Onlayn ictimai-siyasi qəzet
Ermənistandakı anti-hökumət aksiyalarına Moskva hələ ciddi müdaxilə etmir, amma Paşinyana qarşı ən təhlükəli “silah” yenə də onların əlindədir
Azərbaycanın Qarabağdakı antiterror tədbirlərinin İrəvanda mer seçkisindən(17 sentyabr) bir gün sonraya (19 sentyabr) təsadüf etməsi Paşinyan hakimiyyətinə qarşı olan qüvvələrin işinə yaradı. Seçkidən bir neçə gün əvvəl İrəvandakı “artsax üçün sos” adı verilən aksiya istənilən qədər izdihamlı olmamışdı və seçkidən sonrakı günlər paytaxt da daxil bəzi iri şəhərlərdə keçirilən anti-hökumət aksiyaları da hələ ki, ciddi dəstək toplamır.
Paşinyanın populyarlığının azaldığını göstərən ən yaxşı göstərici son seçkilərdir. Doğrudur, sentyabrın 17-də İrəvan meri(Ağsaqqallar Şurası) ümumxalq səsverməsi ilə seçilmirdi, amma əhalinin əsas hissəsi paytaxtda yaşadığı üçün elə bu seçkiləri də ciddi göstərici hesab etmək olar. Nikol Paşinyanın partiyası qalib gəlsə də, cəmi 32% səs toplaya bildi. Halbuki müharibədən bir neçə ay sonra hakim “Vətəndaş müqaviləsi” seçkilərdə qalib gələndə 60% səs toplamışdı. Yəni Paşinyanın reytinqinin iki dəfə aşağı düşdüyü faktdır. Ermənilərin illərlə öyrəşdiyi məntiqlə “Qarabağı birdəfəlik itirməkdə” suçlanan hakimiyyət, üstəlik seçkidə də xüsusi etimad qazanmırsa, gərək idi ki, indi Ermənistanda hamı ayaqüstə olardı, Paşinyana da Baqramyan meydanında dar ağacı qurulardı. Amma Nikol Paşinyan etirazlar fonunda istefa verməyəcəyini deyərək nəinki hakimiyyətini qoruyur, hətta bunun üçün küçələrdə dinc əhaliyə zor tətbiq etdirir, onları döydürür, inzibati həbsə atdırır. Bu onun Qərb tərəfdaşlarının dəstəyinə arxayın olduğunu göstərən sadəcə bir faktdır. Heç bir Avropa strukturunun aksiyaçılara qarşı hədsiz zorakılığa görə səslərini çıxarmırlar. Paşinyanın bəxti həm də onda “şeş” gətirib ki, narazı xalq onun yerinə alternativ görmür, ona görə də çox adam küçələrə çıxmağı da mənasız hesab edir.
Erməni cəmiyyəti indi iki yox, bir neçə yerə bölünüb və ölkə kütləvi çıxılmazlıq sindiromunda çabalayır. Bir qism hesab edir ki, Paşinyan Rusiya klimi odioz ölkə ilə münasibətlərdə yanlış yol tutub. Başqa bir qisim isə Paşinyan hökumətinin addımlarını doğru sayır, gələcəyini “avroerməni” kimi görürür, yalnız yaxşı yaşamaq arzusundadır. Paşinyanın addımlarını dəstəkləyən, amma onları ləng və qətiyyətsiz hesab edənlər də var. Onlar isə hesab edir ki, Paşinyan Qərblə əməkdaşlıq istiqamətindəki addımları cəzarətsizdir. Onlar “ KTMT-də qalıb, məsələn, Fransa ilə necə hərbi əməkdaşlıq qurmaq olar”soruşurlar.
Bu “haça-paça” vəziyyətini Paşinyandan yaxşı heç kim bilməz, amma o, təbiətən də sərt xarakterli biri deyil, hökuməti də son 5 ildə bu cür yönəldir. Rusiyaya “kəllə atıb”, sonra Putinlə əməkdaşlıqdan danışır, Qərbə yaltaqlanıb, sonra əks iqtiqamətə sürüşür. Neçə müddətdir sülh müqaviləsi də daxil bu “burcutma siyasəti”ni davam edir və hələ ki, hakimiyyəti də duruş gətirir. Amma xaçına arxayın olan keşiş kimi, Paşinyan erməni xalqının düşdüyü ağır vəziyyətdən öz hakimiyyətinin ömrünü istədiyi qədər uzada da bilməz. O səbəbdən ağıllı erməni ekspertləri Ermənistanda sabitliyin pozulması riskinin ciddi olduğunu deyirlər.
Əsas təhlükə kimi Rusiyanın adı çəkilir. Rusiyapərəst müxalifət zəifdir, onların növbədənkənar seçkilər olsa belə, istənilən dəstəyi qazanmayacağı bəllidir. O halda Ermənistanda hakimiyyət dəyişikliyi üçün qan tökülmək, daha doğrusu çevriliş ehtimalı gündəmə gəlir. Ermənistanın Rusiyadakı keçmiş səfiri Stepan Qriqoryan iddia edib ki, Moskvanın çevriliş etmək niyyəti olsa, “bunun üçün min nəfərlik qrup kifayətdir”. Yəni söhbət silahlı çevriliş ehtimalından gedir. Başqa bir ehtimala görə, əslində Rusiya Ermənistanda baş verənlərə hələ ciddi müdaxilə etmir, daha çox müşahidəçi mövqeyi tutur.
Digər iddiada olanlar isə hesab edir ki, Rusiya Paşinyanın nə olursa-olsun getməsində, onun yerinə isə müxalifətdən kim olursa-olsun gəlməsində maraqlıdır. Çünki mövcud müxalifət ən azı indiki hakimiyyətdən fərqli olaraq Rusiya ilə normal münasibətləri davam etdirmək niyyətindədir.
Paşinyana qarşı ən ciddi təhlükəli “silah” yenə də Rusiyanın əlindədir. Əgər Paşinyan Rusiyaya qarşı Qərbin oyunlarında davam edərsə, onun hakimiyyətinə çox ciddi problem yaradacaq kartı işə sala bilər. Bu, Qarabağdan getmək istəyən ermənilərdir. Əgər 10 min ermənini ən müxtəlif bəhanə ilə gətirib Qafana töksə, bu Ermənistanda daxili vəziyyəti ciddi şəkildə gərginləşdirəcək. Düzdür, Paşinyan deyib ki, guya 40 min erməni qaçqını yerləşdirməyə hazırdır, amma o da aydındır ki, Qarabağdan gələnlər Paşinyanın hazırladığı yorğan-döşəkdə yatmağa getməyəcəklər...
Nazim SABİROĞLU,
Musavat.com
16 Noyabr 2024
12 Noyabr 2024
17 Avqust 2024
27 Iyul 2024
21 Iyul 2024
30 Iyun 2024
21 Iyun 2024
16 Iyun 2024
14 Iyun 2024
08 Iyun 2024
28 May 2024
22 May 2024
19 May 2024
12 May 2024
10 May 2024
08 May 2024
03 May 2024
30 Aprel 2024
27 Aprel 2024
21 Aprel 2024
12 Aprel 2024
06 Aprel 2024
05 Aprel 2024
31 Mart 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
23 Mart 2024
21 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ