Onlayn ictimai-siyasi qəzet
İki həftə sonra Azərbaycan ərazisində erməni separatizminin köklərinin qazılması, “miatsum” nağıllarının birdəfəlik torpağa gömülməsi, separatçılığın tabutuna dəmir mıxların vurulması əməliyyatının birinci ildönümü tamam olacaq. On illiklər boyunca ermənilərdən maşa kimi yararlanan bir sıra dairələr, həmçinin saqqallarını qırxıb, arvad libasında Qarabağdan qaçmış hay tör-töküntüləri hələ də üstümüzə hürməkdə davam edirlər, reallığı doğru-düzgün qiymətləndirməyi bacarmırlar. Amma onlarla da hesablaşmağın zamanı gələcək, darıxmasınlar! Azərbaycan ötən illərdə çoxlarının dərsini verdi, belələrinə də növbə çatacaq!
Qarabağda qondarma qurumun elan olunması ilə bağlı keçən il ciddi yanlışlığa yol verən, separatçılara təbrik göndərməklə faktiki olaraq onları növbəti dəfə özlərinə oyuncaq “prezident” seçməyə təhrik edən Nikol Paşinyan 2019-cu ildəki məlum “nöqtəli” səhvini başqa formada təkrarlamışdı. Anlamamışdı ki, cəmi üç ay əvvəl Azərbaycanın Ali Baş Komandanı “miatsum kitabı bağlandı”, xəbərdarlığını etmişdi. Nəticə çıxarmadılar və təbrikləri qara gəldi, 19-20 sentyabrdakı bir günlük əməliyyatlar hayları peşman elədi. Daha bir həftə keçdi və 28 sentyabrda özünü saxta “prezident” elan etmiş Samvel Şahramanyan cani dəstəsini başına yığıb ağ bayrağı “rəsmiləşdirən” “fərmanvari” kağız parçasına qol çəkdi. Həmin kağıza əsasən, “Dağlıq Qarabağ Respublikası” adlı oyuncağın 1 yanvar 2024-cü ildə ləğv olunacağı elan edildi. Lakin hay ənənəsinə sadiq qalan separatçıbaşı dovşan kimi qaçandan sonra, dekabrın 22-də vədinə xilaf çıxdı və separatçı “respublikanın qanunvericiliyi”ndə “dövlət institutları”nın ləğvini dəstəkləyən heç bir sənədin olmadığını bəyan elədi.
Verdiyi sözü “yeyən” Şahramanyan uzun fasilədən sonra bu günlərdə İrəvanda yenidən ortaya çıxdı və hərzə-mərzə danışmağa başladı. Əslində onun Ermənistanda sərbəst fəaliyyəti, arabir siçan deşiyindən çıxıb, “artsax-sarsaq” nağıllarını danışması Nikol Paşinyanın sülh prosesi ilə bağlı dediklərini də şübhə altına alır. Sülhə imza atmaq istəyən hökumətin başçısı ölkə ərazisində belə sarsağın sərbəst fəaliyyətinə izn verməməlidir! Paşinyan doğrudan da Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, separatçıların İrəvandakı ofisi, Şahramanyan kimi boşboğazların Azərbaycan ərazilərinə iddiasının adı nədir?
Samvel Şahramanyan iki gün əvvəl İrəvandakı Yerablur hərbi panteonunda jurnalistlərə deyib ki, vaxtaşırı əhalinin öz evlərinə (?!-red.) hansı yolla qayıda biləcəyi ilə bağlı müzakirələr gedir. Bu sarsaq haydan soruşan yoxdur ki, “öz evləri”niz hardadır? Qarabağda? Əvvəla, bu evlərin sizə məxsus olub-olmadığını aydınlaşdırmaq lazımdır. İşğal dövründə Qarabağa Livandan, İraqda, Suriyadan köçürülənlər daxil, Azərbaycan əhalisinə məxsus mülkləri yağmalamışdılar. Digər tərəfdən, sovet dövründə Azərbaycanın Qarabağın bölgəsində yaşamış ermənilərin indiki situasiyada bu evlərdə yaşaması üçün Bakının ilkin şərtləri var idi. İlk olaraq Azərbaycan vətəndaşlığını qəbul etmək, qanunları çərçivəsində öhdəliklər götürmək lazım idi. Amma buradakı ermənilər Azərbaycan dövlətinin təkliflərinə, humanist təşəbbüslərinə rəğmən, Gorus tərəfə üz tutub, Ermənistana getdilər. Çünki bilirdilər, 35 il ərzində törədilən cinayətlərə görə bir-bir sorğu-suala tutulacaqdılar. Mümkün deyil ki, Qarabağ erməniləri bu və ya digər şəkildə Azərbaycana qarşı cinayətlərdə iştirak etməsinlər. Bu da var ki, onlar hətta Azərbaycan Prezidentinin əfv, amnistiya təklifinin qarşılığında normal qarşılıq vermədilər, separatçıların oyunlarında yer aldılar. Hətta ermənilər çıxıb gedəndən sonra da Azərbaycan dövləti reinteqrasiya proqramı çərçivəsində portal yaratdı, onların qayıdışı üçün yaşıl işıq yandırdı, nə separatçı liderlər, nə Paşinyan hakimiyyəti bu təşəbbüslərə normal qarşılıq vermədi. İndi hansı qayıdışdan söhbət gedə bilər?! Ümumiyyətlə, nə üzlə qayıtmaq istəyirlər?
Görünür Makron Fransasının, ABŞ-dəki erməni lobbisinin, erməni kilsəsi və diasporunun edəcəyi bir şeylər olmadı deyə, fikirlərini dəyişiblər. Amma yenə də iddia edirlər ki, bu qayıdış hansısa mərkəzlərin moderatorluğu ilə həyata keçirilməlidir. Xəstə yığını! Şahramanyan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi xüsusi komissiyaya istinad edir. “Arsax xalqı”nın öz vətəninə qayıtmaq və onu inkişaf etdirmək arzusu var, amma bizim beynəlxalq təminatlarımız olmalıdır, bizim geri dönüşümüz ləyaqətli və ədalətli olmalıdır və ən əsası, bu standartlar təmin olunarsa, o zaman biz danışıqlara hazırıq”, deyən separatçı qanmır ki, o, artıq özünü yandırıb, nə imzası, nə sözü etibarlı deyil. Onun danışıqlarını dinləyə bilərik: Ağır Cinayətlərə Dair Məhkəmədə! 28 sentyabrda imzaladığı kağız parçasının hüquqi qüvvəsinin olmadığını deyən Samvel əslində düz deyir, o, özü kimdir ki, imzaladığının da qüvvəsi olsun? Amma beynəlxalq hüquq deyilən məsələ var və o hüquq da ermənilərin Azərbaycan ərazisinə məlum iddiaları ilə birgə qayıdışına yol vermir, vəssalam!
Belə görünür ki, islah olunmaq niyyətində deyillər, ağılları başlarına gəlməyəcək. Özü də söhbət təkcə revanşistlərdən, separatçı ünsürlərdən getmir. Nikol Paşinyan bu dəfə Qarabağ separatçılarına təbrik yollamasa da, keçən həftə ortaya qoyduğu ziddiyyətli mövqelər faktiki olaraq revanşizmin yenidən baş qaldırmasına imkan yaratdı. Diqqət edin, özü sülhdən danışır, hətta Azərbaycan Prezidenti ilə sərhəddə görüşməyə hazır olduğunu deyir, amma digər tərəfdən Ermənistan Fransa, ABŞ, İran, Hindistandan aldığı silahları şərti sərhədlər boyunca yerləşdirir, ordusunu gücləndirir. Deməli, təxribatların başında dayanan Paşinyan özüdür və cavabını almalıdır! Ötən həftə keçirdiyi brifinqdə iddia etdi ki, Azərbaycan Konstitusiyasında Ermənistan ərazilərinə qarşı iddialar var. Göyçədən, Zəngəzura, oradan Vidibasaradək ərazilərin adlarını çəkdi. Əslində bu ərazilərin Azərbaycana məxsus olduğunu etiraf etmiş oldu, konstitusiyamıza şər atsa belə. Bəli, o ərazilər 1918-ci ilin mayında ermənilərə güzəşt edilən 9 min kv.km-lik ərazilərə aid deyil, sonradan qəsb edilib. Bu mənada Azərbaycanın 1920-ci ildən başlayaraq qoparılmış torpaqlarını geri qaytarmaq hüququ var, həm də Paris Sülh Konfransının yekun qərarına əsasən! Ölkəsi üçün kadastr sənədi almağa çalışan Nikol Paşinyan bu reallığı bilir, amma Azərbaycanı şərləmək bahasına vəziyyətdən çıxış etməyə çalışır. Həm də bu oyunbaz başımızı qatmaq istəyir. Azərbaycana və Türkiyəyə, hətta Gürcüstana qarşı ərazi iddialarının əksini tapdığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbindən yayınmaqdan ötrü siyasi hoqqabazlıqla məşğul olur Nikol Paşinyan, komandası və onunla guya rəqabətdə olan revanşistlər, separatçılar, kilsə, diaspora.
Odur ki, Azərbaycan “B” planını işə sala bilər. Məsələn, artıq mühacirətdə Qərbi Azərbaycan hökumətinin yaradılmasının vaxtı tam yetişib! 1989-89-cu illərdə öz dədə-baba yurdalarından didərgin salınan 300 min azərbaycanlının evlərinə ləyaqətli qayıdışı istiqamətində başladılan proses həllini tapmalıdır! Bu məsələ öz torpağında - Qarabağda yaşamış, sonda da yediyi qapa təpik atan bir ovuc erməninin məsələsinə bənzəmir və heç bir halda eyniləşdirilə bilməz! Qərbi Azərbaycan Konsepsiyasına uyğun şəkildə atılmalı addımlar öz yerində, paralel şəkildə digər addımlar da həyata keçirilməlidir. Söhbət Azərbaycan ərazisində yaradılmış saxta dövlət tərəfindən qovulanlardan, əmlakı mənimsənilən, taleyinə ciddi zərbələr vurulan insanlardan gedir. Onların Qərbi Azərbaycana qayıdışı təmin olunmalıdır! Onsuz da gec-tezi var, bir gün azərbaycanlılar Göyçəyə, Zəngəzura, Vedibasara qayıdacaqlar, Xankəndiyə, Xocalıya, Şuşaya, Laçına...qayıtdıqları kimi! Amma Ermənistanın hiyləgər hakimiyyəti hələ də Kərki və Qazağın 3 kəndinin qaytarılmasından boyun qaçırır, müxtəlif bəhanələrlə. Verdiyi vədə, imzaladığı sənədə xilaf çıxmaqla növbəti addımların qarşısını almağa cəhd göstərir: azərbaycanlıların öz yurduna qayıdışını, Zəngəzur dəhlizinin açılmasını gecikdirir.
Milli Məclisin yeni tərkibi fəaliyyətə başladıqdan sonra Qərbi Azərbaycanla bağlı xüsusi komissiyanın yaradılması istiqamətində də addımlar atıla bilər. Yüz minlərlə inanın haqqının bərpası həm də ali qanunverici orqanın səlahiyyətində olan məsələdir. Ermənistanın bundan sonrakı davranışlarına rəğmən növbəti addımların atılması da mümkündür. Məsələn, Azərbaycanın Zəngəzur bölgəsinin və digər ərazilərinin qoparılması ilə bağlı məsələ. Paşinyan demirmi ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu ortaya qoymaqla həm də bu ərazilərə iddia edir? Konstitusiyada belə bir iddia yoxdur. Amma əgər Ermənistan Qarabağla bağlı sərsəm iddialardan əl çəkmirsə, anklav kəndləri azad etmirsə, Naxçıvanı blokadada saxlamaqda davam edirsə, o halda biz niyə sakit oturmalıyıq? Niyə 1929-cu ildə qoparılmış və yalnız 60-cı illərdə sovetlərin diqtəsi ilə Azərbaycan SSR Ali Sovetində təsdiqlənmiş Nüvədi kəndinin geri qaytarılması məsələsi gündəmə gətirilməsin? Nüvədi sakinləri Qərbi Azərbaycanın ən sonuncu deportasiya edilən sakinləridir, onların qayıdış haqqı təmin olunmursa, onda bu məsələni “Dəmir Yumruq” həll edə bilər. Nüvədinin azadlığı həm də 42 km-lik Zəngəzur dəhlizinin 12 km-nin azad olunması deməkdir. Rəsmi İrəvan bu variantı seçirsə, buyursun!
Son illər Ermənistan məhz sentyabr ayında Azərbaycandan zərbələr almağa bir növ adət edib: 2020-ci ilin 27 sentyabrında təxribata əl atdılar, 44 gün ərzində başları əzildi. 2022-ci ilin 12 sentyabrında gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi, yüzlərlə ölü və yaralını döyüş meydanında qoymalı oldu. 2023-cü ilin 9 sentyabrında həmin bu Şahramanyan özünü “prezident” elan etdi, 10 gün sonra tülkü kimi gizlənməyə yer axtardı...Yenidən aktivləşiblər.
Azərbaycanın bütün istiqamətlərdə hücuma keçməsi üçün tam zəmin yetişib. Radikallar peşman olacaqlar, Ali Baş Komandan bu barədə düşməni və havadarlarını dəfələrlə xəbərdar edib. Həm də zəbt olunduqdan sonra faktiki olaraq boş qalan 300-dən çox Azərbaycan kəndlərinə doğru uzanan yolumuzu kəsə bilməyəcəklər. Bu gün təkcə Zəngəzur dəhlizi müzakirə mövzusu deyil ki... Yolumuz Qərbi Azərbaycanadır! Prezident bildirib ki, biz Qərbi Azərbaycana avtomobillərlə qayıdacağıq. Necə ki, Qərbi Azərbaycan İcmasının təsis etdiyi “Qayıdış Konsepsiyası” indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir. Amma əgər maşınla qaytmağımıza imkan verilməsə, o halda tankla gedə bilərik. Necə ki, keçən il Xankəndiyə getmək istəyən humanitar yüklərlə dolu yük maşınlarının Əsgərandan keçidinə imkan vermirdilər, sonda tanklarla əzib keçdik! Seçim özlərinindir!
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ