İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Arda Güləri – Santuş onu tapa biləcəkmi?  


Azərbaycanın futbol millisinə yeni baş məşqçi gətirildi. Portuqaliyalı mütəxəssis Fernando Santuşun təyinatı hansı nəticələr verəcək, buna hamımız yaxın gələcəkdə şahid olacağıq. Bizə millinin təəssübkeşi kimi xeyirli-uğurlu olsun demək qalır. Amma ötən illərin acı təcrübəsini də unuda bilmərik. Braziliyalı Karlos Alberto Torres (2004-2005), alman Berti Foqts (2008-2014), xorvat Robert Prosineçki (2014-17), yuqoslav Nikola Yurçeviç (1919-20), italyan Cianni De Byazi (2020-2023) gəlib, gedib, amma...

Bu illərdə biz futbol adına Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ”ımıza görə fəxr eləmişik, hər oyuna son döyüş kimi çıxdıqlarını izləmişik, azarkeş axını da məhz bu zaman olub. Millimizin oyunlarına azarkeşlərin biganə münasibətinin səbəbi üçün “Amerika kəşf etməyə” ehtiyac yoxdur, hər şey göz qabağındadır və hər hansı əcnəbi baş məşqçi hələ ki, minimumları icra edə bilməyən heyətdən maksimum nəticə gözləyə bilməz. Bir sıra hallarda futbol millimizin başına gətirilən əcnəbi mütəxəssislər mənə keçmiş Minsk Qrupunun “pensiyaya çıxmış” həmsədrlərini xatırladır. Vaxtilə onlar da gəlirdilər, Qarabağda yeyib-içirdilər, Bakı və İrəvana da dəyib gedirdilər aldıqları paraları xərcləməyə. Hər yeni gələn həmsədr də vəziyyəti öyərənməyə, tərəflərlə tanış olmağa gəlib-getdi, bir də gördü vaxtı bitib. Əcnəbi baş məşqçilərin də bir çoxu beləcə, tərcüməçi vasitəsilə oyunçularla tanışlığı başa vurmamış gördük ki, illər keçdi, ortada heç olmasa Millətlər Liqasında da nəticə yox. O mənada 70 yaşlı Santuşun “möcüzələr icad edəcəyini” düşünmək yersiz olardı, məncə. Həm də mümkün idisə, “Beşiktaş” müəllimlə yollarını erkən ayırmazdı...

Azərbaycan futbolu son 20 ildə 14 klub itirib

Azərbaycan futbolu ilə bağlı görüləsi çox işlər var və o işlər təməlindən düzgün qurulmalıdır. Bu günlərdə yolum Qax rayonuna düşmüşdü. Şəhər mərkəzindəki, füsunkar mənzərə ilə əhatə olunmuş meydançanı ot basmış, tribunalarını təmirsiz görəndə ürəyim ağrıdı. Bir dəstə uşaq top qovurdu. Amma əslində bura davamlı oyunların mərkəzi olmalı idi, di gəl mənzəri onu demirdi. Yardımlı rayon stadionunun durumu da hər zaman ürəyimi ağrıdır, vaxtilə təmir olunmuş, azarkeşlərlə dolu, oyunlara məkan olan ünvanın bu günü ağlamalıdır. Keçmiş “Xəzər” Lənkəranın yadigar meydançasının durumu da bəlli. Vaxt var idi derbi oyununda stadion lərzəyə gəlirdi azarkeşlərin səsindən. Gəncə stadionunun durumu hətta oyunların keçirilməsi üçün yararlı sayılmırsa, paytaxtdakı meydanlarda isə faktiki olaraq azarkeşsiz oyunlar keçirilirsə, təəssüflənmək heç də həll yolu deyil. Azarkeşin oyunlara gəlişi həm də maliyyə deməkdir, maddi-texniki bazanın inkişafı və sair məsələlər üçün. Həm idmana, futbola marağın artması, sağlam bədəndə sağlam ruh olmasıdır, eyni zamanda futbolçulara ruh aşılanmasıdır. Yəni bir-biri ilə əlaqədə inkişaf əldə olunur, əks təqdirdə natamamlıq kompleksi yaranacaq, baş məşqçi “pensiya”sının haqqını alacağı vaxtı, futbolçular maaşı gözləyəcək sadəcə.

Azərbaycanın ən böyük və ən kiçik – FUTBOL KLUBLARI (PFL) – SİYAHI - FED.az

Nəticədə ölkə futbolu gülüş obyektinə çevriləcək, azarkeş stadionlardan üz çevirəcək, paralel şəkildə uşaqların, yeniyetmələrin futbola marağı da öləziyəcək, min uşağın içərisindən ulduz futbolçu axtarıb tapmaq şansı əldən veriləcək. Bölgələrdə bilirsinizmi nə qədər uşaq, yeniyetmə məhz bir-biri ilə bağlı olan bu kimi önəmli məsələlərin, mərhələlərin aradan qalxması hesabına futbol karyerası quracağı ilə bağlı xəyallarından əl çəkir, nəticədə ölkə futbolu itirir. Yeniyetmələrin idmana, konkret halda futbola meyillənməsi onları zərərli vərdişlərdən uzaqda saxlayır, bunun özü yaxşı hal deyilmi? Futbol həm də böyük paralar, “qeyri-neft sektoru” deməkdir, bütün dünyada. Klublar var ki, nəhəng büdcəyə malikdir. Milyonluq müqavilələr imzalanır, böyük pullar qazanılır.

Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisi təyin olunub

Dövlətimizin yükünü azaldacaq bir sahənin inkişafı üçün niyə kimsə “əlini topun altına”, yaxud “ayağını topun üstünə” qoymaq istəmir? Hanı iş adamları, niyə futbol bazarına sahiblənməkdən yan qaçırlar? Nə vaxta qədər xaricdən mal gətirib baha qiymətə satmağı, yaxud otel biznesi ilə böyük paralar qazanacaqlarını üstün sayacaqlar? Real madridin formasını geyinən 19 yaşlı Arda Gülər həm də bizimdir, qürur duyuruq. Amma heç şübhəniz olmasın, Azərbaycanın da Arda Güləri var, bəlkə də bir neçə nəfər, lakin o istedadları üzə çıxaranlar gərək! Uşaq futbolunun inkişafı A milli takımların gələcəyini şərtləndirir. Portuqaliyalı mütəxəssis Fernando Santuş Azərbaycanı “başmaq seyrinə” çıxıb, istedadlı uşaqların axtarışında olacaqmı, demək çətindir. Amma filmdəki kimi, “barmağını çərtməyə” ehtiyac yoxdur, futbolumuzu irəli aparmaq istəyirsə, məsələlərə kompleks yanaşmalı, bunun üçün ilk növbədə Azərbaycanın futbol mütəxəssisləri ilə də bir araya gəlməli, onları da dinləyib, işə girişməlidir. Biz məmnuniyyətlə Santuş haqqında xoş sözlər yazmağa, onu gələcəkdə xoş sözlərlə xatırlamağa hazırıq, gərək mütəxəssis özü də bizə kömək eləsin. Azərbaycan millisi, bayrağıdır müzakirə mövzusu, söhbət sadəcə, geniş meydandakı yumru topdan getmir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024