenarisi tətbiq ediləcək və güman, bu, Moskvanın çökməsinə gətirib çıxaracaqdır. 

Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə isə çox şey dəyişə bilər. Əksər təhlilçilər bu fikirdədir ki, o, Ukrayna müharibəsini dayandıracaq, amma bunun əksini düşünənlər də var. Burada bir detalı da qeyd etmək lazımdır ki, Trampın Kiyevə şəxsi simpatiyası da yoxdur - o, prezident olduğu vaxtlarda Ukraynanı “korrupsioner ölkə” adlandırırdı. O ki qaldı bizim Cənubi Qafqaza, Tramp ermənipərəst siyasətçi deyil, ən azı özünü birinci prezidentlik müddətində belə göstərdi və hakimiyyətdə olduğu müddətdə Nikol Paşinyanı yalnız Kaliforniyanın merinin müavini qəbul etdi, bir ara onun milli təhlükəsizlik məsələləri üzrə köməkçisi olmuş Con Boltonsa özünün Cənubi Qafqaza səfəri zamanı Nikol Paşinyana “Problemlərinizin həll olunmasını istəyirsinizsə, regional siyasətinizi dəyişin” dedi. 

Amma indi Qərbin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə aça bilməsi çox müzakirə olunur. Tramp prezident olsa, böyük ehtimalla bu, baş verməyəcək. Baydenə gəldikdə isə, bir məqamı qeyd edək burada: nə Gürcüstan, nə də ki, Ermənistan Ukrayna deyil. Biz bunu Rusiya-Gürcüstan müharibəsi zamanı gördük. Bir neçə saatın ərzində Rusiya qoşunları Tiflisin astanasına çatmışdı... 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024