İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev harda varsa, orda Azərbaycana böyük diqqət və qiymət var - London Zirvəsi növbəti sübut

Prezident İlham Əliyev personasına nə qədər böyük diqqət olduğunu sonuncu beynəlxalq tədbir - Avropa Siyasi Birliyi 4-cü Zirvə toplantısı da bird aha sübut etdi. Dövlət başçımızı əhatə edən beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar, ölkələrin rəsmi şəxsləri onunla təmasa böyük maraq göstərirdilər. Səmimi görüntülər, xoş davranışlar, konstruktiv müzakirələr Azərbaycanın dövlət başçısının yalnız Qarabağ fatehi olmadığını deməyə əsas verir. Sözü imzası qədər etibarlı olan Prezident avropalılarla kəsdiyi sözün onun üçün nə qədər önəmli olduğunu hər kəsin nəzərinə çatdırmaqla böyük etimad qazanıb. Odur ki, İlham Əliyevin sıradan söz demədiyini, dediyini etdiyini, Azərbaycanın milli və dövlət maraqlarını önəmli hesab etməklə yanaşı, təkcə bölgədə deyil, dünyada rifaha, təhlükəsizliyə, sabitliyə töhfə əzminin olduğunu yəqinləşdiriblər. Odur ki, istənilən tədbir çərçivəsində Azərbaycan Prezidenti ilə görüş növbəsi yaranır.

VİOLA.jpg (121 KB)

Londonda da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerdən tutmuş, Azərbaycanın dostu macar baş nazir Viktor Orbanadək, səfər dəvətini edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerdən İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherədək, Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Fridendən İngiltərə kralınadək hər kəs İlham Əliyevlə görüş və söhbətdən faydalanmaq istəyirdi.

LYUK.jpg (76 KB)

Lüksemburq dünənədək Azərbaycana qarşı necə davranırdı, çoxlarımız bilirik. Qərəzli qətnamə, absurd bəyanatlar, Ermənistanın işğalının himayə olunmasına cəhdlər, erməni yalanlarının himayə olunması… Amma lüksemburqlu baş nazir İlham Əliyevlə görüşdə Lyuk Friden düşünmədən deyib ki, COP29-da iştirak edəcək. Həmçinin Azərbaycanla Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı və ittifaqa üzv ölkələrlə çox yaxın əlaqələrə malik olduğu qeyd edilib. Avropa Siyasi Birliyi platformasının müzakirələrin aparılması üçün vacib məkan olduğu bildirilib. Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb. Bax, budur siyasət, düşmən mövqeyində olanları da dost mövqeyinə gətirmək, ən azı neytrallığını qazanmaq, bunu İlham Əliyev bacarır! Artıq neçənci ölkədir, neçənci ölkənin diplomatıdır, rəsmisidir ki, Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkib, əfv diləyib və əvəzində humanizm əsaslı mövqe görüb. Keçən ilin payızında hətta ABŞ dövlət katibi Azərbaycan Prezidentinə zəng edərək Bakıya gəlmək istəyən diplomatına icazə verilməsini, faktiki olaraq onun bağışlanmasını xahiş etmişdi. Dünyanın supergücündən söhbət gedir. Belə olan halda Azərbaycanın işğaldan azad etdiyi ərazilər boyda olan ölkənin Azərbaycana qarşı durmaq şansı ola bilməzdi.

WhatsApp Image 2024-07-20 at 14.27.25.jpeg (75 KB)

Yeri gəlmişkən, Oksfordda keçirilən Avropa Siyasi Birliyi 4-cü Zirvə toplantısı çox önəmli tədbir idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Britaniya baş nazirinin ofisinin məlumatına görə, tədbirdə 45 avropalı lider, həmçinin NATO, ATƏT və Avropa Şurasının nümayəndələri iştirak ediblər. Bildirilib ki, sammitin əsas mövzuları Ukraynada münaqişə, enerji təhlükəsizliyi, miqrasiyadır, məqsəd isə “Avropa daxilində və onun sərhədləri yaxınlığında münaqişə və qeyri-sabitliyə cavab olaraq birliyi qorumaqdır”.

ZELEN YENİ.jpeg (138 KB)

Diqqət edin, özünün bir aylıq məzuniyyətini yarımçıq qoyub Londona gedən Nikol Paşinyanın sammitdə iştirakına Rusiyadan necə qıcıqlı reaksiya gəlib.

“Ermənistan Qərblə əməkdaşlıq edərək öz təhlükəsizliyini riskə atır”, deyib Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova. Nazirlik sözçüsü dah sonra deyib ki, “Ermənistanda NATO ilə qarşılıqlı əlaqəni artırmağa üstünlük verirlər - təbii ki, bu qəribə hadisədir. Onlar Vaşinqtonda keçirilən alyans sammitində iştirak ediblər, birgə hərbi manevrlər keçiriblər. Bunun bariz nümunəsi kimi ölkə ərazisində keçirilən “Eagle Partner 2024” birgə ABŞ-Ermənistan təlimlərini misal çəkmək olar.Bu təkcə təəssüf deyil, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur, çünki Aİ və ABŞ bir çox ölkələrlə belə maxinasiyaları dəfələrlə edib. Bunun necə bitdiyini çox yaxşı bilirsiniz: onlardan istifadə olunur, sonra gərəksiz kimi atılırlar””.

Azərbaycan dövləti Qoşulmayanlar Hərəkatının üzvü kimi istənilən tədbirdə iştirak edir. Bundan əvvəl dövlət başçımız Astana, Şanxay Əməkdaşlıq Təşkilatının zirvəsində iştirak etdi. Çin, Rusiya ilə düşmən olan Qərbdən hər hansı neqativ reaksiya gəlmədi. Necə ki, Rusiyadan London zirvəsində iştiraka hansısa müdaxiləni müşahidə etmədik. Ola da bilməz, xüsusilə ona görə ki, Azərbaycan Ermənistan deyil, kimlərinsə sözü ilə, iradəsi ilə siyasətini müəyyənləşdirmir, özünün müstəqil siyasəti, seçimi var. Kimin nə hünəri İlham Əliyevə “filan tədbirə qatılmaq risklidir” desin!

ORBAN SON.jpg (97 KB)

Azərbaycandan fərqli olaraq Ermənistan rəhbərliyi hələ sərhədləri bəlli olmayan ölkənin ərazisində ABŞ, Fransa, Kanada qoşunlarını yerləşdirmək üçün fürsət gəzir. Budur, amerinan general erməni ordusunun başında dayanacaq, Ermənistanda hərbi bazası olan, bu ölkənin varlığında müstəsna xidmətlər göstərmiş Rusiya təbii ki, dözəsi deyil onun düşmənlərinin Qafqaza yığılmasına. Ermənistan rəhbərliyi riskli oyunlara getməklə Qafqaz regionunu oda yaxa biləcəyinin fərqində deyil. Azərbaycan lideri isə Belorus prezidentin dediyi kimi, Qafqazın lideri olaraq regional əməkdaşlığı və daimi sabitliyin təmin olunmasını fəaliyyətinin prioritetləri sırasına daxil etdiyi, hədəfini açıq şəkildə bəyanladığı üçün onun atacağı addımlarla bağlı kimsədə narahatlıq yoxdur.

Prezidentin Londona səfəri Londonda və bu platformada Azərbaycanın iştirakı Prezident İlham Əlyevin uğurlu və çoxşaxəli xarici siyasətinin göstəricisidir. Azərbaycan üzv olmadığı təşkilatlarda hətta üzv olan bəzi ölkələrdən daha üstün mövqeyə sahib olduğunu dəfələrlə sübuta yetirib, elə KTMT nümunəsində. Ermənistan bu təşkilatın rəhbərliyində olsa da, üzv olmayan Azərbaycana təşkilat daxilində uduzdu, yana-yana qaldı...

pasinyan.jpg (60 KB)

Onu da qeyd edək ki, Avropa Siyasi Birliyi 2022-ci ilin mayından mövcuddur. Onun yaradılmasına Fransa təşəbbüs göstərib. Birlik ildə iki dəfə sammit keçirir, 44 ölkənin liderləri dəvət olunur. Onların arasında Azərbaycan, Ermənistan, Britaniya, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna da var. Baxın, Fransanın qərəzli münasibətləri fonunda, həmçinin Makronun son çıxışlarından da göründüyü kimi, yanlış baxışlarının qarşılığında Azərbaycan bu tədbirdə iştirakdan yayınmadı, çəkinmədi, ən yüksək səviyyədə, həm də komanda şəklində iştirak etdi, sözünü dedi, lazımi ünvanlarla danışıqlarını apardı. Müstəqil olmağın məntiqi nəticəsidir. Amma Fransa prezidenti Nikol Paşinyana İlham Əliyevlə görüşməyə izn vermədi. Düzdür, sülh imzalamağın əsas şərtini – konstitusiyasını dəyişməyən – Paşinyanın üzü və sözü də yox idi görüşməyə. Amma hər halda Ermənistanın iradə sahibi olmadığını isbatlamağa zərurət yoxdur.

Son səfərlərin və görüşlərin trayektoriyasına baxın: təkcə son ayda Prezidentin Astana səfəri, ŞƏT çərçivəsində əməkdaşlıqlar, bu qurumla əməkdaşlıq statusunun irəli aparılması təşəbbüsü, Çinlə imzalanan srateji tərəfdaşlıq sazişi, Astanada Rusiya prezidenti ilə görüşü, Türkiyə-Pakistan formatında əməkdaşlıq, BRİKS-lə münasibətlərin güclənməsi və yeni imkanlar... Həmçinin Mərkəzi Asiya ölkələri ilə münasibətlər, birgə təlimlərin ardınca Prezidentin Pakistan səfəri...

PAKİS.jpg (74 KB)

Pakistan səfərinin möhtəşəmliyi Azərbaycan liderinin təyyarəsinin Pakistan qırıcılarının müşayiəti ilə hava limanına enməsi bütün dünyaya görk edildi.

MUSAYET.jpg (134 KB)

Həm də qardaşlığın bariz nümunəsi kimi! Bunlar da son deyil: Şuşada türk dövlət başçılarının qeyri-rəsmi sammiti, Qarabağ Bəyannaməsinin imzalanması, türk əsilli Məsud Pezeşkianın prezident seçilməsindən sonra İranla münasibətlərin normallaşması, səfirliyimizin fəaliyyətinin bərpa olunması ilə bağlı anlaşma... Ermənistanı himayə edənlər sürətlə azalır, bu, Azərbaycan Prezidentinin uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Azərbaycan Prezidentinin Avropa liderləri ilə görüşləri, Azərbaycanın Almaniya, Böyük Britaniya, ABŞ kimi ölkələrlə əlaqələri, intensiv səfərlər Azərbaycan etibarlı tərəfdaş kimi tanınmasının, İlham Əliyevə yüksək etimadın ortaya çıxardığı nəticədir. Qarabağ məsələsinin həllindən sonra Ermənistanla sülhün əldə olunmasını önəmli sayan Azərbaycan qlobal təhlükəsizliklə bağlı fəaliyyətini də əsirgəmir, Ukrayna-Rusiya müharibəsindən tutmuş, Qəzzadakı insan qırğınınadək bütün qandondurucu savaşların ədalətli qaydada çölüməsini istəyir. Həmçinin Kəşmir məsələsində beynəlxalq hüquqa istinad edir. Bu ardıcıllıq, beynəlxalq hüquqa hörmət və hörmət edilməsini hər kəsdən tələb etməkl bağlı qətiyyətli siyasət İlham Əliyevə həmçinin onun liderlik etdiyi Azərbaycana böyük diqqət və hörmət qazandırır.

İLHAM OLTS.jpg (81 KB)

P.S. Maraqlıdır, Nikol Paşinyan məzuniyyətini başa vurandan sonra Ermənistana nə üzlə qayıdacaq? Axı deyirdi biz sülh imzalamalıyıq, lakin sülh danışığından belə qaçdı, ona və ölkəsinə növbəti bəlalar vəd edən Makronun diqtəsi ilə...

P.S.S. Paşinyan bütün tədbirlərdə və görüşlərdə böyük hörmətlə qəbul edilən İlham Əliyevlə müqayisədə o qədər zəif və miskindir ki, hətta ermənilər özləri belə, belə rəhbərə görə utanırlar, bunu etiraf edirlər. İlham Əliyevlə görüşlərdəki fotolara baxmaq kifayətdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024