İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin ikili standartları: Ermənistanın daxilindəki hüquqsuzluq və beynəlxalq susqunluq

Son günlər Ermənistanda baş verənlər bu ölkənin daxili siyasi sisteminin nə qədər dərin şəkildə çökdüyünü və hüquq prinsiplərinin necə tapdalandığını növbəti dəfə ortaya qoydu.

Təkcə oliqarx Samvel Karapetyanın və bəzi deputatların hüquqi əsas olmadan saxlanılması faktı deyil, həm də Eçmiədzin kilsə rəhbərliyi ilə açıq qarşıdurmalar Ermənistanın demokratiya və insan haqları sahəsində hansı vəziyyətdə olduğunu göstərir.

Lakin bu mənzərənin ən təəccübləndirici tərəfi beynəlxalq təşkilatların – Avropa Şurası, ATƏT, ABŞ Dövlət Departamenti və Avropa İttifaqının bu hadisələrə tam susqun münasibət göstərməsidir.

Ermənistanda 16 müxalifətçinin həbsi tələb edilir

Samvel Karapetyan Ermənistanın həm iqtisadi, həm də siyasi həyatında mühüm yer tutan fiqurlardan biridir. Onun həbs olunması nə qədər korrupsiyaya qarşı mübarizə adı ilə təqdim edilsə də, əslində bu addım daxili rəqiblərin siyasi motivlərlə neytrallaşdırılması prosesinin tərkib hissəsidir. Xatırladaq ki, Karapetyan uzun illər Rusiya ilə biznes və siyasi əlaqələr qurmuş, Ermənistandakı Moskva yönlü iqtisadi şəbəkələrin açar fiquru sayılmışdı.

Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin belə bir şəxsə qarşı sərt tədbirə əl atması Ermənistan daxilindəki geopolitik yönü dəyişdirməyə hesablanmış addım kimi qiymətləndirilə bilər.

Erməni kilsəsi Eçmiədzin terror təşkilatı rolunda – tarixin təkərinə  yapışan həqiqətlər » Ovqat.com

Digər tərəfdən, Eçmiədzinlə münasibətlərdə müşahidə olunan gərginlik dini azadlıqların da təhlükə altında olduğunu göstərir.

Ermənistan Konstitusiyası formal olaraq din azadlığını təmin etsə də, son aylarda Eçmiədzinə qarşı dövlət strukturlarının həyata keçirdiyi təzyiqlər, kilsə rəhbərlərinin susdurulması cəhdləri və kilsənin siyasi ritorikaya alət olunması bu azadlığın praktiki olaraq məhdudlaşdırıldığını göstərir. Qeyd etmək lazımdır ki, bu kimi hallarda Qərb təşkilatlarının adətən çox kəskin mövqeləri olur. Xüsusilə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Freedom House kimi qurumlar bu cür hadisələrə dərhal reaksiya verirlər.

Avropa Parlamenti Eçmiədzinlə birlikdə Bakıya qarşı gediş edir... -  Baki-Xeber.com

Lakin Ermənistandakı bu hüquq pozuntuları qarşısında bu qurumlar tam susur. Halbuki Azərbaycanda hər hansı hüquqi və ya inzibati qərar verildikdə, dərhal bu institutlardan bəyanatlar, hesabatlar, siyasi təzyiqlər gəlir. Bu, artıq təsadüfi susqunluq deyil, sistemli və məqsədli ikili standart siyasətinin göstəricisidir. Reallıq budur ki, Ermənistan Qərb üçün müəyyən geosiyasi güzəştlər müqabilində toxunulmaz statusa malik ölkəyə çevrilib. Qərb institutları onu "strategi tərəfdaş" kimi görür və daxili hüquqsuzluğa göz yumması da məhz bu siyasi məqsədlərlə bağlıdır.

Bu mənzərə təkcə Ermənistanın daxilindəki vəziyyəti deyil, həm də beynəlxalq münasibətlər sisteminin ciddi böhrana düşdüyünü göstərir. Əgər beynəlxalq hüquq seçici şəkildə tətbiq olunursa, əgər insan haqları yalnız müəyyən ölkələrə qarşı siyasi təzyiq vasitəsinə çevrilibsə, bu artıq beynəlxalq hüququn deyil, siyasi manipulyasiyanın hökm sürdüyü bir düzən deməkdir. Və bu, beynəlxalq nizamın legitimliyinə kölgə salır.

Ermənistanda dövlət çevrilişinə cəhd göstərilib

Azərbaycan bu cür ikili standartlara qarşı artıq kifayət qədər prinsipial mövqe nümayiş etdirib və bu mövqe bundan sonra da davam etməlidir. Regionda hüququ, sabitliyi, beynəlxalq normaları pozan tərəf Ermənistan olduğu halda, ona qarşı sükut sərgilənməsi, əvəzində öz suverenliyini qoruyan Azərbaycana qarşı qərəzli münasibət göstərilməsi qəbulolunmazdır. Bu kontekstdə Azərbaycanın həm diplomatik kanallarda, həm də informasiya platformalarında daha aktiv davranması zəruridir.

Ermənistanda siyasi təlatüm

Əslində bu ikili yanaşma yeni deyil. Azərbaycanın torpaqları 30 il ərzində işğal altında qaldığı dövrdə də Qərb susdu, heç bir təsirli addım atmadı. BMT-nin 4 qətnaməsi icra olunmadı, beynəlxalq hüquq normaları sadəcə kağız üzərində qaldı. Hətta ATƏT-in Minsk Qrupu çərçivəsində yaradılmış vasitəçilik formatı illərlə davam edən nəticəsiz danışıqlarla Azərbaycanın haqq işini dondurmaqla məşğul oldu. Minsk qrupunun üzvləri işğalçı ilə işğala məruz qalanı eyni masaya oturtdu, sülhə deyil, status-kvoya xidmət edən bir format formalaşdırdı. Bu da bir daha sübut etdi ki, əgər Azərbaycan öz haqq səsini güclü ordu, güclü diplomatiya və milli birliklə qaldırmasaydı, bu ikili standartlar torpaqlarımızın əbədi işğalda qalması ilə nəticələnəcəkdi.

Unutmayaq ki, insan hüquqları ümumbəşəri anlayışdır və bu hüquqların tətbiqi ölkələrə görə dəyişməməlidir. Əks təqdirdə, həmin institutların və prinsiplərin özü etibarsızlaşır və inandırıcılığını itirir. Ermənistan isə bu gün Qərbin ikili standart siyasətinin “sınaq laboratoriyası”na çevrilib. Və bu sınağın nəticəsi artıq region üçün deyil, bütövlükdə beynəlxalq sistem üçün təhlükə yaradır.

Əli Rais
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR