Onlayn ictimai-siyasi qəzet
İndiki cavanların bilməməsi qəbahət deyil, amma belə şeyləri - iyerarxiyanı, subordinasiyanı, protokol qaydalarını sovet dövrünün cavanları yaxşı bilirdilər.
Söz yox, indi də yaşlı və vəzifəli şəxslərlə rastlaşanda, söhbət etməli olanda pencəyinin qabağını düymələyib, qalstukunu rahlayıb, üzünə təvazökar (eləcə də riyakar) və gülümsər çöhrə verərək danışan gənclər var və onlar irəli gedirlər.
Amma bu cür gənclər çox deyil. O vaxt isə 100 oğlan tələbənin 95-i qalstuklu olardı, hamısı da böyüklərlə danışmağın qaydasını, çəmini bilirdi.
Bu ənənə camaatın evdən çölə çıxa bilmədiyi, jımıx yediyi illərdə pozuldu. Düzdür, hakimiyyətə yeni gələnlər də hərdən qalstik taxır, kostyum geyinirdilər, amma çalışırdılar ki, bunu çox da şakərə çevirməsinlər. Subordinasiya qaydalarından, protokol haqq-hesabından danışası olsaq... nə mən deyim, nə siz soruşun.
Sözü hərləyib Gədəbəyin gənc İH başçısının üstünə gətirəcəyəm və onun xalqla ilk videokameralı ünsiyyətinə toxunacam. Hələlik o “gəlmişdilər, gördük” deyilən illərdə baş verən bir hadisəni yazım.
Deməl, parlament sədrinin müavini, rəhmətlik Afiyəddin Cəlilov gəlir bizim rayona, cəbhəçi məmurlar bunu qarşılayırlar, aparırlar İH başçısının kabinetinə. Başçı yerindən qalxır, hörmətli qonağı öz kreslosunda əyləşdirir. Digər 2-3 vəzifəli və 4-5 vəzifəsiz cəbhəçi də gəlir, otururlar Afiyəddin müəllimlə müharibə zonasında yaşayan rayonun dərdlərindən danışmağa.
Bu zaman ilk subordinasiya qaydası onda pozulur ki, vəzifəsiz cəbhəçilər İH başçısını xırda-para işlərə buyururlar: “Külqabını yaxın qoy, bəy”; “a bəy, köməkçiyə de, çay gətirsin”; “zəng elə, filankəsi də çağır, gəlsin” və s.
Partiya orqanlarında yüksək vəzifə tutmuş, dövlət işlərini bilən A.Cəlilov ta bunlara bir söz demir. Arada özü telefonu götürüb qonşu rayonunun İH binasına zəng edir, başçını soruşur. Rayon rəhbərinin köməkçisi parlament sədrinin müavininə cavab verir ki, bəy, hazırda bəy telefona cavab verə bilmir, çünki çimir.
Afiyəddin müəllim sakitcə telefonun dəstəyini aparatın üstünə qoyur, yüngülcə qımışır, deyir, bəylər, deyəndə ki, təcrübəsizsiniz, xətrinizə dəyir, görürsünümü, çox şeyləri bilmirsiniz.
Cəbhəçilər baxışdıqları vaxt A.Cəlilov deyir: “Bax, mən köhnə partokratlara zəng etmiş olsaydım və o, hamamda çimsə də, köməkçisi “yoldaş katib çimir” deməzdi, “müəllim təsərrüfata baş çəkməyə gedib, yarım saata qayıdacaq” deyərdi... İnşallah, yavaş-yavaş öyrənərsiniz”.
İndi o rəhmətliyin sözü olmasın, gərək gənc başçılar da xalqın qabağında nəyi demək olar, nəyi demək olmaz, öyrənsinlər. Köhnələr heç vaxt qəzəbli xalqın qabağına çıxmazdılar, əksinə, partiya-təsərrüfat fəallarının iclasını çağırar, xalqın qarşısına qəzəbli çıxardılar. İclas iştirakçıları da oturub ürəklərində gözəgörünməzə yalvarardılar ki, amanın günüdür, başçının qəzəbinə gəlməsinlər.
Heç köhnə raykomlar üzlərini onların sözünü kəsən, artıq-əskik danışan adama tutub “vapşe, sən kimsən” deyə də soruşmazdılar, yüngülcə rəisə tərəf dönər, öz baxışı ilə onun baxışını birləşdirib demaqoqluq edən adama yönəldər, bir saniyənin içində “öyrənin, görün, o kimdir belə” göstərişi verərdilər.
Gerisi texniki işdir. Axşam rəis raykoma raport verərdi ki, demaqoqluq edən ünsürü qulaqlayıb gətirmişik içəri, üzərində profilaktik tədbir də görmüşük, peşman olub, üzr istəyir. Başçı da deyərdi ki, üzr istəyirsə, ta dəyməyin, başını qırxın, 15 sutka yatsın, ağıllansın.
Yoxsa səni danışmağa qoymurlar, qalmısan “bir dəyqə, bir dəyqə” deyə-deyə. Bura Davosdurmu? O “van minut” söhbətinə görə 10 ildir iki dövlətin arasından soyuq yellər əsir.
Cavan adamları yüksək vəzifəyə qoymaq yaxşı şeydir, amma gərək idarəçiliyi də öyrədələr. Rəhbər şəxs gərək idman ayaqqabısı geyməsin, düzdür, o şoqəriblər daha rahatdır, amma vəzifə yiyəsi klassik ayaqqabı geymək çətinliyinə qatlaşmalıdır.
Burada belədir. 3-4 il qabaq Alanyada bir təntənəli tədbirdə iştirak edirdim, şəhərin Adəm adlı gənc meri ağ şalvarda, göy göynəkdə, idman ayaqqabısında gəldi, qısa bir çıxış elədi. Sonra dedilər, vali gəlir. O da gənc bir adam idi, səhnəyə qırmızımtıl pantolonda çıxdı, köynəyi Şaka kimi şalvarın üstünə salmışdı, ayağında da krossovka var idi. Amma heç kəs bunu söz eləmədi. Görünür, 42 dərəcəlik istidə, kurort zonasında bu cür məqbuldur.
İnandırıram sizi, bizim İH başçıları xalqın qabağına o cür çıxsalar, camaat sianid problemini unudub, o şalvardan yapışar.
22 Noyabr 2024
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ