İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsillərarası qovğanı qızışdıran neftçalalı ağsaqqal

Seçkilərdən sonra yaşıl nəsillə cavan nəslin arasındakı uçurum daha da dərinləşib, Mariana çökəkliyi qədər olub.

Düzdür, bu seçkidən əvvəl də münasibətlər düz-əməlli deyildi, amma seçkidən sonra göz-görəti korlanıb, bərbad və zay olub gedib.

Hətta sosial şəbəkədə gənclərə çağırış edənlər var ki, ictimai nəqliyyatda yaşlı nəslin nümayəndələrinə yer verməyin, qoyun ayaq üstə qalsınlar, canları çıxsın.

Özü də “yaşlılar” deyilərkən 40+ yaşdan yuxarı olanlar nəzərdə tutulur.

Niyə? Nə səbəbə? Bu yaşlıların günahı nəymiş? Heç zad. Heç demə, məntəqə seçki komissiyasının üzvlərinin böyük əksəriyyəti 40+ yaşlı adamlardır və onlar, yumşaq desək, düzgün seçki keçirmirlər, məntəqələrdə özlərini yaxşı aparmırlar.

Buna görə də hamı onlara nifrət etməlidir – düşüncə belədir.

Amma baxaq, görək, ölkədə nə qədər seçki məntəqəsi var və o komissiyaların zvlərinin sayı neçədir. Hələ seçkidə fəallıq göstərənlərə toxunmayaq, hesab edək ki, hamısı fəal olub.

Bu xüsusda əlahəzrət Google-də axtarış verəndə məlum olur ki, ölkədə 5500-dən çox məntəqə var və bu məntəqələrin üzvlərinin sayı 30 mindən bir az çoxdur. Onların da 60-65 faizinin 40+yaşdan yuxarı olduğunu nəzərə alsaq, demək, ortada 20 min “fəal yaşlı adam” qalır.

İndi yaxşı seçki keçirə bilməyən 20 min “yaşlı adam”a görə heç bir günahı olmayan 1-2 milyon insana hörmətsizlik etmək ədalətli olarmı? Əl-əlbət olmaz. Amma bəzi radikal ünsürlər deyirlər ki, ola bilər, yaşlıların çoxu seçki komissiyasının üzvü olmayıblar, günahları yoxdur, amma seçkiyə də getməyiblər, avtomatik olaraq günah daşıyıcısına çevriliblər.

Belə çox qəribə. Demaqogiyadır bu.

Hər halda indən belə ortayaşlı və yaşlı adamlar metroda, avtobusda, digər ictimai yerlərdə gənclərdən hörmətsizlik görsələr bilsinlər ki, bu, 1sentyabr seçkilərinin nəticəsidir.

Hərçənd bir bizdə deyil, dünyanın hər yerində 20 yaşlı cavanlar hesab edirlər ki, yaşı 30-u keçənlər çox qocadırlar, günlərini görüb, dövranlarını sürüblər, ona görə də rədd olub yoldan çəkilməlidirlər. Amma özləri 30 yaşa çatanda deyirlər, yox e, həyat indi başlayır. Eyni fikir 40 və 50 yaşı keçəndə də yaranır.

Yadımdadır, xalq hərəkatının ilk illərində, konkret desək, 1991-92-ci illərdə gənc cəbhəçilər deyirdilər ki, ölkənin düzəlməsi üçün yaşı 40-dan yuxarı olan bütün vəzifəli adamlar dövlət işindən götürülməlidir, yerlərinə yeni, çirklənməmiş, təmiz kadrlar gətirilməlidir. Amma özləri hakimiyyətə gələndə hər rayonda 3-5 yeni kadra vəzifə verdilər, “qoca qurdlar” adlandırdıqları partokratlarla işlədilər. Üzv olduqları təşkilat (AXC) hakimiyyətə gəldiyi üçün vəzifə istəyən gənc cəbhəçilər avtobuslara doluşub indiki “Sahil” bağına, AXC-nin mərkəzi qərargahının binasına gəlir, AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevlə görüşürdülər. O da hamısını gah səbrlə dinləyirdi, gah da hövsələsizlik edirdi, axırda “hər şey yaxşı olacaq” deyə ümid verib yola salırdı.

Məlum olmuşdu ki, yaşlı kadrlardan vaz keçmək mümkün deyil. Onlar hər şeyin yerini, yatağını, yolunu, yolağasını bilirdilər və kara gəlirdilər. Gənc olaraq atdanıb-düşməklə olmurdu.

Bir simsar adam danışır ki, 1989-cu ildə rayonlarda AXC-nin dayaq dəstələri yaradılanda onların kəndində Cəbhənin kənd özəyinin ağsaqqallar şurası yaradılması vacib olub və təqaüdçü ağsaqqallar özlərini qabağa veriblər. (Vəzifənin dadını bildikləri üçün). 5 nəfərlik şuraya bir sabiq sovet sədri, bir keçmiş partkom, ötənlərdə sovxoz direktoru olmuş bir adam, bir müharibə veteran və bir hörmətli usta seçilib. O zamanın demaqoq gəncləri pıçıldaşıb ki, ta nə oldu, 5 nəfərin 4-ü peçat görmüşlərdəndir. Bir gənc deyib, yox, 5-dən üçü peçat görüb, usta və veteran vəzifə tutmayıblar. Onda bir başqası da deyib ki, siz bilmirsiniz, veteran alman əsirliyində olub, onun da yanbızında “nemes peçatı” var.

Belə sözlərdən sonra ta ağsaqqal-qarasaqqal münasibəti necə normal ola bilərdi?

Deməyim odur ki, bu ölkədə yaşlı nəslin cəmiyyətdə və dövlətdə öz mövqeyini əzmlə qoruması faktı gerçəklikdir. Hər zaman yaxşı dirəşirlər və gənclərin onlara gücü çatmır.

Ən pis durumda qalan isə bizim yaş dövrünün adamlarıdır. 30-35 il əvvəl onları “cavansınız” deyib irəliyə buraxmır, deputat seçilmələrinə imkan vemirdilər, indi də “yaşlısınız” deyib kənara itələyirlər.

Heç nə, neftçalalı MnSK üzvü olan ağsaqqala görə ara yerdə biz avtobusda, metroda ayaq üstə qalacağıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024