İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojin rus Napoleonu kimi: mümkündürmü?..

Bəli, nə yaxşı ki, dilimizdə “səhv etmirəmsə” kəlməsi var. Adamın məsuliyyətini bir az azaldır - nəyisə dəqiq bilməyəndə bu kəlməni yazır, məsələni dəqiqləşdirməyi oxucunun öhdəsinə buraxırsan. Belə hallar isə adam qocalanda çox olur.

Burada oxucular səbirsizlik edib deyə bilər ki, bir söylə görək, nəyi nəzərdə tutursan? Mən də cavabında ərz edəcəm ki, qonşu Rusiyada baş vermiş “Vaqner” qiyamından bir aydan bir qədər artıq vaxt keçibdir. Amma təkcə ruslar yox, hətta əcnəbi təhlilçilər belə bu hadisəni təhlil etməkdə davam edir və prosesin nə ilə bitəcəyini araşdırmağa cəhd edirlər.

“Vaqner”in və onun lideri Yevgeniy Priqojinin sorağı isə gah Belarusdan, gah da Afrikadan gəlir. Əvvəl deyilmişdi ki, guya Belarus prezidenti A.Lukaşenko Y.Priqojinlə danışmaqla Rusiyanı hərbi qiyamdan sovuşdurdu və hətta bəzi təhlilçilər tələsik yazdılar ki, guya Lukaşenko Putindən fərqli olaraq bununla böyük siyasi xal qazandı.

Amma sonradan məlum oldu ki, Rusiya prezidenti Vladimir Putin özü “Vaqner” döyüşçülərini və onun liderini Kremldə qəbul edibmiş. O ki qaldı Belarusa və onun prezidentinə, çətin ki, Lukaşenko bu təşkilatın öz ərazisində olmasından xoşhal olsun - bəli, zarafat deyil, söhbət on minlərlə yaxşı silahlanmış muzdlu hərbçidən gedir, hansıların ki, peşəsi müharibə aparmaq, adam öldürmək, hətta çevriliş etməkdir.

Hazırda “Vaqnerin” sorağı Belarus və Polşa tərəfdən gəlir. Varşava ehtiyat edir ki, muzdlu hərbi təşkilat onun təhlükəsizliyi üçün təhdid yarada bilər. Amma rusların özlərinin yazdıqlarına görə Y.Priqojinin sorağı Afrikadan gəlir və bu mandatı onlara prezident V.Putinin özü verib - belə ki, Afrikada “Vaqner”i  və onun liderini qiymətli metallar, faydalı qazıntılar və dör-beş milyard dollarlıq gəlir gözləyir...

Yazının əvvəlini “səhv etmirəmsə” kəlməsindən başladıq. Bunu ona görə etdik ki, Fransa tarixinin bir epizodu düşmüşdü yadımıza. Bəli, Fransada inqilab illərində inqilablçılar və əks-inqilabçılar əsas məsələni - hakimiyyət məsələsini həll edə bilməyəndə hamının yadına düşmüşdü ki, bəs Misirdə gənc və istedadlı bir fransız generalı var. Onun adı Napoleon Bonapart idi. Nə başınızı ağrıdım, Bonapartı Parisə çağırdılar və o, yerdə bulunun taxt-tacı götürüb başına qoydu, ölkədə sahman və qayda-qanun yaratdı. Demək istədiyimiz budur ki, eyni ssenari Rusiyada da yaşana bilər...

Düzdür, Rusiya Fransa deyil və Vladimir Putin də hələki ölkəsini birtəhər idarə edə bilir. Amma növbəti ildə Rusiyada prezident seçkiləri olacaqdır və ruslar bu konteksdə hazırda ən müxtəlif və hətta ən qəliz ssesnarilər təsvir edirlər. Fəqət, gəlin burada tələsəməyək, hadısələrin təbii axarını və inkişafını gözləyək.

Üstəgəl, Priqojin Bonapart deyil, o, heç bir mənada simpatiya yaratmır, hətta danışanda ağız-burnunu o qədər əyir ki, adam lap ondan iyrənir! Di gəl, ölkədə vətəndaş qarşıdurması və xaos yaşananda bu cür detallar tamam yaddan çıxır və hamı deyir ki, filankəs ciddi kişidir və o, ölkədə qayda -qanun yarada bilər...

Burada mənim on illər bundan əvvəl baş vermiş bir detal yadıma düşür. Söhbət sosialist düşərgəsinin çöküşü illərindən, Polşada birinci prezident seçkiləri ərəfəsindən gedir. Müxtəlif adamları danışdırırdılar. Onlardan biri dedi ki, Lex Valensaya səs verəcək, çünki ümid edir ki, Valensa bir diktator kimi ölkədə sahman və qayda-qanun yarada biləcək! Təsəvvür edirsinizmi? İnsanlar demokratik ölkədə diktator axtarırlar! Belə bir hal çox asanlıqla qonşu Rusiyada da baş verə bilər, xüsusən də nəzərə almaq lazımdır ki, Polşadan fərqli olaraq Rusiya çox da demokratik ölkə deyil və ötən əsrin sonlarındakı demokratik proseslər heç də Rusiyadan start götürməmişdi. Bu həmin ölkədidr ki, birinci prezident Yeltsinə sevgilə “çar Boris” deyirdi. Vəziyyət qarışarsa, niyə də “çar Priqojinə” ehtiyac yaranmasın?..

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024