Onlayn ictimai-siyasi qəzet
Elə bu günlərdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin daha bir görüşü baş tutsa da, üstəlik, sərhəd məsələləri ilə bağlı prosesin də getdiyi bildirilsə də, iki dövlət arasında yenidən soyuqluq müşahidə olunur və sülh sazişinin hətta bu il imzalanacağı ilə bağlı ümidlər tamam azalır.
Daha çox narahatlıq doğuran isə budur ki, sanki hər şey özünün köhnə, son otuz ildə adət olunan orbitinə qayıdır – bu yaxınlarda atəşkəs yenidən pozulmağa başladı və Ermənistan tərəfi bizim sərhəd rayonlarımızı atəşə tutdu, halbuki qırx dörd günlük müharibədən və lokal anti-terror əməliyyatlarından sonra güman edilirdi ki, sərhəddə bu cür insidentlərə birdəfəlik son qoyulacaq...
Amma çox təəssüf ki, belə olmadı, ermənilər cavablarını layiqincə alsalar da, hamı bir daha bu fikrə gəldi ki, bəli, qarşımızdakı ermənilərdir, bunların nə sözünə, nə də imzasına inanmaq olmaz, odur ki, sayıqlığı bircə an belə azaltmaq, əskiltmək olmaz.
Düzdür, arada belə fikirlər də səsləndi ki, guya ki, atəşkəsin pozulmasında indiki erməni hakimiyyətinin, xüsusən də baş nazir Nikol Paşinyanın əli yoxdur, guya bütün bunları erməni ordusundakı yerli hakimiyyətə deyil, daha çox kənar mərkəzlərə, xüsusən də Rusiyaya bağlı qüvvələr edir. Amma burada bir ciddi məqam var. Elə bu günlərdə erməni baş naziri N.Paşinyan bəyan etdi ki, guya Moskva onu bir neçə dəfə devirməyə çalışıb və elə bu müsahibəsində də daha bir anti-Rusiya bəyanatı ilə çıxış etdi: bildirdi ki, onun ölkəsi KTMT-dəki fəaliyyətini dondurubdur. Odur ki, sual olunur: bəs Kreml Paşinyanı devirmək üçün niyə erməni ordusundakı resurslarından istifadə etmir? Niyə görə Moskva Ermənistanda hərbi çevriliş etmir? Axı onun və Ermənistanın rusiyayönümlü müxalifətinin belə təcrübəsi var: bir vaxt onlar birinci erməni prezidenti Levon Ter-Petrosyanı bircə bəyanata görə hakimiyyətdən uzaqlaşdırmışdılar, daha sonra isə yeni seçilmiş erməni parlamentini gülləboran etmişdilər! İndi nə olubdur? Niyə görə Kreml erməni baş naziri Paşinyanla, ümumiyyətlə, Ermənistanla belə mədəni davranır?..
Bəli, belə sualları istənilən qədər davam etdirmək olar. Demirik ki, bu xüsusda cavablar ümumiyyətlə yoxdur. Yox, belə izah cəhdləri var, amma onlar nə qədər inandırıcıdır? Məsələn, belə ehtimal var ki, Kreml Ermənistanı və erməni xalqını itirməkdən qorxur, çünki Moskvada hələ də güman etsələr də ki, guya İrəvandakı anti-Rusiya ovqatı yalnız və yalnız Paşinyanla bağlıdır, digər faktları da inkar etmək olmur: erməni cəmiyyəti Nikol Paşinyan hətta müharibəni uduzandan sonra belə ona dəstəyini azlatmadı və bu dəstək bu günə qədər də davam edir. Məsələn, belə deyirdilər ki, guya fevralın üçüncü on günlüyündə erməni müxalifəti Paşinyanın qərbçi, anti-Rusiya siyasətinə qarşı möhtəşəm etiraz mitinqi keçirəcək.
Amma bir səs- soraq gəlmədi, halbuki fevral da tamam-kamal başa çatdı. Üstəlik, Moskva nədənsə ona daha yaxın olan Ukrayna xalqını itirməkdən qəti qorxmadı, üçüncü ildir ki, ikinci böyük slavyan xalqına qarşı savaş aparır...
Elə bu səbəbdən də ümumi prosesdə qeyri-müəyyənliklər hələ də qalır və onları hansısa ehtimallarla aradan qaldırmaq olmur. Əlbəttə, Paşinyan üçün elə də asan deyil, məsələn, hazırda kilsə ona qarşı opponentlik edir və baş naziri konstitusiya islahatlarından çəkindirməyə çalışır. Amma bir məsələ var ki, N.Paşinyan özü də heç də stabil adam deyil, bu adamın qulağına Paris və onun E.Makronu bir şey pıçıldayan kimi yanlış ümidlərə qapılır və az qala revanşist erməni müxalifəti kimi çıxış etməyə başlayır. Məsələn, sərhəddə son insidentlə - atəşkəsin pozulması ilə bağlı Münhendə çox maraqlı detal oldu. Bir Avropa yetkilisi (deyəsən, Borell idi!) Nikoldan ilk olaraq belə bir sual soruşdu: “Sərhəddə yenə probleminiz yaranıbdır?”. Bunu necə yozmaq olar? Ağla gələn budur ki, Münhendəki konfrans ərəfəsində atəşkəsin pozulması Nikola ona görə lazım idi ki, orada Azərbaycandan “şikayət” etsin, ağlasın və ABŞ-dan, Avropadan nəsə qoparsın, çünki on illərdir İrəvan yalnız bu yolla özünə diqqət çəkə bilir...
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ