İnsanlara hürriyət, millətlərə istiqlal!

“Futbol canavarları”nın dişindən qurtarmaq...

Bu, növbədənkənar yazıdır, sosial şəbəkədə ciddi müzakirə mövzusu olub deyə yazıram. Yoxsa bəzi dostlar kimi bütün mövzulara mütləq şərh yazmaq kimi bir şakərim yoxdur. Bu gün ən böyük dərdimiz “Qarabağ” problemidir.

Bundan əvvəlki cümləni yazdım, əlimi saxladım və dırnaq işarələrinə baxanda gördüm, ləzzətli cümlə alınıb. Bəli, bu gün (27 oktyabr) ən böyük dərdimiz “Qarabağ”ın uduzmasıdır. Təki futbolda uduzaq.

Bu hadisə dünən gecə baş verib və insanlarımızı, azarkeşlərimizi narahat edən odur ki, “Qarabağ” qapısından 5 qol buraxıb. Komandamız 1 və ya 2 top fərqi ilə uduzsa, heç kəs bundan bu qədər dilxor olmazdı. Ona qalsa, keçən ilin bugünkü günü də “Qarabağ” hansı komandayasa uduzub. Feysbuk xatırlatdı ki, ötən ilin oktyabr ayının 27-də belə bir qeyd etmişəm: “Sonra da deyirlər, Şahruddini niyə qınayırsınız”.

Bu, o deməkdir ki, keçən il bu gün Şahruddin komandanı becəribmiş, ona görə elə yazmışam. Bax, bu dəfə “Qarabağ”ın qapıçısı Lunyov qapısından 5 top buraxıb, amma onu qınamır, söymürlər. Ona görə ki, bu qollarda qapıçının günahı yoxdur.

İndi azarkeşlər baş məşqçi Qurban Qurbanovu qınayırlar, deyirlər, o, hücum futbolu oynatmamalıydı, rəqibə pres etdirməməliydi, italyanlar kimi müdafiə taktikası seçməliydi və s. Əlbəttə, azarkeşlər belə şeyləri daha yaxşı bilirlər.

Amma sanki “Qarabağ” özünə bab komandalardan biri ilə oynayıb və belə bir hesabla uduzub. Elə deyil.

Bu, “Bayer”dir, hazırda öz ölkəsinin çempionatında liderdir, qabağına keçəni xışlayır. Təsəvvür edin ki, “Bavariya” kimi əjdaha “Bayer”lə heç-heçə etdiyinə görə sevinirdi, deyirdi, yaxşı qurtardıq.

Almanlarda xasiyyətdir, bir qol vurduqları komandaya daha beşini, hətta yeddisini vurmaq istəyirlər. Onlarda hesab qorumaq, “2 qol bəsdir, 1 qol da vursan, 3 xaldır, 3 dənə də vursan, eyni şeydir, özümüzü niyə öldürək” söhbət yoxdur. Vurduqca vururlar. Hələ “Qarabağ” yaxşı qurtardı. Vallahi, bir az boş tərpənsə, azı 5 dənə də vuracaqdılar və əls biabırçı hesab o olacaqdı.

2-3 il qabaq həmin bu almanlar dünyanın ən güclü komandasına - “Barselona”ya 8 qol vurmadılarmı? Hələ Messi də meydandaydı, o biri əjdahalar da. Amma nəzərə alan, hörmət edən olmadı, ard-arda vurdular.

Belə komandlarla ehtiyatlı olmaq lazımdır, canavar kimidirlər. Əgər “canavar kimidirlər” ifadəsi kiməsə şişirtmə və ya çöçün görünürsə, izah edim. Canavarların bir xasiyyəti var, sürüyə dalanda 5-6 heyvanı boğur, parçalayır, sonra birini götürüb yeməyə aparır. Çobanlar bu heyvanlara ona görə hiddətlənirlər ki, yaramaz, bir qoyunu yeyəcəksənsə, birini apar, ta yeddisini niyə öldürürsən.

İndi onun sözü olmasın və lətifəsi də bizim qardaşlara dəyməsin, böyük hesablı qələbəyə can atan komandalar da 3 xalı 1-2, lap 3 qolla qazana biləcəkləri halda qapını doldururlar. “Futbol canavarlığı”dır bu.

İtaliya klubları isə fərqlidir, 1-2 qol vurarlar, sonra başlayarlar hesabı qorumağa, nəticədə öz azarkeşləri məmnun qalır (onlara qələbə xalı lazımdır), uduzanlar da incimirlər, sadəcə, ekran başında baxımlı oyun gözləyən bizim kimi azarkeşlər narazı qalır ki, bu, nə plovdur, hanı bunu ədvası.

Ona görə də nə “Qarabağ”ı, nə də onun baş məşqçisi Qurban Qurbanovu qınamağın faydası yoxdur. Düzdür, bəziləri bunu “Qarabağ”ı, ölkə futbolunu Avropada təmsil edən yeganə komandamızı çox istədiyindən edir, amma bəziləri də fürsət yaxalamışkən, bu imkandan Qurban Qurbanova qarşı yararlanır.

Yadıma düşmüşkən, bunu da yazım: 2014-cu ildə Braziliyada keçirilən futbol mundialında həmin bu almanlar Braziliya milli komandasına 7 qol vurmuşdular. Hətta 5 qoldan sonra alman futbolçular (Müller, Məsut Özil, Svaynşteyger, Götze, Filip Lam, Mertezaker, Toni Kross, Miroslav Kloze və başqaları) fasilədə öz aralarında razılaşıblar ki, 5 dənə bəsləridir, ta vurmayaq, pentakampeonları sındırmayaq. Bu heynədə Andre Şürle hardasa ağzını ayırıb başqa işlə məşğul imiş, söhbətdən xəbəri olmayıb. O, ikinci hissədə meydana çıxıb və 69 və 79-cu dəqiqələrdə yazıq braziliyialıların qapısına daha iki qol vurub. Sonradan Kloze, ona deyib ki, bəs söz danışmışdıq, neynədin sən, cavab verib ki, seyid, tövbə, xəbərim olmayıb.

Yəni futbolda belə şeylər olur, ürəyimizə salmayaq, Anadolu klublarının uduzan oyunçuları demişkən, önümüzdəki matçlara baxaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024