Onlayn ictimai-siyasi qəzet
Kiyev ətrafında vəziyyət qeyri-müəyyən olaraq qalır. Lakin hərbi ekspert olmadan da artıq bir şeyi əminliklə söyləmək mümkündür: zaman Rusiyanın xeyrinə işləmir. Deyəsən bunu Kremldə də anlamağa başlayıblar. Rusların Ukraynaya qarşı kimyəvi silahdan istifadə edilə biləcəkləri barədə NATO baş katibi Yens Stoltenberqin dünənki həyəcanlı bəyanatı həm də bundan xəbər verir.
İki gün öncə isə Rusiyanın savaşa Yaxın Şərq (Suriya) muzdlularını cəlb eləmək planları ortaya çıxmışdı. Bu da şimal qonşumuzun siyasi-hərbi rəhbərliyində güclənən məyusluğa, heç də hər şeyin “yağ kimi” getmədyinə dəlalət edən başqa bir sübutdur.
Hərçənd, Ukrayna ərazisində, Rusiya tərəfdə muzdlular (“Vaqner”çilər, kadırovçular və s.) ilk gündən vuruşur. Ukrayna uğrunda döyüşən könüllülər də kifayət qədərdir və ən müxtəlif ölkələri təmsil elədikləri üçün sayları sürətlə artmaqdadır. Ancaq burda bir prinsipial fərq var.
BMT Nizamnaməsinin 2-ci bəndində ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş istənilən zorakılıq qeyri-leqal adlandırılır və dövlətlər zorakı üsullardan çəkinməyə səslənir. 51-ci bənddə isə qeyd olunur ki, işğala məruz qalan ölkə işğalçıya qarşı mübarizə aparmaq üçün digər dövlət və ya dövlətlərə müraciət edə bilər. Məntiqlidir. Evinə soxulan qulduru, nankor və nanəcib qonşunu cəzalandırmaq üçün hər nəyə əl atmağa ixtiyarın var. Çünki ev, ailə, vətən müqəddəsdir. Lap şeytanla da ittifaqa girmək haqın var.
Yeri gəlmişkən, Azərbaycan erməni işğalçılarını öz qanuni torpaqlarından qovub ərazi bütövlüyünü bərpa eləmək üçün Yaxın Şərqdən könüllülər çağırsaydı belə, bununla qəbahət işlətməyəcək, beynəlxalq hüququ pozmayacaqdı. Bu xüsusda Ukrayna presedeni nə qədər faciəvi olsa da, davam edən erməni iftiralarına qarşı bizə yeni və güclü kontr-arqumentlər verir.
Qısası, Ukrayna rəhbərinin kömək üçün beynəlxalq birliyə müraciəti, ardınca könüllülərin bu ölkəyə axışması tam normaldır və Rusiyanın buna hər hansı etirazı yumşaq desək, sinizmdir. Artıq vurğulandığı kimi, təcavüzkara qarşı istənilən özünümüdafiə üsulu keçərli sayılır. O cümlədən xaricdən könüllülərin cəlb edilməsi.
Amma işə bax ki, qos-qoca Rusiyanın özü nizami ordudan kənar qanunsuz silahlı dəstələri Ukrayna avantürasına cəlb eləmək zorundadır. Rus ordusu muzdluların ümidinə qalıb. Bununla Ukraynadakı “xüsusi əməliyyat”ın heç də plan üzrə getmədiyi bir daha üzə çıxır. Həmçinin, öz hərbi qüdrəti ilə öyünən Rusiya silahlı qüvvələrinin göründüyü kimi olmadığı və ya olduğu kimi görünmədyi bəlli olur. Demək, müharibənin nəticələrini proqnoz eləmək çətin olmayacaq.
İkinci yandan, Ukraynaya köməyə gələnlər əsasən könüllülər, Rusiya üçün vuruşmaq istəyənlər isə sırf muzdlular, maddi maraq güdənlərdir. Onlar üçün hansı ölkədə vuruşmağın önəmi yoxdur, əsas odur yaxşı pul qazansınlar. Aradakı başlıca fərq də elə könüllülərin mənəvi və döyüş ruhunun yüksək olmasındadır. Bu isə çox mühümdür. Yəni motivasiya məsələsi. Təmənnasızlıq.
Bu motivasiya Ukrayna prezidenti V.Zelenskinin son açıqlamalaırnda da duyulur, “qırmızı xətt” kimi keçir və əlbəttə ki, rus ordusu Ukrayna bataqlığında qaldıqca güclənəcək. Putində isə əksinə, zəifləyəcək.
Zelenskiinin bəzi son açıqlamalarına diqqət:
“Bizdə hər yer cəbhədir. Sadəcə, hər yer. Məncə, bunu hamı hiss edir”.
“Biz 100% bilirik ki, qələbə olacaq, amma onun dəqiq tarixini 100% bilmirik”.
“Hətta bir milyon Rusiya vətəndaşı bura ölmək üçün gətirilsə belə, ukraynalıları işğal etmək mümkün deyil”.
“Ruslar hamımızı məhv etdikdən sonra Kiyevə girəcəklər. Ancaq bu torpaqda onlar bizsiz yaşamalı olacaqlar. Dəqiq odur ki, aramızda özlərinə dost tapmayacaqlar”.
Məsələ də zatən, bundadır. Kim təcavüzkarın, qatilin, zalımın dostu ola bilər ki...
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
24 May 2024
21 May 2024
17 May 2024
08 May 2024
03 May 2024
27 Aprel 2024
23 Aprel 2024
18 Aprel 2024
13 Aprel 2024
09 Aprel 2024
05 Aprel 2024
03 Aprel 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ