Onlayn ictimai-siyasi qəzet
Hər şeydə bir məntiq olmalıdır. Ermənilər başa düşməlidirlər ki, keçmiş arxada qalıbdır, daha nəzarətsiz Laçın yolu olmayacaq. Ona görə də sual yaranır: Nə fərqi var? Laçın yolu, yoxsa Ağdam-Xankəndi yolu?
Əgər Azərbaycana gəlib-gedən ermənilər, həm də onların yükləri Azərbaycanın keçid-buraxılış məntəqələrində müəyyən yoxlamalardan, prosedurlardan keçəcəksə, axı nə fərqi var, Laçın və yaxud Ağdam yolu?
Əgər erməniləri yanacaq sərfi və ya digər texniki məsələlər qayğılandırırsa, bunu da düşünmək olar. Belədə isə demək olar ki, öz ərazisinə haradan və necə keçməyi müəyyən etmək Azərbaycanın suveren hüququdur. Əgər nəzarətsiz keçid mümkündürsə, nəyə görə bizim insanlarımız, yük maşınlarımız Ermənistandan keçərək Naxçıvana gedə bilmirlər? Nəyə görə “humanist dünya birliyi” bu haqda fikirləşmir, axı Naxçıvan düz otuz ildir ki, blokadadır!
O ki qaldı bir az əvvəldə səsləndirdiyimiz suallara, ermənilər o qədər yalan danışırlar ki, axırda özləri də onlara inanmağa başlayırlar. Bəli, otuz ildir ki, onlar Laçın yolunu dünyaya Leninqradın blokadasında olduğu kimi, “həyat yolu”, “humanitar dəhliz” kimi tanıtmışdılar. Əslində isə onlar Laçını da, Laçın yolunu da işğal etmişdilər. Belədə isə bir daha deyirik ki, dünyanın heç bir ölkəsinin ərazisinə nəzarətsiz gediş - gəliş mümkün deyil. Bunların daha bir dərdi də var. Əllərinə fürsət düşüb ki, Azərbaycana daha bir zərbə vursunlar, dünyanı inandırsınlar ki, Azərbaycan onları blokadada saxlayır. Dövlətlərin böyük bir hissəsi bu qəbildən olan erməni yalanlarına inanmasalar da “inananlar” da var: onlar ermənilərlə birlikdə Bakıya təzyiq edirlər ki, ermənilər üçün Laçın ərazisindən sərbəst, hər hansı yoxlanışsız keçid təmin edilsin.
Bu ölkələr çox gözəl başa düşürlər ki, keçmiş Dağlıq Qarabağa gediş-gəlişə nəzarət qoyulsa, bu, otuz illik erməni azğınlığının sonu olacaqdır, ermənilər daha Dağlıq Qarabağa silah-sursat daşıya bilməyəcəklər...
Odur ki, indi dəhlizlər məsələsi iki ölkə arasında ən əsas məsələdir. Maraqlıdır ki, bugünlərdə Rusiyanın baş naziri Mixail Mişustin erməni baş naziri Nikol Paşinyanla söhbətində bildirdi ki, onun ölkəsi Zəngəzur dəhlizinin tezliklə açılmasında maraqlıdır. Bəri başdan qeyd edək ki, ruslar bununla bölgədə qalmaq üçün daha bir “rıçaq” əldə edəcəklərini zənn edirlər. Amma Qərb bunun tamam əleyhinədir. Elə İrəvan da buna “hə” deməyə tələsmir.
Birincisi, ona görə ki, ermənilər - haylar daha Rusiyaya əvvəlki kimi inanmırlar. İkincisi, İrəvan fikirləşir ki, bölgədə Qərbə də nəsə verilməlidir ki, onların burada qalması təmin edilsin. Üçüncüsü, ermənilər bu yolla ərazilərində Qərblə Rusiya arasında balans yaratmağa cəhd edirlər.
Azərbaycan Zəngəzur dəhlizinin təhlükəsizliyinin ruslara verilməsinin əleyhinə deyil. Yaxın perspektivdə bununla razılaşmaq olar. Amma bir detalı unutmaq olmaz: ruslar olan yerdə həmişə maneələr, hətta təhdidlər olacaq, Unutmayaq ki, Zəngəzur dəhlizi rusların nəzarətinə verilsə, onlar həm də bizim yüklərə nəzarəti əllərinə keçirmiş olacaqlar - bu isə heç də adi məsələ deyil, çünki Zəngəzur dəhlizi bizə təkcə kartof, hətta ərzaq daşımaq üçün lazım deyil, bizim strateji əhəmiyyətli yüklərimiz də ola bilər...
Bəs proseslərin sonu necə görünür? Əksər siyasi təhlilçilər bu fikirdədir ki, hava barıt qoxuyur.
Amma düşünmürük ki, ciddi hərbi qarşıdurma olsun. Yaxın vaxtlarda İrəvanda mer seçkiləri olacaq. Üstəlik, sentyabrın ilk günlərində Soçidə Rusiya və Türkiyə prezidentləri də görüşməlidir.
Ermənilər hər iki olayın nə ilə bitəcəyini gözləyirlər. Xüsusən də İrəvandakı seçkiləri qeyd etmək lazımdır. Düzdür, bələdiyyə seçkiləri digər seçkilərlə müqayisədə bir o qədər də önəm kəb etmirlər. Amma unutmayaq ki, İrəvanı kim idarə edirsə, elə Ermənistanı da o, idarə edir. Həm də Nikol Paşinyan bu seçkilərdə özünə və rəhbərlik etdiyi siyasi cinaha ermənilərin münasibətini bilmək istəyir...
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ