İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbəti Brüssel görüşü nəyə görə “barometr” olacaq?..

Demək olar ki, bütün zəruri prosedurlar başa çatıb və Rəcəb Tayyib Ərdoğan növbəti müddət üçün prezidentliyə başlayıb. Bunun Türkiyə üçün nələr vəd etdiyini hamıdan yaxşı qardaş ölkənin təhlilçiləri bilirlər və odur ki, biz bu məsələyə toxunmayacağıq.

Əvəzində onu qeyd edəcəyik ki, seçki dövründə az qala bütün Azərbaycanın diqqəti Türkiyədə idi və hamı Rəcəb Tayyib Ərdoğanın qələbəsini gözləyirdi.

Əslində müstəqillik əldə edəndən sonra Azərbaycan və eləcə də digər türk respublikaları daim Türkiyə liderlərinin diqqətində olublar. Turqut Ozalın “21-ci əsr türk əsri olacaq!” sözlərini unutmaq olarmı? Və yaxud da digər Türkiyə prezidenti - Süleyman Dəmirəlin dövründə Azərbaycan-Türkiyə əlaqələrinin nə qədər sıx olduğunu inkar etmək mümkündürmü? Yox, bunlar hamısı olub və heç kim bu detalları inkar edə bilməz. Amma bu da bir faktdır ki, Azərbaycan-Türkiyə əlaqələrinin ən pozitiv dövrü məhz Rəcəb Tayyib Ərdoğanın dövrünə təsadüf etdi - biz qardaş ölkənin siyasi -diplomatik yardımı ilə torpaqlarımızı işğaldan azad etdik...

İndi bütün parametrlər üzrə Ermənistandan üstünük. Amma proses hələ bitməyib, qarşıda hələ çox məsələlər var.

Çox təəssüf ki, Kişinyovda irəli getmək mümkün olmadı. Ümid qalıb iyul ayında Brüsseldə keçiriləcək görüşə, ya da oktyabr ayında İspaniyanın Qranada şəhərində baş tutacaq görüşə. Doğrudanmı heç bir ümid qalmayıb? Doğrudanmı Ermənistanla münasibətləri yoluna qoymaq və otuz illik problemin nöqtəsini birdəfəlik qoymaq mümkün olmayacaq?

Yox, düşünürük ki, olacaq. Son dövrlərdə çox buzlar əriyib. Yeri gəlmişkən, prezident Ərdoğanın andiçmə mərasimində Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edirdi. Bunun özü ciddi detaldır. İrəvan tədricən Türkiyəyə qarşı da ərazi iddialarından əl çəkir.

Əlbəttə, bunlar hələ ki siyasi bəyanatlar səviyyəsindədirlər. Bu məsələlərin daha ciddi xarakter alması üçün Ermənistanın qanunvericiliyində, xüsusən də ali qanununda - konstitusiyada ciddi dəyişikliklərə ehtiyac var. Amma siyasi bəyanatlar da az iş deyil. Yada salaq ki, bir vaxt Ermənistanın birinci prezidentini bircə məqalənin üstündə istefaya göndərmişdilər. Bir neçə il bundan əvvəl Ermənistanda Azərbaycan və Türkiyə ilə sülhdən danışmağı hətta təsəvvür etmək belə mümkün deyildi. İndi isə ölkənin baş naziri Nikol Paşinyan açıq mətnlə bildirir ki, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Türkiyəyə qarşı da heç bir ərazi iddiası yoxdur...

Amma region çox mürəkkəb bir siyasi və geosiyasi durumdadır, ona görə də prosesləri sürətləndirmək olmur. Bu günlərdə Nikol Paşinyanın daha bir bəyanatı oldu. Erməni baş naziri bəyan etdi ki, ölkəsi Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil.

Qeyd edək ki, bu, çox ciddi bir bəyanatdır və Rusiya rəhbərlərini yamanca pərt etdi. Bu vaxta qədər belə hesab edilirdi ki, İrəvan Bakı ilə sülh sazişini iki səbəbdən yubadır. Birincisi, o, Türkiyədəki seçkilərin bitməsini gözləyir. Bu mərhələ artıq başa çatıb və ermənilərin bu xüsusda əgər bir ümidləri vardısa da artıq birmənalı şəkildə demək olar ki, onlar doğrulmadı. İkincisi, Ermənistan da saatlarını Ukraynadakı müharibə ilə tənzimləməyə çalışırdı. Amma indi vəziyyət dəyişir - İrəvan bəyan edir ki, o, Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil, yəni o, Rusiyanın Ukraynada qələbə çalıb-çalmamasının fərqində deyil.

Buradan belə nəticə çıxarmaq olar ki, Bakı ilə bağlana biləcək sülh sazişinin də Ukraynadakı müharibə ilə əlaqələndirilməsinə qəti ehtiyac qalmayacaq...

Bütün bunları ümumiləşdirərək belə demək olar ki, Brüsseldəki növbəti görüş bir növ barometr olacaq.

Biz bu görüşdə yuxarıda sadalanan bütün məqamların prosesə necə təsir etdiyinin şahidi olacağıq. Sülh sazişi üçün ideoloji zəmin demək olar ki, hazırdır. Qalır bircə cəsarət və qətiyyət! Nikolun buna gücü çatacaqmı?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024