İnsanlara hürriyət, millətlərə istiqlal!

Noyabra qədər ABŞ-la birlikdə, noyabrdan sonra isə...

Amma Rusiya prezidentinin həqiqi opponenti hətta Cozef Bayden olsa da bunun qarşılığını sonuncu ilə bağlı demək olmur, çünki Baydenin ABŞ daxilində də yetərincə opponentləri var və bunlardan ən əsası hələ ki qırx beşinci prezident Donlad Tramp olaraq qalır. 

Belə ki, keçmiş və indiki prezidentlər arasında ABŞ həyatının ən müxtəlif aspektləri ilə bağlı ciddi deyişmələr davam edir. Ən çox maraq doğuran isə geosiyasət və xarici siyasət məsələləridir - Tramp yenidən hakimiyyətə gələcəyə təqdirdə bu müstəvidə kardinal dəyişikliklər edəcəyini, xüsusən də Avropadakı təhlükəsizlik arxitekturasını yenidən quracağını bildirir.

Qərəz, konkret olaraq nə deyir Donald Tramp cənabları? Bir neçə il bundan əvvəlki kimi o, yenə də israr edir ki, guya ABŞ-ın Avropanın təhlükəsizliyi ilə bağlı xərcləri boş-boşuna havaya sovrulur, çünki nə Avropa ölkələri Rusiyanı özləri üçün təhlükə hesab edirlər, nə də Rusiya onlar üçün real təhlükə kimi məzmun kəsb edir. Amma burada təbii sual yaranır: Rusiya Avropa ölkələri üçün təhlükə deyilsə, niyə görə Finlandiya və İsveç NATO-ya üzv olmağa qərar verdi? Onları bu addımı atmağa nə vadar etdi? Yoxsa bunu darıxdıqlarından etdilər? Əlbəttə ki, yox və bir daha yox! Bəli, Rusiya bəyan etdi ki, guya onun Finlandiya və İsveçlə hər hansı bir problemi yoxdur. Amma Rusiyaya inanmaq olarmı? Ola bilsin ki, Rusiya Qərbi Avropa üçün problem deyil, amma o, Şərqi Avropa üçün əsas təhdid və təhlükə mənbəyi olaraq qalır. Məgər Ukraynada düz iki ildi davam edən müharibə bunun real təsdiqi deyilmi? Məgər Rusiyanın periodik olaraq Polşaya və Baltik ölkələrinə qarşı iddialarla çıxış etməsi bunun bir daha təsdiqi deyilmi?..

Bütün bunlara görə Avropa öz təhlükəsizliyini ABŞ-dakı seçkilərdən asılı bir predemetə çevirmək istəmir. Həm də indiki Avropada A. Merkel kimi Vladimir Putinin dostları yoxdur və avropalılar, birincisi, özləri öz təhlükəsizliklərini təmin etməyin, xüsusən də Ukraynaya hərbi yardım göstərilməsinin avtonom yollarını arayır, bu müstəvilərdə ABŞ-dan asılı olmaq istəmirlər. Bəs bunun üçün onların resursları varmı?

Birincisi, Avropa ölkələri artıq İkinci Dünya müharibəsindən çıxmış və xarabalıqlara çevrilmiş ölkələr deyillər. 

İkincisi isə lap elə bu yaxınlardaca bəyan edildi ki, Ukraynanın müttəfiqləri olan Avropa ölkələrinin məcmu iqtisadi potensialının həcmi Rusiya iqtisadiyyatından 25-30 dəfə böyükdür. Ona görə də onlar ABŞ-sız da Ukraynanı silah-sursatla təmin etmək iqtidarındadırlar. Səhv etmiriksə, elə bu yaxınlarda Avropa ölkələri Kiyevə böyük hərbi yardım paketini razılaşdıra bildi. ABŞ isə hələ bunu edə bilmir, Konqresdəki respublikaçılar buna mane olur. Düşünürük ki, noyabra qədər bu məsələ özünün yekun və tam həllini tapa bilməyəcək. Noyabrda isə Konqresin bütün tərkibi, Senatın isə üçdən biri yenidən seçiləcək. Bu seçkilərdə kimin qalib gələcəyini isə hələ heç kim proqnozlaşdıra bilmir. Biz hələ prezident seçkilərini demirik. Onları respublikaçılar, xüsusən də Donald Tramp udsa, işlər, necə deyərlər, tamam fəna olacaqdır.

Üstəlik, ABŞ və Avropa ilə Rusiya arasındakı “geosiyasi alov” təzə-təzə alışır. Onun alovunun dilləri hətta Cənubi Qafqaza gəlib çıxır. Bu günlərdə Parisdən təlimatla qayıdan erməni baş naziri Nikol Paşinyan növbəti anti-Rusiya xarakterli siyasi bəyanatlarla çıxış etdi. O, dedi ki, Moskva onu bir neçə dəfə devirməyə çalışıb. Üstəgəl, erməni baş naziri bəyan etdi ki, ölkəsi KTMT-də iştirakını dayandırıbdır. 

Bütün bunların sorağı artıq gedib Moskvaya çatıbdır. Kremldə başa düşürlər ki, Paşinyanı danışdıran Qərb və onun institutlarıdır. Odur ki, görək, bütün bunların axırı nə olur...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

31 Mart 2025

29 Mart 2025

24 Mart 2025

22 Mart 2025

18 Mart 2025

15 Mart 2025

11 Mart 2025

08 Mart 2025

04 Mart 2025

01 Mart 2025

25 Fevral 2025

22 Fevral 2025

18 Fevral 2025

15 Fevral 2025

11 Fevral 2025

08 Fevral 2025

03 Fevral 2025

01 Fevral 2025

28 Yanvar 2025

25 Yanvar 2025

20 Yanvar 2025

18 Yanvar 2025

14 Yanvar 2025

11 Yanvar 2025

07 Yanvar 2025

04 Yanvar 2025

30 Dekabr 2024

28 Dekabr 2024

24 Dekabr 2024

21 Dekabr 2024