İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir aya sülh olacaq” deyən Paşinyan hakimiyyəti revanşistlərin arxasında gizlənib - düşmənin yeni məkri

“Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin “xəstəliyi” vaxtaşırı baş qaldırır. Sanki bu mərkəzin missiyası qaşınmayan yerdən qan çıxartmaqdır. Bir müddət əvvəl “sorğu” keçirmişdi, deyilənlərə görə və Ermənistan əhalisinin 80 faizdən çoxu Türkiyə və Azərbaycana qarşı nifrinini ifadə edərək, türklərlə birgə yaşamaq istəmədiklərini bildirmişdilər.

GALLUP sorgusu ilə üzə çıxan MƏNZƏRƏ

Bu sorğu həqiqətən də keçirilmişdisə və ermənilərin mövqeyini əks etdirirdisə, onda demək Ermənistan əhalisi nə Türkiyə ilə sərhədlərin açılmasını istəmir, nə də Qarabağ qayıtmağı ağlının ucundan keçirir. Bəs, onda “Gallup”çuların bu günlərdə keçirdiyi növbəti sorğunu necə başa düşək? “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyanın iddiasına görə, Ermənistanda respondentlərin 33,3%-i qeyd edib ki, ölkə “ermənilərin Dağlıq Qarabağa ləyaqətlə qayıtması” üçün şərait yaratmalıdır”. Əslində bir kəlmə ilə də demək olar ki, get... “Dağlıq Qarabağ”ı ən müasir tarix kitablarında tapa bilsən, gələrsən! Lənət şeytana! Əgər sorğuda doğrudan da ermənilər iştirak edibsə, onda bir daha əmin olursan, bunları dünyanın heç bir tibbi mövcüzəsi sağalda bilməyəcək. Gah deyirlər azərbaycanlılarla bir yerdə yaşaya bilmərik, gah da Qarabağa qayıtmaq xəyalına düşürlər. Özü də “ləyaqətlə”. Ay siz öləsiniz! O gün Xocalıda şəhidlərimizin dəfn mərasimiydi, 90-cı illərdə qətlə yetirilmiş insanlarımızın, soyqırıma məruz qalmış günahsız şəxslərin. Onları hansı ləyaqətsizlər qətlə yetirmişdilər, öz evlərində, yurdlarında? Hansı ləyaqətdən danışırsız? Qərbi Azərbaycanlıların öz yurdlarına ləyaqətlə qayıdışının təmin edilməsi barədə Azərbaycan dövlətinin qətiyyətli mövqeyini tutuquşusayağı əzbərləyiblər bu xəstələr.

Qarabağda tikinti işlərinə yönəldilən vəsait 2 milyard manatdan çox artıb -  SİYAHI - FED.az

“Gallap”un nümayəndəsinin sözlərinə görə, sorğu iştirakçılarının 29,5%-i Ermənistanın gələcəkdə Qarabağ məsələsini yenidən gündəmə gətirmək üçün fürsət gözləməli olduğunu, 21,5% - Qarabağ üzərində erməni nəzarətini bərpa etməyə çalışmaq lazım olduğunu, 10,2% isə Qarabağ səhifəsinə ehtiyac olduğunu düşünür. Respondentlərin 37,9%-i hökumət tərəfindən həyata keçirilən sərhədlərin delimitasiyasına müsbət, 56,9%-i isə mənfi münasibət bəsləyir. Hələ bunlar nədir ki...Respondentlərin 80,3%-i hesab edib ki, Ermənistan Respublikasının Konstitusiyası dəyişməz qalmalıdır.

Əgər doğrudan da bütün bunlar Ermənistan əhalisinin əhval-ruhiyyəsini əks etdirirsə, onda can onların, cəhənnəm Tanrının. Bəs, elə isə Nikol Paşinyanın yeni konstitusiya ilə bağlı təşəbbüsləri, nağılları harda qaldı? Deməli, oyun oynayır, ermənilərin dediyi kimi, revanş üçün fürsət gözləyir?

 Nikol Paşinyanın "DQR" müstəqilliyini təbriki “sülhə ciddi zərbə vurur” -  Azərbaycan XİN - BBC News Azərbaycanca

Sonuncu hal istisna deyil. Məhz buna görə də Azərbaycan Prezidenti bu ilin 28 mayında, Xocalıya, öz evlərinə qayıdan sakinlərin qarşısında çıxış edərkən xəbərdarlıq etmişdi. Sitat: “...Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”

Dövlətimizin başçısı 2023-cü ilin 28 mayında da Laçına qayıdan sakinlərin qarşısında çıxış edərkən Ermənistana, həmçinin o zaman hələ də Qarabağda at oynatmaq istəyən separatçılara xəbərdarlıqlaırnı etmişdi, ancaq dərs götürməmişdilər. Sonuc bəlli. “Gallup” sorğusundan belə görünür ki, növbəti xəbərdarlıqların da təsiri ünvana çatmayıb. Prezident Xocalı ilə bağləı başqa xəbərdarlıq da etmişdi. Bildirmişdi ki, Ermənistan Xocalı soyqırımını etiraf etməlidir, özü bizdən üzr istəməlidir: “Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın”.

 Ermənistanda etirazlar: Kilsənin yüksəlişi, yoxsa revanşist rejimin geri  qayıtma cəhdləri?

Bütün bu tələblər masada ikən Ermənistanda hələ də revanşa can atanlar, əsas qanunda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasının saxlanmasını istəyənlər, sərhədlərin dəqiqləşdirilməsinə qarşı çıxanlar varsa, demək “növbədənlənar cəzalandırma” da işə düşə bilər. Keşiş Baqrat Qalstandan da məqam gözləyir, bildirir ki, dayanmaq niyyətində deyil. Bütün bunlar sülhə vurulan zərbələrdir.

O da şübhə doğurmur ki, ermənistandakı revanşçıları qızışdıranlar var, onlar sadəcə xəstə olduqları üçün belə davranırlar. Bu günlərdə İranın Ermənistandakı səfiri Mehdi Sübhani özünə yer tapmır. Azərbaycanlı namizəd Məsud Pezeşkian prezident seçildikdən sonra ermənilərin narahatlığını görən Sübhani sübh tezdən, ta şər qarışanadək özünü həlak eləyir, ermənilərin qabağında. Bu günlərdə daha Qarabağla bağlı növbəti dəfə sərsəm açıqlamalar verən diplomat bildirib ki, “Dağlıq Qarabağ”ın erməni əhalisi öz vətənlərini könüllü tərk etməyib, ona görə də onların öz evlərinə qayıtması üçün şərait yaratmaq lazımdır. Bu anlamaz hələ də “Dağlıq Qarabağ” adlı subyektin mövcud olmadığını anlamır. Digər tərəfdən özünü Nikol Paşinyandan da qatı erməni kimi aparan səfir Ermənistanın baş nazirinin Qarabağ ermənilərinin gedişi barədə dediklərini belə, təkzib etməyə çalışır. Paşinyan keçən il şəxsən etiraf etdi ki, Qarabağ ermənilərinə qarşı hər hansı təzyiq, işgəncə-filan olmayıb, özləri çıxıb gediblər. Üstəlik, Nikol onlara Ermənistanda yaşamaq imkanı yaratmağı hədəfləyibsə, onda Sübhani niyə özünü yırtıb-dağıdır? Hə, ermənilərin öz yurdlarına qayıtması müzakirə mövzusudursa, onda başlayaq: ermənilərin Qarabağa və indiki Ermənistan adlanan, tarixi Azərbaycan ərazilərinə ilk köçü həm də İrandan başlayıb. Onda Sübhani bir azca tarix kitablarını da vərəqləsin, dərsini öyrənsin və ermənilərin “öz yurduna”, yəni İrana qaytarılması üçün fəaliyyətə başlasın. “Bizim Qarabağ sakinlərinin hüquqları ilə bağlı mövqeyimiz aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və bunu vurğulayırıq, lakin eyni zamanda hesab edirik ki, Qarabağın erməni sakinlərinin hüquqlarına hörmət edilməlidir”, deyən diplomat doğrudanmı bu qədər savadsızdır? Doğrudanmı bilmir ki, 1828-ci ildən sonra İrandan ermənilərin ilk dəstələri köçürülənədək Xankəndidə bir nəfər də erməni yox idi? Qaytarmaqdırsa, qaytarın İrana, yaşasınlar himayəniz altında!

Budur, İran vətəndaşı, sürücü Amid Quluzadə məhz azərbaycanlı olduğuna görə, iyulun 12-də İran-Ermənistan sərhədində erməni sərhədçiləri tərəfindən ölümcül döyülüb. Məntiqlə və qaydalara əsasən, Mehdi Sübhani etiraz mövqeyini bəyan etməli idi, amma susur. Ermənilərin hüquqlarının qayğısına qalan diplomat doğrudanmı hansı ölkəyə xidmət etdiyini də unudub? İran vətəndaşına, onun türk olduğu üçün belə alçaq cinayəti törədənlər sabah eyni məntiqlə İranın türk prezidentindən də qisas almaq üçün yollar arayacaq. Yeri gəlmişkən, əbəs yerə Rusiya Ermənistanın Qərbə can atmasını, ABŞ hərbçiləri ilə birgə təlimlərini təkcə özünə qarşı deyil, həm də İrana qarşı təhlükə olaraq görür. Mehdi Sübhani kimilərin gözləri qapalı olsa da...

İran Azərbaycana qarşı yeni birlik yaradır - Tehranın müəmmalı Qafqaz  siyasəti - GlobalInfo.az

Deyək ki, Fransa, ya İran Ermənistandakı revanşçı qüvvələri Azərbaycana qarşı həvəsləndirir. Bəs, ermənilərin içərisində doğrudanmı müəyyən qədər ağıllı adam yoxdur, bilmirlər ki, onlardan istifadə edirlər? Bu ölkədəki son sorğular Ermənistanda revanşizm meyllərinin gücləndiyini göstərir. Mahiyyət etibarilə, aydın görünür ki, etibarlı təminatlar olmadan Ermənistanla davamılı sülhə getmək mümkün olmayacaq. Əslində dövlətimizin başçısı bildirmişdi: konstitusiyaya, normativ hüquqi aktlara düzəliş edilmədən sülh olmayacaq!

Bu gün təkcə İran deyil, həm də İranın düşməni Qərb paytaxtları da Ermənistanı qızışdırır və bu, oyuncaq ölkəni revanşizmə sürükləyir. Görünür hələ də anlamırlar ki, bunun bədəli ağır olacaq. Azərbaycan bu xəbərdarlığı dəfələrlə edib, bu istiqamətdə cəhdlər olacaqsa, qarşısı qətiyyətlə alınacaq!

 ERMƏNİSTANDAKI REVANŞİSTLƏR YENƏ MÜHARİBƏ İSTƏYİR...

Ermənistandakı revanşistlərə sükutlu reaksiya verən Paşinyan idi “bir aya sülh imzalaya bilərik”, deyən. Hanı? Noooldu Paşinyan, sülhü imzalamağa hazırıq deyirdin, bəs hanı? Ay bitir, erməni revanşistlər səhnəyə çıxır. Belə görünür ki, hətta sülh müqaviləsi bağlansa belə, Qərb və Ermənistan yenidən və daha aqressiv formada Qarabağ mövzusunu gündəmə gətirəcəklər. Bu hallara yol verməmək və bağlanacaq sülh müqaviləsinə etibarlı zəmanət yaratmaq üçün, Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər olmalıdır. Konstitusiyadan ərazi iddiaları, milli və dini ayrı-seçkiliyə yol açan müddəalar çıxarılmalıdır, Azərbaycan Prezidentinin dediyi yeganə həll yoludur! 44 günlük müharibədə fərari erməni ordusu daha çox mülki əhalinin yaşadığı ərazilərdə dislokasiya olunmağa üstünlük verirdi ki, Azərbaycan həmin bölgələri hədəfə alsın, əhali itkisi baş versin, Ermənistan da bütün dünyada hay-küy qaldırsın. Amma istəkləri alınmadı, ordumuz “Bayraqdar”larla nöqtəli zərbələr endirib, düşmən mövqelərini məhv etdilər. İndi də Paşinyan hakimiyyəti sülh nağılları uydurarkən revanşçıları irəli verib. Revanşistlərin arxasında gizlənmək cəhdləri nəticə verməyəcək, daha o hiylələr keçməz, 4 anklav kəndimiz, zaman-zaman ələ keçirilmiş ərazilərimiz qaytarılmalı, Zəngəzur dəhlizi açılmalı, konstitusiya dəyişdirilməlidir! Hələ digər tələblər də var, bu barədə sonra…

P.S. Yazı çapa hazırlanarkən erməni mediası Indian Defence-yə istinadən xəbər yaydı ki, Ermənistan Hindistandan 50 milyonluq snayper silahı alıb. Məkrli planı təsdiqləyən daha bir fakt! “Sülh istəyən” snayper alır…

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024