Onlayn ictimai-siyasi qəzet
Son günlərdə, hətta son həftələrdə diqqətlər daha çox Laçın postuna və onun ətrafında cərəyan edən hadisələrə yönəlib.
Bunun özü heç də təsadüfi bir məqam deyil. Laçın postu elə bir məsələdir ki, o, otuz il davam edən “Dağlıq Qarabağ məsələsi”nə birdəfəlik son qoya bilər. Əslində, belə bir postu təsis etmək Azərbaycanın suveren hüququdur: bir dövlətin ərazisindən başqa bir dövlətin ərazisinə daxil olmaq üçün mütləq müəyyən prosedurlar həyata keçirilməlidir.
Dünyanın hər yerində belədir. Mümkündür ki, Avropa İttifaqı ölkələrinin sərhədlərində fərqli mənzərə hökm sürür. Amma bura hələ Avropa deyil və xüsusən də Azərbaycanla Ermənistan arasında gediş – gəlişlə bağlı ikitərəfli razılaşma yoxdur. Bu baxımdan düşünmək olardı ki, bu məsələ necə deyərlər, bu qədər su aparmayacaq. Amma təkcə Ermənistanın yox, elə Qərbin də qəzəbi soyumaq bilmir. Biz bu sətirləri yazanda deyildi ki, Avropa Şurası Parlament Assambleyası məsələ ilə bağlı hətta xüsusi “qətnamə” qəbul edib.
Bilirsiniz, bunun bir günahı da özümüzdədir. Bu otuz il ərzində Dağlıq Qarabağla bağlı bir çox reallıqları hələ də dünyaya yetərincə çatdırmamışıq. Hələ də onları başa salmamışıq ki, əgər Bakı Xankəndinə qarşı izolyasiya siyasəti həyata keçirsəydi bunu çoxdan edərdi və bölgədəki separatçı rejim də çoxdan çökərdi. Amma Azərbaycan sadə erməni vətəndaşlarına görə bu vaxta qədər bunu etməyib. İndi də etmir, baxmayaraq ki, hazırda bu bölgədə 10 mindən çox erməni silahlısı var. Məşhur Noyabr razılaşmalarına rəğmən onlar bu günə qədər tərksilah olunmayıblar. Ancaq bunu etmək, bölgədə anti-terror əməliyyatları keçirmək Azərbaycanın suveren hüququdur.
Qeyd edək ki, izolyasiya tədbirləri dünya praktikasında geniş yayılmış üsullardan biridir. Məsələn, İsrail neçə illərdir ki, Qəzza bölgəsində belə siyasət aparır, ona görə ki, bu bölgədə hakimiyyətdə terrorçu HAMAS-dır. Erməni terrorçularının onlardan heç bir fərqi yoxdur. Üstəlik, bir daha deyirik ki, Xankəndi Azərbaycanın suveren ərazisidir. İkincisi, təkrar-təkrar yoxlamalar göstərdi ki, Bakı bölgədə heç bir izolyasiya tədbirləri həyata keçirmir, insanlar hər iki tərəfə sərbəst hərəkət edir və yalnız zəruri yoxlamalardan keçirlər.
Amma min təəssüf ki, Avropanın “təmsilçi”ləri bura hazır “bəyanat”larla və “qətnamə”lərlə gəlirlər. Olsun. Onların bu cəhdləri heç bir nəticə verməyəcək. Amma onlar İrəvanın “göz yaşlarına” inanmasalar daha yaxşı olardı, çünki ermənilər hələ də “bəlkə də qaytardılar” ovqatı ilə yaşayırlar...
Qərəz, bölgədə hazırda vəziyyət belədir. Rusiyanın siyasəti bəllidir – Moskva yalnız Zəngəzur dəhlizinin açılmasını irəlilətməkdə maraqlı görünür və bunu da ona görə edir ki, dəhlizin təhlükəsizliyinin təmin olunmasını öz üzərinə götürməyə çalışır. O ki qaldı Qərbə, bu günlərdə Vaşinqtonda Bakının və İrəvanın xarici işlər nazirlərinin görüşləri baş tutmalıdır. Hələlik bir söz demək çətindir. Əsas odur ki, ziddiyyətli və çətin izah olunan məqamlar olsa da, Qərb, xüsusən də ABŞ məsələni irəlilətməyə cəhd edir. İrəvanın sülh prosesinə razılıq verməsi də elə bu məqamla bağlıdır. Əvvəllər belə deyildi, Qərb heç Paşinyan adlı adamı tanımaq belə istəmirdi, çünki Qərb siyasətçiləri və diplomatları israr edirdilər ki, münaqişə bölgəsindəki o vaxtkı status-kvo qəbuledilməzdir və o, dəyişilməlidir. Azərbaycan özü bunu dəyişdi və işğal altında olan rayonlarının demək olar ki, böyük əksəriyyətini qaytardı. Belə bir məqamda ABŞ və Avropa ölkələri başa düşdülər ki, problemin həlli üçün əlverişli an yetişib. Onları fəallaşmağa vadar edən həm də Rusiya ilə bağlı ziddiyyətlərdir. Ona görə də ABŞ fəallaşıb və demək olar ki, təşəbbüsü əlinə alıb. Görək, bundan nə nəticə hasil olur?..
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ