Onlayn ictimai-siyasi qəzet
Nəhayət ki, ruslar da etiraf etməyə başladılar ki, son etirazlarda keşiş Baqratın ətrafında dörd, uzağı beş min nəfər adam olub. Halbuki bu yaxınlara qədər yazırdılar ki, guya mayın 26-da keçirilən etirazlarda yüz min nəfərdən çox adam iştirak edib.
Belə də isə “Baqrat epopeyası” tamam sönməkdədir. Onun 17 iyun gözləntilərindən də heç nə alınmadı və əvvəldən də belə güman edilirdi ki, bu, növbəti bir fırıldaqdır və heç bir nəticə verməyəcək.
Hakim partiyanın deputatları parlamentin “növbədənkənar iclas”ını boykot etdiklərindən o, ümumiyyətlə, baş tutmadı. Baqrat tələb edirdi ki, müxalifət deputatları etiraz əlaməti olaraq mandatalarından imtina etsinlər. Amma keşiş Baqratın bu tələbini də eşidən olmadı və heç kim mandatından imtina etmədi.
Odur ki, son günlərdə belə xəbərlər yayıldı ki, bəs Baqrat özünün az saylı tərəfdarları ilə rayonlara çıxmağı planlaşdırır. Rusiyalı təhlilçilər bu xüsusda yazırdılar ki, keşiş tezliklə payıza qədər taym-aut götürəcək və payızda daha bir həmləyə başlayacaq, çünki payızda etirazlar üçün daha ciddi “zəmin” olacaq – belə ki, qarşıda sülh sazişi, konstitusiyanın dəyişməsi və daha dörd kəndin Azərbaycan qayatarılması məsələləri var.
Amma belə ehtimal da var ki, bu məsələlər payızda da çətin ki, öz həllini tapmış olsun. Ona görə də Baqrat məsələsi daha çox Paşinyan – kilsə qarşıdurması ilə bağlıdır. Kreml bit tərəfə, bu vaxta qədər Ermənistan dövlətini kilsə və diaspora idarə edir, istiqamətləndirirdi. Paşinyan bu ənnəyə son qoymaq istəyir. Ona görə də bir daha deyirik ki, Baqrat məsələsi hələ bir müddət davam edəcək – erməni kilsəsi açıq siyasi savaşa start verib və bu haqda hətta Rusiya mənbələri də yazırlar.
Heç təsadüfi deyil ki, Baqratın bu vaxta qədərki çıxışlarında və bəyanatlarında konkret siyasi mövzulara demək olar ki, yer verilməyib və ya çox az verilibdir. Baqratın tez-tez təkrar etdiyi bircə tələb var: Paşinyan istefa verməlidir! Aydındır ki, bu, daha çox erməni kilsəsinin tələbidir, ona görə ki, Paşinyan hakimiyyətə gələndən onun kilsə ilə çox ciddi problemləri yaranıb...
Bəs proseslərin perspektivi necə görünür? Erməni cəmiyyəti Nikol Paşinyana daha bir dəfə kart-blanş verdi – insanlar Baqratın arxasınca getmədi, hətta az sayda Baqrata qoşulanların böyük əksəriyyətinin belə bunu pul müqabilində etdikləri deyilir.
Bəs Paşinyan nə edir? O, bunun fərqindədirmi? Məsələ də bundadır ki, elə də fərqində deyil. Bu adam heç cür başa düşə bilmir ki, ona ayrılan etimadın da limiti var, heç də həmişə belə olmayacaq – cəmiyyət gec-tez Nikolun “manevr”lərindən bezəcək.
Hazırda Nikol yenə də nala-mıxa vurur. Fransanın İrəvanı silahlandırması, hətta ona özüyeriyən artilleriya qurğuları verməsi haqda xəbərlər gedir. Bəzi təhlilçilər bir az da irəli gedərək payızda müharibə ola biləcəyini də istisna etmirlər. Qeyd etmək lazımdır ki, bunları təkcə siyasi təhlilçilər güman və təxmin etmirlər, çox ciddi dövlət və hökumət qurumları da Fransa-Ermənistan təmaslarında növbəti müharibəyə hazırlaşmaq cəhdlərini görürlər.
Amma bizə elə gəlir ki, bu, elə də real görünmür. Əlbəttə, Paris çox “şuluqluq” edə, ara qarışdıra bilər, amma bizə elə gəlir ki, bu müstəvidə “birinci skripka” olan ABŞ-ın belə planları yoxdur – Vaşinqton Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasında çox maraqlı görünür.
Üstəlik, Bakı Vaşinqtonun Cənubi Qafqaz planları üçün də problem deyil. Nikol Paşinyanın anti-Rusiya planlarından nə çıxacağını hələ heç kim bilmir, amma Bakı hətta Rusiya sülhməramlılarını belə öz ərazisindən çıxardı, o, nə Avrasiya Birliyinin üzvüdür, nə də KTMT-nin.
Ona görə də ən azı sadə formal məntiq baxımından da başa düşmək olmur, axı ABŞ niyə görə Azərbaycana qarşı olmalıdır? Məgər ilk dörd kənd Azərbaycana qaytarılanda da bunu hamıdan birinci alqışlayan elə rəsmi Vaşinqton deyildimi?..
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ