İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan teatrında oğurlanmış Azərbaycan əsgəri ilə bağlı fransız SSENARİSİ

Antalyada keçirilən diplomatik forumun sessiyasında çıxış edən Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubenyan yenə də ölkəsini “sülh quşu”na bənzədib. Amma əgər doğrudan da onun dediyi kimidirsə, “Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur”sa, onda Ermənistan konstitusiyasındakı idbar tələblər, iddialar nə imiş görəsən?

RUBİN .png (563 KB)

Ermənistan rəsmiləri nağıllara elə aludə olurlar ki, bəzən əsas qanunlarını unudurlar: Türkiyəyə qarşı iddianın özü də Azərbaycana qarşı iddia deməkdir, həm də Şuşa Bəyannaməsindən sonra bu, tam rəsmiləşmiş mövqedir. İrəvandakılar zənn edirlərsə ki, Türkiyəyə qarşı ərazi iddialarını konstitusiyalarında saxlamaqla Azərbaycanla sülh imzalaya, yaxud Azərbaycan ərazilərini özününkü saymaq şərtilə Türkiyə ilə sərhədlərin açılmasına nail ola biləcəklər, yanılırlar! “Bir millət, iki dövlət”in bu məsələdə yekdil mövqeyi var! Üstəlik, Zəngəzur dəhlizi açılmalıdır, Azərbaycandan Azərbaycana və Türkiyəyə maneəsiz gediş-gəliş təmin edilməlidir! Rubenyan Nikol Paşinyanın şifahi bəyanatlarına istinad edir, bunlar söz yığınıdır! Azərbaycanın 86,6 min kv.km-lik ərazisini tanıyırıq, deyən Paşinyan dediklərinin qanunvericilikdə əksini tapmasına nail olmasa, sülh mümkün deyil. Sabah Nikolu devirəcəklər, yaxud 1999-cu il hadisələrini ona da yaşadacaqlar və sülh prosesinin də üstündən xətt çəkiləcək!

Azərbaycan müharibənin bitdiyini elan edib və bundan sonra savaşda maraqlı deyil, bu, ən yüksək səviyyədə deyilib. Amma görək İrəvandakılar bu humanizmə qarşılıq verirlərmi? Qəti şəkildə! Emənistan vaxtaşrı sülh təşəbbüsü ilə bağlı kövrək işartıları məhv edir, biri də məhz Berlin görüşü başlayar-başlamaz oldu. Laçın rayonu ərazisində əlverişsiz hava şəraitinə görə yolu azaraq qarşı tərəfə keçən azərbaycanlı əsgərlə bağlı Ermənistan İstintaq Komitəsinin yaydığı məlumat əslində “biz sülh yox, müharibə istəyirik” bəyanatı idi.

Təsəvvür edin, sülh vaxtı, sərt iqlim şəraitində ayağını hələ dəqiqləşdirilməyən, şərti sayılan sərhədin o tayına qoyan əsgər Ruslan Pənahovu saxlayıb, dərhal barəsində 5 maddə (?!) üzrə cinayət işi açdılar.

RUSLAN.jpg (37 KB)

Dövlət əleyhinə cinayətlərin, konstitusiya quruluşunun əsasları və ictimai təhlükəsizliyin araşdırılması baş idarəsində açılan cinayət işində sadalanan ittihamlara diqqət edin. Azərbaycanlı əsgər təxribata cəhd, başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd, o cümlədən milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd, qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozmaqda ittiham olunur. İki günlük Berlin görüşündən bir neçə saat əvvəl! İndi sülh istəyən kimdir, Rubenyanın ölkəsi?!

Faktiki olaraq Ermənistan Fransanın təlimatına uyğun davrandı, Makronun iştirak etmədiyi masa ətrafında nəticə əldə olunmaması üçün “operativ pisliy”ə əl atdı! Bəlkə də əsgərimizin orientiri ani olaraq itirməsi Ermənistan üçün göydəndüşmə fürsət olub. Berlində Ceyhun Bayramovla Ararat Mirzoyan arasında aparılan danışıqlar zamanı atılan təxribatdan ən çox sevinən Makron olub, buna şübhəm yoxdur. Ötən ayın əvvəllərində Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyer Avropa Birliyinin (AB) Ermənistan-Azərbaycan sərhədindəki (şərti) mülki missiyasına baş çəkmişdi. Daha sonra binoklunu da götürüb şərti sərhədə yollanmışdı. Məhz o zaman Azərbaycan tərəfə keçmək istəyən Çexiya vətəndaşı saxlanıldı sərhədçilərimiz tərəfindən. Sonra Zəngilan istiqamətində erməni snayperi sərhədçimizi yaraladı…

ZENGİLAN.jpg (94 KB)

Ardınca da əsgərimizlə bağlı saxta ittihamlar. Artıq heç şübhə yoxdur ki, Ermənistanda hərbi cəhətdən möhkəmlənmək istəyən Fransanın təxribatlar seriyası mövcuddur, fürsət düşdükcə səhnələşdirilir. Görmürsünüzmü, iki günlük Berlin görüşü ilə bağlı daşdan (oxu: ABŞ-dan) səs çıxdı, amma Parisdən yox… Ermənistanı silahlandıran Fransa sülhü pozmaqdan ötrü hər cür pisliyə hazırdır. Yenə də Ermənistan maşa funksiyasını yerinə yetirir.

İstisu istiqamətindən təxribat-diversiya cəhdini məhz ifşa olunduğu üçün həyata keçirə bilməyən Ermənistan xırda uğurlarla Makronun ürəyini fəth etməyə çalışır. Yəqin ki, Paşinyan günün birində “böyük bacı”sına “gördünmü, sənin iştirak etmədiyin görüş sən istəyən kimi bitdi”, deyib, gözaydınlığı verəcək. Qısası: İrəvan teatrında oğurlanmış Azərbaycan əsgəri ilə bağlı fransız ssenarisinə başlanılıb… Əslində Azərbaycan dövləti əsgərimizin dərhal və qeyd-şərtsiz azad edilməsi üçün Ermənistanın qarşısında vaxt qoya bilər! Əks təqdirdə, Dəmir Yumruq!

DEMİR YENİ.jpg (208 KB)

Görəsən, bu gedişatdan Rubenyan kimilər məlumatlıdırmı?

Normal ölkə, normal dövlət, sülh istəyən toplum sülh danışıqlarının ən qızğın vaxtında, ikitərəfli əməkdaşlıq üçün fürsət yarandığı məqamda bir günahsız əsgərin üzərindən belə alçaq oyun qurmaz! Postda dayanan əsgəri “qanunsuz silah saxlamaqda” ittiham edəcək qədər gerizəkalıdır bunlar. Azərbaycan əsgəri postda quşvuranla dayanmalı idi, yoxsa avtomatla?! Yaxud 44 günlük müharibədə, həmçinin 1 günlük antiterror tədbirində mülki sakinlərə əl qaldırmayan ordumuzun hərbçisini guya başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhddə ittiham edirlər. Xankəndidə ermənilər rahat yaşayır, onları kimsə erməni olduğu üçün öldürmür. “Qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə”. Yenə absurd. Elə postda dayanan hərbçimizə qarşı ittihama baxın. “Qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozmaq”. Yenə absurd. Dövlət sərhədini kim müəyyənləşdirib? Hələ sərhəd komissiyaları bir nəticəyə gələ bilməyibsə…

SERHEDDİ.jpg (76 KB)

Kəsəsi, sülh prosesini pozmaq, status-kvonu saxlamaq niyyəti. Zənn edirlər ki, bu əsgərə də uzunmüddətli həbs cəzası oxumaqla Bakıdakı qatilləri geri ala biləcəklər? Unudurlar ki, İlham Əliyevin humanizmindən sui-istifadə çoxlarına baha başa gəlib…

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024