İnsanlara hürriyət, millətlərə istiqlal!

“Brejnevsayağı siyasət” – fransız muzdluları Rusiya məhv edir, Fransa Senatı Azərbaycanı hədəfə alır

Yəqin o əhvalatı çoxları bilir. Yeri gəldi, bir daha xatırladaq, bilməyənlər də bilsin. Bir dəfə Brejnev maşınla gedəndə bir heykəli göstərib köməkçisindən soruşur: “Bu, kimin heykəlidir?” Köməkçisi “Qoqolun, Leonid İliç” - deyir. Brejnev “O “Mumu”nu yazan müəllifdir?” - təkrar sual edir. Köçəkçi “Xeyr, Leonid İliç, “Mumu”nu Turgenev yazıb” - cavabını verəndə Brejnev dərin fikrə gedir və “Maraqlıdır, “Mumu”nu Turgenev yazıb, amma heykəli Qoqola qoyublar...” - deyə bildirir.

Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi eynilə Brejnev əhvalatını xatırlatdı. Məsələ burasındadır ki, Azərbaycan Fransaya, onun Senatına, Makronuna, digər ermənipərəst fransızlara...

SENATİ SON.jpg (209 KB)

Amma 336 senator Azərbaycana qarşı əclaflığın “lehinə” səs verəndən 48 saat əvvəl Rusiya ordusu Ukraynanın Xarkov vilayətində fransız muzdluların müvəqqəti dislokasiya olunduğu məntəqəni vurmuşdu. Rusiya Müdafiə Nazirliyi rəsmən məlumat yaydı ki, yanvarın 16-da Xarkovda əcnəbi döyüşçülərin müvəqqəti yerləşdirilmə məntəqəsinə yüksək dəqiqlikli zərbə endirilib, 60 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Rusiya MN-dən o da bildirilmişdi ki, əcnəbi döyüşçülərin əksəriyyətini fransız muzdlular təşkil edib. Brejnev əhvalatı tam yerinə düşür: “Fransız muzdluları Rusiya məhv edir, Fransa senatorları qətnaməni Azərbaycan əleyhinə qəbul edirlər”.

Sovet imperiyasının rəhbərlərindən olan Leonid İliçin yanlışı anlaşılandır, yaşı 80-i keçmiş qoca idi, barəsində lətifələr də saysız-hesabsız idi, bəlkə elə bu da lətifələr seriyasındandır. Amma Avropanın “göbəyi”ndəki Fransanın, onun ali qanunverici orqanının etdiyi əclaflıq lətifəlik material deyil, dünyanın gözlərinin içinə alçaqcasına yalan danışmaq, həqarət etmək tarixi faktları təhrifdir! Bundan əvvəl Fransa Milli Assambleyası da oxşar qətnamə qəbul etmişdi.

ASAMBLİ.jpg (143 KB)

Düzdür, o zaman qondarma “Dağlıq Qarabağ”ın oyuncaq xuntasını “müstəqil subyekt” kimi tanımaq cəfəngiyyatı da əksini tapırdı qətnamədə. Bu dəfə isə hər halda anlayıblar ki, Bakı həbsxanalarında arsızcasına dişlərini ağardan separatçıbaşılardan sonra hansısa “müstəqillik”dən danışmaq özlərini gic yerinə qoymaq olardı. Amma ermənilərin “hüquqları” barədə sərsəm iddialar, Azərbaycana qarşı sanksiya tətbiqinə çağırışlar kimi əsassız iddialar da digər cəfəng tələblərdən geri qalmır. Fransa senatorlarından kimsə Ukraynada məhv edilən həmyerlilərini yada salmadığı halda, öz kefləri ilə Azərbaycan ərazisini tərk edən, heç Ermənistanda da qalmaq istəməyən, hətta xeyli hissəsi Rusiyaya üz tutan ermənilərin “dərdini” çəkir. Məntiqlə, sanksiya qətnaməsi Rusiya əleyhinə qəbul olunmalıydı, fransız muzdluları torpağa gömdüyü üçün. Amma Makron Fransası üçün nə məntiq? O boyda ölkənin prezidenti deyildimi ki, 2020-ci ilin 44 günlük müharibəsinin ilk həftəsində Azərbaycanın “Dağlıq Qarabağı işğal etməsinə imkan verməyəcəyik”, cəfəngiyyatını dilə gətirməyi özünə rəva bilən?!

makron avropa.jpg (66 KB)

Bu arada, Fransanın başçılığı ilə Avropa İttifaqının Ermənistandakı guya “mülki müşahidə missiyası”nın üzvlərinin sayı 138-dən 209-a qaldırıldı. Təbii ki, onları hələ müəyyən olunmamış Azərbaycan-Ermənistan sərhədinə düzmək planı var. Elə şərti sərhədlər boyunca postların qurulması, hətta ABŞ-ın İrəvandakı səfirinin də postda “naryad”a çıxması xəbis planlardan xəbər verir.

İTTİ SON.jpg (99 KB)

Guya Bakı və İrəvanı barışdırmaq istəyirlər. Əslində isə qarışdırmaqdır məqsədləri. Ermənistana zirehli maşınlar, “Bastion”lar göndərən Fransa indi də “Sezar” artilleriya sistemləri göndərməyə hazırlıq görür, Ermənistan üçün kadrlar hazırlayır. Hə, belə bir “sülhpərvər” Fransa 30 il vasitəçi olub, guya “sülhü təmin etmək üçün”. İndi fransız müşahidəçilər hələ dəqiqləşməmiş sərhədlərdə sadəcə müşahidəmi aparacaqlar? Nəyi müşahidə edəcəklər? Əgər Azərbaycan və Ermənistan elə həmsərhəd bölgədə görüşüb-danışmağa meyillidirsə, firənglərin orda nə “iti azıb?”

Güman etmirəm ki, Fransa Rusiyanı Ermənistandan sıxışdırıb çıxartmaq üçün gəlib, yaxud gəlir. Hədəfdə daha çox Azərbaycan və Türkiyədir, nəinki Rusiya və ya İran. Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməsində İran və Fransa ortaqlığını da gördük bu dönəmlərdə... Rusiyadansa çox çəkinirlər. Hətta Rusiya Fransanın gözlərini oymaq üçün hər üsula əl atır. Məsələn, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin demişdi ki, “Fransada muzdluluq qanunla qadağandır. Ona görə də Dövlət Dumasının deputatları bu məsələ ilə bağlı Fransa Milli Assambleyasına müraciət etməlidirlər. Onların qanun normalarını pozan kiminsə muzdlu əsgərlər göndərməsindən xəbəri olub-olmaması bizim üçün vacibdir”. Yəni izahat tələb edirlər Azərbaycana “xox” gəlməyə çalışan Fransadan. Bəlkə də Fransa rəhbərliyi 1812-ci il savaşını xatırlayır tez-tez, 334 min hərbçi itkisini, Napoleon ordusunun məğlubiyyətini...

BUAYON.jpg (59 KB)

Ötən həftə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Şəhidlər xiyabanını ziyarət edib. Səfir özünün “X” hesabında paylaşımında bildirib: “Bu gün biz avropalı həmkarlarımla Şəhidlər xiyabanına toplaşan çoxsaylı azərbaycanlılarla birlikdə 20 Yanvar 1990-cı il qurbanlarının xatirəsini ehtiramla yad etdik”.

Təqdir edirik. Təəssüf ki, bu ziyarət Fransa Senatının idbar qətnaməsindən sonra baş tutub. Azərbaycana jestmi etdilər? Bəlkə də. Amma gərək Fransa səfiri sovet qoşunlarının törətdiyi qırğında şəhid olan azərbaycanlıları ziyarətin ardınca Ermənistanın işğalı nəticəsində həlak olan günahsız insanlarımızın da məzarlarını ziyarət edəydi. Elə Xocalıda şəhid olmuş 5 yaşlı naməlum qızcığazın məzarına gül qoysaydı, kifayət idi. Necə ki, İsrailin Bakıdakı səfiri xiyabanı ziyarət zamanı Albert Aqarunovun məzarını ziyarət etdi... Fransa səfiri Şuşaya da getməyib, unutmamışıq!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024