İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml KTMT ölkələrinin “şüur”la hərəkət edəcəyinə inanır?..

Kreml əhlinin heç ağlına da gəlməzdi ki, KTMT haqqında ən kəskin qiymətləndirməni İrəvan verəcək - bəli, bir neçə ay bundan əvvəl İrəvanın rəsmi təmsilçilərindən biri KTMT-ni, nə az, nə də çox, uğursuz dövlətlərin klubu adlandırmışdı.

Belədə isə Nikol Paşinyan hakimiyyətə gələndən, KTMT bəlkə də yarandığı gündən ən dərin böhranını yaşamaq üzrədir. Düzdür, Ermənistan bu təşkilatda qalmaqda davam edir, amma onunla Kreml arasında “çat”lar genişlənməkdədir. Düşünürük ki, BMT TŞ-dəki son müzakirələrdən sonra bu “çat”lar bir az da artacaq. Hazırda Rusiya mənbələri məyusluqla yazır ki, BMT TŞ Laçın dəhlizindəki vəziyyəti yetərincə qiymətləndirmədi. Ermənilər isə bu fikirdədir ki, müzakirələr zamanı Moskva yetərincə səy göstərmədi...

Amma Kremlin başqa çıxış yolu da yoxdur: imperiya sürətlə laxlamaqda davam edir. Düşünürdülər ki, Ukrayna müharibəsi vəziyyəti düzəldəcək və imperiyada sahman yaranacaq. Amma nə oldu? Moskva hesab edir ki, müvəqqəti olsa da, üç post-sovet ölkəsinin NATO-ya inteqrasiyanın qarşısını ala bildi. Fəqət, belədirmi? Əlbəttə ki, yox! Onsuz da heç kimin bu tezliklə Ukraynanı, Moldovanı və ya Gürcüstanı NATO-ya üzv qəbul etmək fikri yox idi. Bunun əvəzində sadalanan post-sovet ölkələrindən daha güclü olan iki ölkə - Finlandiya və İsveç NATO-ya üzv oldular!

Daha dəqiq desək, Finlandiya artıq Alyansın üzvüdür, İsveçin isə bu quruma payızda üzv olacağı heç bir şübhə doğurmur. Odur ki, bir daha soruşuruq: Ukrayna müharibəsi Moskvaya nə verdi? Prezident V.Putin sərbəst hərəkət edə bilmir, hətta bu yaxınlarda Cənubi Afrikada baş tutacaq geosiyasi sammitə qoşula bilmir. Hətta belə hesab edilir ki, onun Türkiyəyə səfəri də bu səbəbdən yubanır - bəli, Rusiya prezidenti özünün Beynəlxalq Məhkəməyə təhvil verilə bilməsindən ehtiyat edir. Doğrusu, bu, elə məsələdir ki, adam onun reallığına inana bilmir, adam heç təsəvvür edə bilmir ki, kimsə Putini, Rusiya boyda dövlətin liderini məhkəməyə təhvil verə bilər, çünki, səhv etmiriksə, belə şey olmayıbdı, amma ən müxtəlif dövlətlər bu haqda ciddi danışmaqda davam edirlər. Həm də bu dünyada nələr baş vermir? İstefada olan prezidentlərin və ya baş nazirlərin məhkəməyə çəkilməsi haqqında çox eşitmişik, amma eks-prezident Donald Trampın məsələsi bunların hamısından qəliz görünür - deyəsən, yarızarafat, yarıciddi, kişini həqiqətən də dəmir barmaqlıqlar arxasına atacaqlar...

Odur ki, KTMT düşərgəsi gözləmə mövqeyindədir. Təkcə Belarusda Rusiyanın nisbi irəliləyişi var. Amma bu, davamlı olacaqmı? Lukaşenko siyasətdən gedəndən sonra da Minsk Rusiyanın geosiyasi müstəvisində qalacaqmı? Düşünmürük! Moskva Belarusda nüvə silahı yerləşdirməklə burada əbədi qalacağını fikirləşir. Amma Rusiyanın Ukraynada da nüvə silahı vardı və Kreml bir vaxt həmin silahı oradan necə çıxarmaq haqda düşünməli oldu. Bir daha deyirik ki, Belarusla bağlı da elə olacaq...

O ki qaldı Mərkəzi Asiya ölkələrinə, burada vəziyyət ona görə qəlizdir ki, bu ölkələrin rəhbərlərinin daha bir problemi var: onlar öz hakimiyyətləri haqqında düşünmək məcburiyyətindədirlər. Həm də bu ölkələr Qərbdən uzaq olduqları qədər Rusiyaya yaxındırlar. Amma bir detal aydındır ki, onlar talelərini əbədi olaraq Rusiyaya bağlaya bilməzlər. Düzdür, yaxınlıqda Çin də var. Amma Mərkəzi Asiya ölkələri Çinin dəstəyindən daha çox, onun “demoqrafik hücum”undan ehtiyat edirlər - onları daha çox Çinin iki milyard nəfərə çatan əhalisi narahat edir. Bu da səbəbsiz və əsassız deyil - Çin əhalisini Mərkəzi Asiya ölkələrinin böyük düzənlikləri cəlb edir. Bəli, Rusiyanın nüvə silahı, Çinin demoqrafik təhdidləri - bunlar elə də qeyri-ciddi məsələ deyil və bu amillərin qarşısını hələ ki, Qərb almaq iqtidarındadır. Fəqət, Qərblə Mərkəzi Asiya ölkələri arasında indi Rusiya dayanıbdır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024