İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərsinə çevrilmiş A və xalqına tərs düşmüş adamlar

Simvollara, işarələrə, rəqəmlərə meylli camaatıq. Bu, nədən irəli gəlir, dəruni araşdırma predmetidir, əl-əlbət, bir psixoloji, sosioloji səbəbi var. Amma təkcə biz deyilik, biz gündə olanlar da çoxdur.

Uzağa getməyək (hərçənd bir az uzaqdır), Rusiyanı götürək. Bu ölkə Ukraynada müharibəyə başlayanda kimsə bir dərin ağıllı adam tankların böyrünə “Zorro” filmindən tanış olan Z işarəsi yapışdırdı. Bilinmədi bu, “Z(elenski), gəlirik” deməkdir, yoxsa “Za Rodinu” söhbətidir. Eləcə, ruslar daraşdılar yazıq hərfin canına, hər yerə Z həkk etməyə başladılar. Bundan qabaq o Z işarəsi əsasən rus xutorlarında “ubornik”lərin qapısının üstünə çalın-çarpaz şəkildə vurulan taxtalarda əks olunardı, amma artıq Rusiyanın ən elit məkanları da Z-ləşdirildi.

Axırda necə oldu? Rus ordusu əvvəlcə ZİQZAQ etdi, sonra “ZADNİ”yə atdı, Zaporojyedə “zatrudnenie” (çətinlik) yaşadı, başına digər hərflərlə başlayan oyunlar gəldi. İndi nə irəli gedə bilir, nə geri qayıdır, qalıb ortada. Daha Z hərləyən yoxdur.

Bu ayın əvvəlində Xankəndiyə 40 ton ərzaq göndərdiyimiz zaman bizimkilər TIR-ların içində nə olduğunu, yüklərin Xankəndiyə buraxılıb-buraxılmayacağını bir kənara qoyaraq, diqqətlərini yük maşınlarının nömrəsinin və seriyasının üstünə fokuslaşdırmışdılar. Nömrə 44-lə başlayırdı, seriyası isə ZB idi. Bizim yozuçular buradan belə bir məna çıxarmışdılar ki, o 44 rəqəmi 2020-ci ildəki qələbəmizi simvolizə edir, ZB də “Zəfər Bizimdir” deməkdir.

Gözə və qulağa xoş gəlirdi, amma bizim yükgöndərənlər doğrudanmı Xankəndiyə ərzaqla bərabər belə bir mesaj göndərirdilərmi? Burası aydın olmadı.

Amma nömrə və seriya başqa cür olsa, guya onları yozmaq olmayacaqdı? Məsələn, nömrə 52 ilə başlasa, demək olardı ki, bu, “Şuşaya dırmaşanlar”a işarədir. Seriya TO olsa, “Təslim Olun”, DY olsa, “Dəmir Yumruq”, QÇ olsa. “Qarabağdan Qaçın” demək olacaqdı. Guya ermənilər SS seriyasını “Sizi Sevirik” kimi anlayacaqdılar? Qətiyyən. Pis şeylər fikirləşəcəkdilər.

Yəni istənilən iki hərf yan-yana qoyulanda altına yüz cür hədə və ya təklif yerləşdirmək olar. Misallar: UU – Unitazınızı Unutmayın, QV – Qarabağdan Gedin, XL – Xankəndidə Ləngiməyin, DD – Damınız Dağılacaq, CV – Cavab Verəcəksiniz və sair və ilaxır.

Ona görə də gərək biz simvollara bu qədər önəm verərək, erməni vətəndaşlarımızı huyuxdurmayaq. Zatən, axır illər həssasdırlar, qonşu evində fen işlədəndə elə bilirlər, dron gəlir. Biz də belə şeylərlə onları yağıbağır etməyək. Ya da ta necə məsləhətdir...

Budur, iki gündür ortada tərsinə çevrilmiş A hərfi söhbəti var. Şərhlər, yozumlar, izahatlar, təfsirlər bir-birinə qarışıb. Masonlara, Davud ulduzuna gedib çıxanlar var. Tərsinə çevrilmiş A-nı “Arsaxı Aşıracağıq” kimi yozanlar üstünlük təşkil edir. Təkcə erməni vətəndaşlarımız yox, dünya erməniləri əndişələnib, bəlkə də artıq BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının yenidən çağrılması üçün müraciət ediblər.

846c323b-4fa1-442f-9e71-b7515a0afea4.jpg (87 KB)

Tərs kimi, özünü Vartan kimi aparan karikaturaçı Ağayev yeni bir rəsm çizərək tərsinə çevrilimiş A-nı 3 tabutdan düzəldib, ortalğı bir az da qarışdırıb. Məsələ ondadır ki, onun karikaturasında təsvir olunan şey erməni tabutlarıdır. Elə çıxır ki, Azərbaycan hücum edəcək, erməni tabutları bir-birinə söykənəcək...

Bu yeni “əsər”indən sonra G.Ağayevin soyadının baş hərfini də tərsinə çevirmək olar, çünki o, artıq özü tərsinə çevrilib, vətəninin, xalqının əleyhinə işləyir.

Əslində isə tərsinə çevrilmiş A-nın altında hər hansı bir hərbi-siyasi mesaj, psixoloji təsir və sair olmaya da bilər. Bəlkə, bu, eləcə, hansısa dizaynerin əli işidir, kim bilir, kreativlik etmək istəyib, gündəmi və geosiyasi durumu dəyişdirib.

Ümumiyyətlə, belə şeylər çox olur. İndiki cavanlar bilməz, o vaxt “ABBA” vokal qrupu da afişalarda adındakı ikinci B-ni tərsinə yazırdı. Amma burada hər hansı bir mesaj yox idi, sadəcə, qrupun adı həm soldan sağa, həm də sağdan sola eyni cür oxunurdu və gözə xoş gəlirdi.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

09 Aprel 2025

07 Aprel 2025

05 Aprel 2025

03 Aprel 2025

01 Aprel 2025

29 Mart 2025

27 Mart 2025

26 Mart 2025

24 Mart 2025

23 Mart 2025

21 Mart 2025

20 Mart 2025

18 Mart 2025

15 Mart 2025

13 Mart 2025

11 Mart 2025

09 Mart 2025

08 Mart 2025

06 Mart 2025

05 Mart 2025

03 Mart 2025

02 Mart 2025

28 Fevral 2025

27 Fevral 2025

25 Fevral 2025

22 Fevral 2025

20 Fevral 2025

18 Fevral 2025

16 Fevral 2025

14 Fevral 2025