İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Ukrayna haqda dediklərinə özündən başqa kim inanır?..

Qolodomor - etiraf edək ki, bu sözü yalnız SSRİ dağılandan sonra eşitmişik. Nədir bu söz, o, özündə hansı mənanı ehtiva edir? 30-cu illərdə Ukraynanı bürümüş kütləvi aclıq! Hansının ki, nəticəsində nə az, nə də çox, 3-5 milyon adam həlak olub, bütöv nəsillər uzunmüddətli və davamlı xəstəliyə düçar olublar!..

Hazırda dünyanın 29 ölkəsi onu Ukrayna xalqına qarşı genosid aktı kimi qəbul edib. Bəli, İkinci Dünya müharibəsi və ya Böyük Vətən müharibəsi ərəfəsində Ukrayna xalqı kütləvi aclıqdan və 30-cu illərin ağır repressiyalarından keçmişdi. Ona görə də təəccüblənmək lazım deyil ki, onların bir hissəsi hətta faşist Almaniyasını kommunist və sovet imperiyasından xilaskar kimi qəbul etmişdi.

Belə də isə ukraynalıların və Ukraynanın bütün tarixi Rusiya ilə çarpışmalarda keçibdir. Həm də bu ölkənin əhalsinin bir hissəsinin 41-45-ci illərdə faşistlərlə əməkdaşlıq etməsi degər səbəbdən də təəccüblü görünmür - o vaxt sovet respublikalarının çoxu belə “polyarizasiya”dan keçmişdi.

Bəli, bir hissə sovetlərin, digər bir hissə isə almanların tərəfində vuruşurdu. Səbəbi də bu idi ki, müharibə ərəfəsində sovet imperiyası insanlara, millətlərə sözün əsl mənasında qan uddurmuşdu - siyasi repressiyalar, əsl sinfi genosid, kütləvi ateizm və ya dini əqidəyə görə amansız təqiblər...

İndi bunları demək olar ki, hamı bilir. Onda soruşa bilərsiniz ki, bəs biz bütün bunları niyə deyirik?

Ötən həftə Rusiya Prezidenti Vladimir Putinin növbəti “çıxış”ını verirdilər. Yenə də Ukraynadan, “Ukrayna faşizmi”ndən, Stepan Banderadan, “neonasizm”dən danışırdı. Deyirdi ki, guya Ukrayna prezidentinin yəhudi olması hələ o demək deyil ki, bu xalq, xüsusən də onları idarə edənlər neonasist deyillər! Sözündən belə çıxırdı ki, guya Ukrayna prezidentinin özü belə “əsl”, “xalis yəhudi” deyildir!..

Onu dinləyə-dinləyə qeyri-ixtiyari olaraq düşünürdük ki, görəsən, bu adamın dediklərinə özündən başqa kimsə inanırmı? Amma arabir Putinin çıxışı kəsilir və sürəkli alqışlar eşidilirdi. Bax, elə buna deyiblər kütləvi psixoz! Ən maraqlısı budur ki, Putinin çıxışından sonra başqa bir “veriliş” başladı və orada prezidentin “tezis”lərini xırdalamağa, “izah” etməyə başladılar! Nə demək olardı bu haqda?

Rusiya tədricən Şimali Koreyaya çevrilir. Belə getsə, bu ölkədə də insanlara dünyada həqiqətən olanları yox, təbliğat çarxlarını göstərəcəklər və onları inandırmağa çalışacaqlar ki, dünyanın ən xoşbəxt insanları ruslardır, məsələn, dünyanın ən güclü futbol komandası Rusiya millisidir, bütün çempionatları məhz rus millisi udur və s. və i.

Maraqlısı budur ki, bir neçə gündən sonra Böyük Vətən müharibəsinin başladığı gün gəlir. O müharibədə milyonlarla ukraynalı həlak olmuşdu. Bəs bunu hansı siyahıya yazaq? Həmin insanlar Rusiya qoşunlarının Ukraynanın şəhər və kəndlərini necə dağıtdıqlarının şahidi olsaydılar nə düşünərdilər, hansı hissləri keçirərdilər?..

Vladimir Putin bu dəfə də çox danışdı. Ən əsası dedi ki, guya dünya dəyişir! Amma bunu onun özü və hətta xalqının böyük hissəsi haqqında demək olmur. Əgər dünya dəyişirsə, bunu niyə Rusiya prezidenti və rus xalqı haqqında demək olmur?

Niyə görə onlar qəbul etmirlər ki, dünya dəyişdikcə xalqlar da müstəqilliyə və azadlığa can atırlar? Niyə görə belə bir sadə həqiqət ruslar tərəfindən qəbul olunmur? Bəli, bir vaxt SSRİ olub, Ukrayna SSRİ-nin tərkibində olub, onun bir respublikası olubdur, amma bunlar artıq keçmişdir, ötüb-keçəndir, daha bu, yoxdur, ukraynalılar azad və müstəqil olmaq istəyirlər! Doğrudanmı, bu cinayətdir, doğrudanmı, buna görə bütöv bir xalqa “neonasist”, “faşist” damğası yapışdırırlar? Əslində bunun özü rus şofinizminin bir təzahürü deyilmi? Ərazisinə görə Rusiya dünyanın ən böyük dövlətidir. Bir az da Ukraynadan torpaq qoparsa, nə dəyişəcəkdir? Doğrudanmı, bununla ruslar tox və firavan olacaqlar?..

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024