İnsanlara hürriyət, millətlərə istiqlal!

İki bayrağı birinə dəyməyən millət – ermənidən heyrətamiz həyasızlıq

Ermənistanda daşnaklar da daxil, radikal-revanşist ünsürlər “artsax bayrağı” adlandırdıqları əsgi parçası ətrafında əsl isterika, siyasi şou düzəldiblər. “Müstəqilliyi” elan olunandan xarici sərhədlərini belə rusların qoruduğu Ermənistanın hər künc-bucağında neçə gündür bu əsgi parçasını asmaqla “ikinci erməni dövləti”nin – “artsax”ın varlığını kiməsə sübut eləməyə çalışırlar, özlərinə təsəlli verirlər.

Bir erməni dövlətini qurub qurtardılar, birindən yarıdılar, qaldı “ikincisi”! “İki dovşanın ardınca qaçan heç birini tutmaz”! Arada bizim müdrik atalar məsəllərinə qulaq versəydilər, belə miskin və acınacaqlı duruma düşməzdilər...

Beləcə, iki ildir odu söndürüb küllə oynayırlar. Çünki bilməyən yox ki, Ermənistan da, Qarabağ anklavındakı separatçı-kriminal oyuncaq rejimi də Rusiyasız heç bir gün duruş gətirə, mövcud ola bilməz.

Amma bunlar utanıb-qızarmadan hələ də “iki erməni dövləti”nin varlığından dəm vurur, hətta tək xilaskarları Rusiya əleyhinə vaxtaşırı İrəvanda etiraz aksiyaları, yürüşlər keçirirlər. Küçələrdə, meydanlarda, yerli mediada Rusiyanı, Putini ağır söyüşlərlə aşağılayırlar.

Doğrudan da, nə qədər abırsız və həyasız tayfa imişlər. Belə bir anlaqsız, nankor və mazoxist toplumla bizim barışığımız, sülh anlaşmamız əlbəttə ki, qəliz olacaq. Özümüzü aldatmayaq və ayıq-sayıq olaq. Çünki kapitulyant ölkədə başı ilə düşünən erməni siyasətçisi, erməni ziyalısı nə yazıq ki, hələ də azdır, çox az...

Məsələn, bu gün “artsax bayrağı” adlı həmin o əsgi parçasını müxalifətçi deputat, Xocalı Seyran Ohanyan parlamentə gətirib və əsas tribunaya sancıb. Sonra da başının dəstəsi ilə Xankəndinə gedəcəklərini izhar edib. Amma cəmi 5-10 dəqiqə sonra hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan paşinyançı deputat Vaaqn Aleksanyan həmin əskini oradan çıxarıb və opponentləri ucuz siyasi şouya görə qınayıb. Yəni, yenə odu söndürün küllə oymamaq məsələsi...

Hakim fraksiyanın rəhbəri Ayk Koncoryan isə müxalifət nümayəndələrinin Qarabağa getməsini təxribat adlandırıb, bunu separatçılarını müdafiə edən addım hesab etmədiyini bildirib. O, Ohanyanın Qarabağdakı separatçıların qondarma bayrağının parlamentin tribunasından asmasına da etiraz bildirib. “Mən bu bayrağın nümayişkaranə şəkildə kiminsə əleyhinə buradan asılmasının məntiqini anlaya bilmirəm” – söyləyib.

Başqa bir paşinyançı deputat Rustam Batoyan isə müxalifətçi populistləri ələ salıb. Sitat: “Əgər siz Türkiyə bayrağını yandırmaqla Ermənistan üçün konkret addım atdığınızı və ya Ermənistan üçün hansısa müsbət prosesə töhfə verdiyinizi xəyal edirsizsə, biz burada yaxşı bir şey görmürük. Əgər Türkiyə bayrağını yandırmaqla vətənini xilas etdiyini düşünürsüzsə, o zaman fil şəkli çəkin və onu parça-parça edib özünüzü güclü oğlan kimi təsəvvür edin. Sizin yeriniz tarixin zibilliyidir”.

Təkcə onların – müxalifətinmi? Yox. Bir azdan Ermənistan adlı kvazi-dövlətin özü də mifik “artsax” kimi tarixin zibilliyində olacaq, əgər iqtidarlı-müxalifətli, bu millətin önündə getməyə iddialı olanlar tezliklə göydən yerə enməsələr. İki bayrağı birinə dəyməyən, iki əsgi parçası uğrunda bir-birini didən əsgi millət...

Zahid SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024

24 May 2024

21 May 2024

17 May 2024

08 May 2024

03 May 2024

27 Aprel 2024

23 Aprel 2024

18 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

05 Aprel 2024

03 Aprel 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024