Onlayn ictimai-siyasi qəzet
Əslində heç özləri də buna inanmırlar. Özləri də etiraf edir ki, indi on illər bundan əvvəlki vaxt deyil - o vaxt hələ nəinki Azərbaycan ordusu, hətta dövləti belə yox idi, iqtisadiyyat yenidən qurulmalı idi, ölkədəki siyasi xaosa və hərc-mərcliyə son qoyulmalı idi. İndi isə tamam başqa vəziyyətdir, bütün parametrlərə görə Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir.
Bəli, bir daha deyirik ki, ermənilər bunu bilir və etiraf edirlər, amma yenə də özlərinə yığışmır, bildiklərini edirlər. Bu da səbəbsiz deyil.
Birincisi, buna onları Rusiya təhrik edir - bəli, Moskva Ermənistanda zəiflədikcə Dağlıq Qarabağda güclənməyə çalışır, hətta Nikol Paşinyana təzyiq edirlər ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa tələsməsin, guya ki, prosesdə iştirak edən bütün diplomatik aktorlardan yalnız Moskvanı Dağlıq Qarabağın “təhlükəsizliyi” narahat edir.
Əslindəsə onu narahat edən budur ki, hətta Moskva ilə az-çox normal münasibətləri olan Türkiyə Rusiyanın yadına salır ki, 2025-ci ilə qədər “sülhməramlı”larını Azərbaycandan çıxarmalıdır və Moskvanın buna cavabı yalnız budur ki, 2020-ci ilin Noyabr razılaşmalrına görə Ankara bu prosesdə tərəf deyil. Bəlkə də bu belədir, amma həmin razılaşmaya görə tərəflərdən birinin - Azərbaycanın və Ermənistanın birinin tələbi yetərlidir ki, “sülhməramlı”lar Qarabağdan çıxsın.
Hazırda bunun üçün Bakının yetərincə ciddi əsasları vardır. Məhz Rusiya “sülhməramlı”larının yerləşdiyi ərazilərdə erməni separatçılarının hərbi təxribatları davam edir. Məhz Rusiya “sülhməramlı”ları separatçıların hərbi yüklərini müşayiət edirlər. İndi ən çox danışılan məsələ erməni separatçılarının Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsidir. Amma hamıdan əvvəl Rusiya “sülhməramlı”ları özlərinin siyasi orientasiyalarını dəyişməli, Bakı ilə münasibətlər qurmalıdırlar. Amma onlar ötən əsrin səksəninci-doxsanıncı illərində olduğu kimi bütün münasibətlərini nədənsə İrəvan ilə qururlar. Özlərini elə aparırlar guya “Dağlıq Qarabağ” Ermənistanın anklavıdır! Əslində isə belə deyil - ora Azərbaycanın qanuni ərazisidir və separatçı ermənilər görsələr ki, “sülhməramlı”lar və onların rəhbərləri əsasən Bakı ilə münasibət qururlar, bu, onlar üçün də bir nümunə ola bilər...
İkincisi, “Dağlıq Qarabağ” separatçılarını ötən əsrin sonlarına qayıtmağa vadar edən həm də Ermənistandır. Qərb Ermənistana təzyiq edir ki, mümkün qədər tez Azərbaycanla sülh sazişi imzalasın. Ona görə də İrəvan topu Xankəndiyə ötürür, özü isə ona daha çox siyasi dəstək verir, Nikol Paşinyan Araik Aryutunyanın “məktub”larını ona-buna daşıyır!
Odur ki, separatçılar Xankəndidə mitinqlər keçirməyə başlayıblar. Yolları beton piltələrlə bağlayırlar, daha sonra isə dünyaya car çəkirlər ki, guya Azərbaycan onları blokadada saxlayır! Ən əsası budur ki, bütün bunlara “Dağlıq Qarabağ” ermənilərini cinayətkar bir qrup təhrik edir - bəli, onlar bilirlər ki, gec-tez haqq-hesab verməli olacaqlar. Ona görə də “Dağlıq Qarabağ” ermənilərinin Azərbaycan cəmiyyətinə heç cür reinteqrasiyasına imkan vermirlər. Amma bütün bu oyunlar faydasızıdır. Sadəcə, problem bundadır ki, bütün bu oyunların bir iştirakçısı da qonşu Rusiyadır. Səhv etmiriksə, bugünlərdə Rusiyada tərəflərin daha bir görüşü baş tutmalıdır. Artıq adət etmişik ki, Vaşinqtonda və Brüsseldə görüş keçiriləndən sonra mütləq Rusiyada da nəsə olur və Kreml ona çalışır ki, bütün vasitələrlə Qərbin səylərini sıfırlasın və Bakı ilə İrəvana yaxınlaşmaq üçün imkan verməsin.
Amma tamam əbəsdir. Yadımıza gəlir ki, bir vaxt azərbaycanlılar Azadlıq meydanında ermənilərin “Dağlıq Qarabağ”dakı özbaşnalıqlarına etiraz edərkən hər gün axşam “Zaman” (“Vremya”) proqramını gözləyirdilər ki, bəlkə yüz minlərlə insanın Bakıda keçirdiyi aksiyadan nəsə deyiləcək.
Amma Moskva susurdu, heç nə demirdi. Fəqət, indi belə deyil. Separatçılar özlərinin yeni hoqqlarına başlayan vaxt Azərbaycan Şuşada beynəlxalq media forumu keçirdi və bu tədbirdə yüzlərlə xarici və yerli jurnalist iştirak etdi. İndi nəticəni özünüz çıxarın - heç Azərbaycanı ötən əsrin sonlarındakı kimi informasiya blokadasına salmaq mümkündürmü?
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ