İnsanlara hürriyət, millətlərə istiqlal!

Millətin heysiyyətini ucaldan, mədəniyyətimizi dünyaya tanıdan Birinci xanım - Mehriban Əliyeva

O, ölkəmizin hər yerdə haqq səsi, köklü mədəniyyətimizin gerçək hamisi, Azərbaycan qadınının əsl və əsil siması, düşmənin haqqımızda uydurduğu yalançı və qara mifləri zamanla kökündən yox edən, dünyada bizi olduğumuz kimi tanıtdıran, yəni, zəngin dəyərlərə və tarixə malik olan millət kimi qəbul etdirən bacarıqlı dövlət xadimi, siyasətçidir. Azərbaycanın Birinci vitse-prezidenti, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu titulları və vəzifələrinin hər biri əlbəttə ki, xalqımıza xidmətə həsr olunub. O, xalqımıza qarşı haqsızlığa dözməyərək UNESCO-nun xoşməramlı səfiri adından imtina edən zaman yenə də bu yolla öz millətinin qeyrətli qızı olduğunu sübut etdi və Azərbaycana qüsursuz xidmət etmək yolunu üstün tutdu. Bu addımı ilə dünya və o cümlədən də UNESCO-ya göstərdi ki, onun üçün xalqının, vətəninin mənafeyi və heysiyyəti hər bir uca tituldan və vəzifədən daha üstündür və əzizdir.

Şübhəsiz ki, Azərbaycan Anası müqəddəs addır. Mehriban xanım həm də qayğıkeş Azərbaycan Anasıdır. Özü də o, təkcə öz övladlarının deyil, hər kəsin, özəlliklə də möhtacı olanların hər birinin Anasıdır. Bu illərdə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu imkansız insanlara maddi-mənəvi dəstək olub, ağır xəstələrin sağalmasına köməklik göstərib, şəhid ailələrinə, qazilərə öz qayğısını əsirgəməyib. Mehriban xanımın təşəbbüsü ilə uşaq evləri, məktəblər, məscidlər tikilib və ya əsaslı təmir olunub. Vandal ermənilərin viran qoyduğu, işğaldan azad olunmuş şəhər və kəndlərimizdə Heydər Əliyev Fondunun gördüyü quruculuq işləri tarix boyu unudulmayacaq. Çünki bu işlər mükəmməldir və vətənə xidmətin parlaq nümunəsidir.

Mən həm də Mehriban xanımın mədəniyyətimiz qarşısındakı xidmətləri barəsində fikir bildirmək istəyirəm. Bilirsiniz, Azərbaycanın tarixi çox qədim, mədəniyyəti, musiqisi, mətbəxi, ümumiyyətlə dəyərləri çox zəngindir. Ancaq o da faktdır ki, dünya bizi bu mənada yetərincə tanımırdı. Obrazlı desək, o zənginlik qiymətli kitablar kimi rəflərdə idi. Mehriban xanım o zənginliyi rəflərdən endirib dünyaya nümayiş etdirdi. Dünyanın dörd bir tərəfində onun təşəbbüsü ilə Azərbaycanı bu anlamda tanıdan tədbirlər heç şübhəsiz ki, çox böyük effekt verdi. Yumşaq gücdən məharətlə istifadə edən Heydər Əliyev Fondu mənfur düşmənin bizi vəhşi xalq kimi təqdim edən, illərlə apardığı qara propaqandaya kökündən, sarsıdıcı zərbə endirib, onu zəiflədib, zamanla yox etdi. Bunlar onun təkcə bu gün deyil, tarix və gələcək nəsillər üçün misilsiz xidmətləridir və əsla unudulmayacaq. II Qarabağ müharibəsi, Vətən savaşı apardığımız o şanlı günlərdə ermənilər nə qədər çalışsalar da bizi dünyada vəhşi xalq kimi tanıtdıra bilmədilər. Sadəcə bacarmadılar. Çünki o zamana qədər Heydər Əliyev Fondu, dövlətimiz bu qara propaqandaya böyük və sarsıdıcı zərbələr endirmişdi. Daha dünyada heç kim erməninin və rüşvətxor lobbiçilərin uydurduğu “onlar vəhşi müsəlman türklərdir” sözlərini ciddiyə almadı. Bu ona görə mümkün oldu ki, ona qədər çox böyük işlər görülmüş və dünya bizi yaxşı tanımışdı. Mehriban xanım hər zaman Millətimizin Lideri, cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Mən çox xoşbəxtəm ki, xalqımızı, Azərbaycanımızı dünyada tanıdan tədbirlərin bir çoxunun canlı şahidi olmuşam. Yaxşı xatırlayıram, Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin abidəsinin açılış mərasimində bir fransız yazıçısı və ziyalısı Heydər Əliyev Fondunun, əlbəttə ki, onun prezidenti Mehriban xanımın təşəbbüsü ilə fransızcaya tərcümə olunmuş Məhsəti xanımın rübailərini ucadan oxudu və ardınca da bu sözləri dedi: “Azərbaycan şairəsi yaşadığı dövrdə bu qədər dərin, fəlsəfi məzmunu zəngin olan əsərlər yaradıb. Biz fransızlar siz azərbaycanlılardan çox-çox gec, yüzillər sonra bu dəyərlərə gəlib çatmışıq. Siz gerçəkdən də böyük xalqsınız. Sizin bu mənada qürur duymağa haqqınız çatır. Sizi təbrik edirəm!”

“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi Heydər Əliyev Fondunun şah əsər mahiyyətli layihələrindən biridir ki, bizi dünyaya böyük dəyərlərə malik millət kimi tanıtdı. Bütün dünya azərbaycanlılarını… Bu gün bu böyük xidmətləri bu xalqa göstərən Mehriban xanım Əliyevanın doğum günüdür. Dünyanın dörd bir tərəfində yaşayan hər bir azərbaycanlının, o cümlədən milliyyətindən, irqindən, dini mənsubiyyətindən asılı olmayaraq insanların dərin rəğbətini, hörmətini, sevgisini qazanmış Azərbaycanın böyük dövlət xadimi Mehriban xanım Əliyevaya bu gün doğum günü münasibətilə təbriklər gəlir. Əlbəttə, biz də Mehriban xanıma ən səmimi təbriklərimizi çatdırır, möhkəm cansağlığı, vətənə, xalqa və insanlığa xidmət yolunda daha böyük uğurlar, səadət dolu günlər arzulayırıq. Allah Sizi qorusun!

WhatsApp Image 2025-08-26 at 09.50.39.jpeg (55 KB)

Elnar Məmmədli
Politoloq

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR