İnsanlara hürriyət, millətlərə istiqlal!

Sədərəyə açılan atəş: hanı İranın “qırmızı xətti”, Dövlət Departamentinin “narahatıq” bəyanatı?

Azərbaycan Müdafiə Nazirliyi atəşkəs pozuntusu ilə bağlı növbəti məlumatını yayıb. Bildirilir ki, sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub. O da qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Açığı, adekvat tədbirin nədən ibarət olduğundan xəbərsizik. Amma əgər Ermənistan özünü dövlət kimi yox, küçə adamı kimi aparmaqda davam edirsə, o halda artıq cavabının qətiyyətlə verilməsinin vaxtı yetişib. Özü də Azərbaycan ərazilərinin atəşə tutulmasını son aylarda intensivləşdiriblər, adiləşdirməyə çalışırlar, işğal dövründə olduğu kimi...Amma görünür peşman olmalarının tam zamanıdır. Diqqət edin, atəş nə vaxt açılır: Nikol Paşinyan və digər  -yanlar guya sülh imzalamağa hazır olduqlarını dedikləri, davamlı şəkildə rəsmi İrəvanın sülhə hazır olduqlarını bəyan etdikləri bir vaxtda.

Biri deyir 17 bənddən 13-ü hazırdır, o biri deyir yox, əslində bənd 16 idi. Sonra da ağıllarına və ağızlarına gələnləri yağdırırlar gəlib-gedənə. Ermənistanda “İrəvan sülhü”, nə bilim “Sülh kəsişməsi” kimi mənasız bir forum keçirirdilər, Rusiyanın belə boykot etdiyi tədbir. Orda da biri dedi Azərbaycanla sülh sənədini imzalamağa hazırıq, o birisi dedi Türkiyə ilə sərhədləri elə sabah aça, münasibətləri normallaşdıra bilərik. Amma bir nəfər soruşmadı ki, ay hay, sən ərazilərinə iddia etdiyin ölkələrlə necə sülh imzalayacaqsan, bir bunun yolunu izah elə, biz də başa düşək!

Diqqət edin, son günlər Naxçıvan istiqamətinə atəş açılması halları artıb. Bu təxribatlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan bölgəsi arasında quru əlaqənin təmin olunması zərurəti barədə gedən müzakirələr fonunda baş verir ki, çox düşündürücüdür. O bölgəyə atəş açılır ki, 32 ildən çoxdur blokadadan əziyyət çəkir. 2020-ci ilin 9-10 noyabr bəyannaməsinin 9-su bəndi bu günədək icra olunmayıb, Ermənistan müxtəlif bəhanələrlə anlaşmanı pozmaq istəyir. Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəməyən və bu mövqeni Qərbdəki havadarlarının diktəsi ilə ifadə edən Ermənistan ayrı-ayrı hallarda təhlükəsizlik məsələsini ölkənin milli təhlükəsizlik nazirliyinin təmin edə biləcəyi iddiasını irəli sürür. Əgər bu gün Ermənistan ordusu sülhə atəş açırsa və “sülhbaz” Paşinyan təxribatları dayandıra bilmirsə, o halda onun hansısa qüvvələrinin Zəngəzur dəhlizi boyunca təhlükəsizliyimizi təmin edəcəyinə necə inana bilərik? Təsəvvür edin ki, Zəngilandan Ordubada istiqamət götürən qatar, yaxud avtomobilin qarşısını ermənilər kəsir və həmin vaxt da “təhlükəsizliyə cavabdeh” Ermənistan təmsilçiləri “yuxuda” olurlar. Biz 1988-ci ildən başlayaraq azərbaycanlıların avtobusunun, onların olduğu vaqonarın erməni quldurları tərəfindən daşa basılmasını, atəşə tutulmasını, yollarda minalar basdırılmasını az görmədik. Bütün bunlardan sonra erməniyə etibarmı etmək olar? Yaxud da Ermənistanın mandat verilməsini istədiyi hansısa əcnəbi şirkətə? Bir bezin qırağı olacaqlar. Avropa İttifaqının “mülki müşahidəçiləri”ni görmürükmü?

Sədərəyə, Ordubada, yaxud Naxçıvanın digər bölgələrinə atəş açılması sülh prosesini pozmaq, status-kvonu maksimum uzatmaq niyyəti güdür heç şübhəsiz. Amma unutmasınlar, açılan atəş təkcə Sədərək rayonunun, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini təhdid etmir. Bu, hətta ümumilikdə Azərbaycan dövlətinə açılan atəş də sayılmamalıdır. Bu atəş həm də Türkiyəyə açılıb. Təkcə ona görə yox ki, Türkiyə ilə Sədərək arasında “beş addımlıq” məsafə var. Həm də ortada Qars Müqaviləsi, 21-ci əsrin Yeni Qars sazişi – Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi var! Ermənistan onu himayə edən qüvvələrin katalizatorluğu ilə regionda böyük müharibə alovu çatmaq istəyir. Elə hesab edir ki, növbəti lokal toqquşma belə, onun ömrünü uzada, status-kvonu qoruyub-saxlamaq üçün fürsət yarada bilər. Necə təhlükəli və ağılsız bir planın içində olduğunun fərqində deyil.

Təəccüb doğuran bilirsiniz nədir: Ermənistan atəş açır, bəs hanı İranın “qırmızı xətti”? Ermənistanın atəş açdığı nöqtədən İran sərhədlərinə də məsafə elə də çox deyil. Bəlkə elə İran sərhədçiləri də eşidiblər atəş səsini. Hava xətti ilə baxdıqda, sağ tərəfdə Ermənistanla şərti sərhəd, sol tərəfdə İranla - əslində Cənubi Azərbaycan – ovuc içi kimi görünür. Amma İran susur. Özü də neçə vaxtdır. İran rəsmiləri dil boğaza qoymadan “qırmızı xətt”dən danışırlar. Azərbaycanın işğal olunan ilk kəndi Kərki (1990-cı ilin 19 yanvarında) işğal olunanda da İranın yadına “qırmızı xətt” düşməmişdi. İndi də Ermənistanın “qırmızı xətti” keçməsinin fərqində deyil...     

Nəinki İrandan, heç “sülh göyərçinləri” olan digərlərindən – ABŞ, Aİ, Fransa başda olmaqla digərlərindən də Ermənistanın yeni eskalasiyaya rəvac verə biləcək təxribatlarına reaksiya yoxdur. Heç olmasa söz xatirinə “narahatıq” demir Dövlət Departamentinin sözçüsü. Beləcə, Azərbaycan deyir Naxçıvana yolumuzu açın, Zəngəzur dəhlizini açın! Ermənistan cavabında atəş açır, dəhliz yox. Deyəsən, atəş nöqtələrini elə bu ilin yanvarında Zəngilan istiqamətində yerlə bir etdiyimiz kimi susdurmaq lazım gələcək. Özlərindən və onları bu təxribatlara sövq edənlərdən küssünlər!

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024