İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailə Qəzzaya görə “qızıl medal” düşürmü?

HƏMAS üçün 1 yox, 1000 fələstinlilnin  ölməsinin fərqi yoxdur, onları regiondan birdəfəlik silmək cəhdi alınmayacaq, çünki...

İsrailin dünyada özünü bu qədər yumşaq desək, özbaşına aparmasının səbəbləri çoxdur. HƏMAS-ın aşkar vəhşi terror hücumundan dərhal sonra Bayden başda olmaqla Britaniyanın baş naziri, Almaniya kansleri, Avropa İttifaqı rəsmiləri İsrailə dəstək səfərləri etdilər. İndi həm ABŞ, həm Avropa Birliyi bu dayanmayan qan-qadadan çıxılmaz duruma düşüb.

Hər tərəfdən ərəb dünyası ilə əhatələnmiş (şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya, cənub-qərbdən Misir və Qəzza zolağı) İsrailə müharibədə onların qəzəbindən qorumağa vadar edən əsl səbəb nədir axı? Əgər Amerika İsrailin təhlükəsizliyi üçün bu qədər narahat idisə, bəs o zaman niyə Tramp administrasiyası BMT-nin qərarına baxmayaraq, Qüdsü (fələstinlilər Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyırlar) məhz İsrailin paytaxtı kimi tanımağa qərar verdi?

isra.jpg (69 KB)

İsrailin əvvəl Qəzza, indi də Rəfahda dinc xalqa qarşı etdiyi qırğınlara “HƏMAS-dan intiqam alırlar” deyib, necə haqq qazandırmaq olar axı?

İsrailin baş naziri Netanyahu əvvəl gündən birmənalı bəyan edib ki, HƏMAS-ın hökmranlığına son qoymayınca, dinc dayanmayacaqlar və sülh də olmayacaq. Yeddi aydır ki, o qanlı yolla davam edirlər. O iddia da var ki, reytinqi kəskin düşən Netanyahuya indilikdə sülh gərək deyil, çünki dinc dövr qayıtsa, ona qarşı açılmış korrupsiya ittihamları yenidən gündəmə gələcək.

Son bir həftə ərzində isə İsrail iki böyük hüquqi zərbə alıb. Mayın 20-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan İsrailin baş naziri və müdafiə naziri Yoav Qallantın həbsinə order vermək niyyətində olduğunu açıqlayıb. O, Netanyahu və Qallantı müharibə cinayətlərində və humanitar fəlakət  yaratmaqda ittiham etmək niyyətindədir. Orderlər üçün hələ Haaqa hakimlər kollegiyası Kərim Xanın şikayətinə baxmalı və onun icraatına davam edib-etməmək barədə qərar verməlidir. İlk dəfədir ki, Qərbin demokratik ənənələrə söykənən bir dövlətinin baş naziri və müdafiə nazirinin həbsinə order verilib. Belə bir order onların, məsələn, həbs təhlükəsi olan əksər Avropa ölkələrinə səfər etmələrini qadağan edir. Haaqa məhkəməsi HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə, HƏMAS-ın Qəzzadakı rəhbəri Yəhya Sinuar və HƏMAS-ın silahlı qanadının lideri Məhəmməd Delfin də həbsinə order vermək niyyətində olduğunu açıqlayıb.

Amma İsrail hesab edir ki,  Benəlxalq Cinayətlər Məhkəməsi İsrailə hücum edərək 1200 adamı qətl edən, 126 adamı hələ də girov saxlayan HƏMAS terrorçuları ilə vətəndaşlarının müdafiəsinə məcbur olaraq hərbi əməliyyatlara başlayan İsrail dövlətinin rəhbərlərini eyni səviyyəyə qoymaqla böyük səhvə yol verib.  

ismail.jpg (440 KB)

Mayın 24-də isə İsrail hüquq cəhətdən daha bir zərbə alıb. Cənubi Afrikanın İsrailə qarşı soyqırım iddiası ilə bağlı iddiasına baxan Haaqa Beynəlxalq Ədalət Məhkəməsi bir sıra müvəqqəti qərarlar verib ki, bunlardan biri İsraildən Rəfahdakı hərbi əməliyyatını dayandırmağa çağırış kimi şərh edilə bilər.  

İsrailin  baş prokuroru isə hesab edir ki,  dövləti oktyabrın 7-dən bəri dinc əhaliyə qarşı hər hansı şübhəli qanun pozuntusunu özləri araşdırır və Beynəlxalq Cinayət Məhkəməsinin  baş nazir və müdafiə nazirinin həbsinə order verilməsinin heç bir əsas yoxdur.

İkinci bir təfədən məhkəmə qərarlarının hüquqi qüvvəsi üçün BMT-nin Təhlükəsizlik Şurasının razılığı lazımdır. ABŞ yanvardan bəri bir neçə dəfə İsrailə hərbi əməliyyatları dayandırmaq üçün təzyiq etsə də, Tel-Əviv bunları nəzərə almayıb. İndidən o rəy də var ki, ABŞ-ın istənilən halda, İsrailə qarşı qərarlara veto qoymaqdan başqa seçimi yoxdur. Əvvəla, Ağ Evin Netanyahuya münasibətdən asılı olmayaraq, İsrail ABŞ-ın Yaxın Şərqdə əvəzedilməz müttəfiqi kimi qalır. Hazırkı prezident Bayden isə yeni prezidetlik üçün seçki kampaniyasına hazırlaşır və yəhudi lobbisi anti-İsrail qərarına görə onu sərt cəzalandıra bilər. O da var ki, indi təkcə bəzi Avropa ölkələrində deyil, Amerikada da anti-İsrail aksiyaları ciddi vüsət alıb. Bu da Ağ Ev hökumətini ciddi narahat etməkdədir.

Снимок-16.JPG (33 KB)

Bu ərəfədə isə İsrail ordusunun  Rəfahda köçkün fələstinlilərin qaldığı düşərgəni bombalaması nəticəsində 50-dən çox insanın ölməsi Tel-Əvivə qarşı ittihamları daha da artırıb. İsrail bəyan edib ki, bombardman hərbçilərin səhv olub və buna görə araşdırılma aparılır. Məlumdur ki, uzun münaqişədən sonra Rəfah Misir və Fələstin hissələrinə bölünüb. Buranın rəsmi statusu danışıqlar yolu ilə müəyyən edilməli idi. Lakin bu proses 1993-cü ildə başlasa da, ortada nəticə yoxdur. İsrail 2005-ci ilə qədər Rəfah üzərində nəzarəti saxlayıb. 2007-ci ildə isə Qəzza ilə bərabər Rəfah da seçkidə qalib gələn HƏMAS hərəkatının nəzarətinə keçib. HƏMAS terror təşkilatıdır, amma bunun əksini deyənlərin də öz arqumenti var.

HƏMAS üçün bir sutkada 1 yox, 1000 fələstinlinin ölməsinin fərqi yoxdur, onlar öz aləmlərində mübarizələrini aparırlar, İsrailin onları regiondan birfəfəlik silmək cəhdi də alınmayacaq. Nə qədər ki, bu problem var, HƏMAS-da ya zəif, ya güclü orada olacaq...     

D47EF023-5BF5-4F43-A94D-EE2DB35D26DD_cx0_cy9_cw0_w1200_r1.jpg (147 KB)   

75 ilə yaxındır ki, bu problem yalnız Yaxın Şərqin deyil, dünyanın qanı axan yarasına çevrilib, amma hələ də problem həllini tapmayıb. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının hələ 1948-cı ildən başlayaraq burada iki dövlətin yaradılması barədə qətnamələri olub. 

İspaniya, Norveç və İrlandiya Fələstini dövlət kimi tanıyıblar. Bununla da Fələstini tanıyan BMT-yə üzv ölkələrin sayı 142-yə çatıb. Bunlara BMT-dəki 22 üzvlü Ərəb Liqası, 57 ölkəni əhatə edən İslam Əməkdaşlıq Təşkilatı və 120 üzvlü Qoşulmama Hərəkatı daxildir. Bu ölkələrin qərarına reaksiya olaraq İsrail deyir ki, onlar “üç ölkənin səfirlərinə zəng edib 7 oktyabr hücumlarının videosunu göstərə bilərlər”.

İsrailin xarici işlər naziri Katzın reaksiyası belə olub: “İspaniya, Norveç və İrlandiya HƏMAS qatillərinə və təcavüzkarlarına qızıl medallar verməyə qərar verdilər”.

Bəs, günahsız insanları və xüsusilə uşaqların öldürülməsinə görə İsrailə “qızıl medal” düşürmü? Şərq  incə yox, qəliz məsələdir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Noyabr 2024

12 Noyabr 2024

17 Avqust 2024

27 Iyul 2024

21 Iyul 2024

30 Iyun 2024

21 Iyun 2024

16 Iyun 2024

14 Iyun 2024

08 Iyun 2024

28 May 2024

22 May 2024

19 May 2024

12 May 2024

10 May 2024

08 May 2024

03 May 2024

30 Aprel 2024

27 Aprel 2024

21 Aprel 2024

12 Aprel 2024

06 Aprel 2024

05 Aprel 2024

31 Mart 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024

23 Mart 2024

21 Mart 2024