İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər niyə köçürlər?..

Ermənilərin bizim Laçın postunda “Bizə heç kim toxunmur, özümüz köçürük” sözlərinə bənd olmayın, onlar başqa yerdə tamam başqa sözlər deyəcəklər.

Bəli, indi Rusiyaın informasiya mənbələrinə inansaq, keçmiş Dağlıq Qarabağdan Ermənistana 42 mindən çox adam köçübdür.

Bunun nə dərəcədə dəqiq olub-olmadığnı deyə bilmərik, amma bu bir faktdır ki, onlar kütləvi şəkildə Ermənistana köçürlər.

Səbəblər müxtəlifdir. Bir hissə Azərbaycanı türklərə qarşı heyvani nifrətinə görə tərk edir, digərləri törətdikləri cinayətlərə görə cəzalandırılacaqlarından ehtiyat edir, başqa biriləri isə fürsətdən istifadə edib qaçqın statusu alaraq daha firavan ölkələrə köçməyi planlaşdırırlar.

Əslində onların buralarda qalıb-qalmaması qətiyyən bizim problemimiz deyil. Dəfələrlə deyilibdir ki, Azərbaycanın qanunlarını qəbul edənlər burada qalıb əvvəlkindən də rahat və firavan yaşaya bilərlər.

Düzdür, bir çox dövlətlər, xüsusən də erməniləri himayə edənlər bütün bunlardan “uzağa gedən nəticələr” çıxarmağa çalışırlar, guya rəsmi Bakının öz ərazisində ermənilərə qarşı “etnik təmizləmə” siyasəti həyata keçirdiklərini iddia edirlər. Ermənilər özləri də bu xordan kənarda durmur, hətta onun başında dayanırlar. Amma qəti faydası yoxdur. “Blokada” oyunu kim bundan da bir nəticə hasil olmayacaq, ermənilərin bu dəfə də yalan danışması hamıya bəlli olacaq.

Ona görə də Azərbaycandan köçən ermənilər daha çox Nikol Paşinyanın və o cümlədən də ermənilərin problemidir. Nikol onları İrəvana buraxmaq istəmir, ehtiyat edir ki, revanşist Qarabağ siyasi klanı ilə buradan Ermənistana köçmüş Dağlıq Qarabağ erməniləri birləşə bilərlər. O ki qaldı Ermənistan ermənilərilə keçmiş Dağlıq Qarabağ ermənilərinə, onlar arasında həmişə ziddiyyət olubdur – son illərədək Ermənistan erməniləri deyirdilər ki, Dağlıq Qarabağ erməniləri təkcə Qarabağı yox, Ermənistanın, xüsusən də İrəvanın özünü də zəbt ediblər.

Düzdür, erməni ideoloqları tamam başqa şey deyir. Onlar iddia edirlər ki, türklərlə bir əsrlik qarşıdurma, o cümlədən otuz illik Dağlıq Qarabağ problemi guya erməniləri bir millət kimi birləşdirdi. Belədirmi? Bizə elə gəlir ki, bu sualın cavabı hələ qarşıdadır, çünki istisna deyil ki, Ermənistan ermənilərilə Dağlıq Qarabağ erməniləri arasında əməlli-başlı ziddiyyət yaransın.

Ötən həftələrdə baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, guya onun göstərişilə 41 min nəfər üçün yer hazırlanıb. Amma on minlərlə adamın sosial problemlərini həll etmək elə də asan bir məsələ deyil, xüsusən də Ermənistan kimi kasıb bir ölkə üçün...
Bəs proseslərin sonu necə görünür? Rusiya prosesləri sakitcə seyr etməkdədir, onunla keçmiş müəttəfiqi arasında “çat” böyüməkdədir. Bu günlərdə Ermənistanda Beynəlxalq Məhkəmənin Roma statutu haqqında qanun layihəsinin ratifikasiya olunduğu bildirildi. Əlbəttə, Rusiya prezidenti yaxın vaxtlarda İrəvana səfərə hazırlaşmırdı. Amma Paşinyan onu bundan ümumiyyətlə məhrum etdi. Üstəgəl, Ermənistanda ABŞ-ın və Fransanın təsiri durmadan artmaqdadır. Bu günədək ABŞ-ın çabaları səngimək bilmir, Vaşinqton Dağlıq Qarabağdakı proseslərə nəzarət etmək üçün beynəlxalq missiya yaratmağa çağırır. Bakı keçmiş Dağlıq Qarabağa BMT müşahidəçilərini buraxmağa hazırdır. Amma bizə elə gəlir ki, bunsuz keçiniləcək – burada ermənilərə, necə deyərlər, “gözün üstə qaşın var” deyən yoxdur, onlar seçimi özləri edirlər.

Həm də çox yaxşı olardı ki, ABŞ, Fransa və yaxud da BMT eyni narahatlığı otuz – qırx il bundan əvvəl, azərbaycanlılar Ermənistandan və Qarabağdan kütləvi şəkildə qovulanda keçirəydilər. Amma onlar bunu etmədilər. Hətta BMT Baş katiblərindən biri Azərbaycana gəlib burada Qarabağın azərbaycanlı qaçqınlarının vəziyyətini öz gözlərilə görmüşdü. Amma nəsə dəyişdimi? Təəssüf! Odur ki, oyun çıxarmağa dəyməz.

Bir daha deyirik ki, burada sadə ermənilərə “gözün üstə qaşın var” deyən yoxdur. Üstəgəl, ABŞ-ın, Fransanın yalançı vurnuxmalarının da heç bir nəticəsi olmaycaqdır. Ona görə ki, bu bölgədə hələki Rusiyasız heç bir beynəlxalq mexanizm işləyə bilməz...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024