Onlayn ictimai-siyasi qəzet
Özünü ABŞ-ın dəniz piyadaları korpusunun keçmiş kəşfiyyatçısı kimi təqdim edən Skott Ritter adlı bir nəfər var, budur, 1 ildən artıqdır ki, Rusiya-Ukrayna müharibəsinə dair şərhlər verir.
Adama nə yedirdirlər, nə içirdirlər, bəlli deyil, amma o, Rusiya mediasının əziz-giramisidir, hər gün rus saytlarına açıqlama verir və bir qayda olaraq, Ukraynanı şəlpə eləyib döşəməyə atır, Rusiyanı göyün bir qatına qaldırır.
Ritterin dedikləri düz çıxsaydı, hələ 2023-cü ilin fevralında Rusiya-Ukrayna müharibəsi ikincinin darmadağın olmasıyla birincinin xeyrinə bitməliydi. Çünki Ritter demişdi ki, Ukrayna ordusu yaxın aylarda tamamilə darmadağın ediləcək, yerdə qalanları da əsir düşəcək.
Ritterin ilk müsahibələri patriot rusları çox sevindirirdi, onlara ruh, sabaha inam hissi verirdi. Bəs necə? Bunu hər hansı bir alkoqolik polkovnik İvanov demir axı, o boyda ABŞ kəşfiyyatının keçmiş əməkdaşı deyir. Adam bir şey bilir ki, deyir, bilməsə, deməz.
Dünən bu adam yenidən ruslar üçün sevindirici bir “kəşfiyyat sirri” açıb, deyib ki, Ukrayna ordusunun baş komandanı Valeri Zalujnının əmri ilə Ukrayna prezidenti Volodimir Zelenski hakimiyyətdən uzaqlaşdırıla və güllələnə bilər.
Yəni Ritter 1974-cü ildə Çilidə polkovnik Auqusto Pinoçetin qanuni prezident Salvador Alyendeyə qarşı etdiyini Zalujnının Zelenskiyə qarşı edə biləcəyinin anonsunu verib.
Ardınca o deyib ki, yanvar və ya fevralda Ukraynada çevriliş olacağını görür və onun fikrincə, Zelenski Rumıniya lideri Çauşesku kimi güllələnəcək.
Daha sonra Ritter Zelenskini Hitlerə, daha dəqiqi, Hitlerin 1945-ci ilin aprelindəki vəziyyətinə bənzədib. Buradan da o nəticə çıxır ki, Zelenski yaxın günlərdə xanımı ilə birlikdə intihar edəcək.
Yaxınlıqda ola soruşasan ki, mister Ritter, bunlardan hansı olacaq: Zelenskini Alyende kimi əlində silah döyüşərkən iqamətgahında güllələyəcəklər, yoxsa Karpat dağlarını gizlicə aşdığı yerdə yaxalayacaq, gətirib divara söykəyəcək, qızdırmasını ölçəndən sonra edam edəcəklər? Belə etsələr, onda o, intihar edə bilməyəcək axı, bu iş necə olsun?
İndi baxaq, görək, bu Skott Ritter özü kimdir, nəçidir, keçmişdə kim olub.
Onun 63 yaşı var, gerçəkdən də keçmiş kəşfiyyatçıdır, hazırda beynəlxalq əlaqələr üzrə analitiklik edir və yazıçıdır.
Ancaq bu adamın yekə bir minusu var, o barədə danışanda adamlar əsasən biədəb ifadələr işlədilər. Elə edəndə daha anlaşıqlı olur.
Bəlkə də onun bəxti gətirib ki, Amerikada yaşayır, burada olsa, törətdiyi cinayətlə görə o, türmədə salamat baş, eləcə də qıç, bel saxlaya bilməzdi. Çünki onu cinsi cinayətlərə görə məhkum ediblər.
Özü deyir ki, guya məkri-zənən qurbanı olub, üstünə qadın şəri atıblar. Ancaq bildiyimiz kimi, ABŞ kimi yerdə keçmiş kəşfiyyatçını elə-belə dolaşdırmaq mümkün deyil, daşdan keçən sübutlar olmasa, adama heç nə edə bilməzdilər.
Ritterə qarşı irəli sürülən ittihamlar arasında "yetkinlik yaşına çatmayan şəxslə qeyri-qanuni əlaqə”, “kommunikasiya qurğusundan cinayət yolu ilə istifadə” və s. kimi məddələr olub. 14 aprel 2011-ci ildə Pensilvaniya ştatının məhkəmə zalında o, “cinayətə cəhd” maddəsindən başqa hər şeydə təqsirkar bilinib və 2011-ci ilin oktyabrında məhkum edilib. 2012-ci ilin mart ayında Ritteri Pensilvaniya ştatının Somerset qraflığında yerləşən Laurel Haylands əyalət həbsxanasına göndəriblər. 2014-cü ilin sentyabrında onu şərti olaraq azadlığa buraxıblar.
Türmədən çıxandan sonra Ritter ABŞ-ın Yaxın Şərqdəki xarici siyasətinin tənqidçisi olub, hazırda Rusiyanın dövlət mediası olan RT və “Sputnik”in daimi müəllifidir. Başqa sözlə, Skott Ritter Marqarita Simonyanın işçisidir, ondan maaş alır.
İndi işə baxın, dünyanın ən şərəfsiz cinayətinə görə mühakimə olunan bir şəxs dil boğaza qoymadan Ukraynanı asıb-kəsir, Zelenskini həftəaşırı devirir, güllələyir.
Ən pisi isə odur ki, adamın keçmişindən xəbəri olmayan, eləcə, onun “hərbi-dəniz kəşfiyyatçısı” tituluna aldananlar elə bilirlər ki, o, düz-əməlli adamdır, onun “proqnoz”larını və “analiz”lərini ciddiə alırlar. Ta demirlər ki, o, azyaşlılara girişmiş, buna görə türmədə yatmış qoca pedarasdır və Azərbaycan kimi ölkələrdə olsa, xəcalətindən adam içinə çıxa bilməzdi.
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ