Onlayn ictimai-siyasi qəzet
Azərbaycan bütün ölkələrlə normal əməkdaşlıqda maraqlıdır, hətta ərazilərini 30 ildən artıq işğal altında saxlamış, müharibə cinatətləri törətmiş Ermənistanla, onun himayədarı Fransa ilə...Amma görünən budur ki, Azərbaycan dövlətinin xoş məramından, humanist addımlarından sui-istifadə edib, xəbis niyyətlərin həyata keçirilməsi üçün fürsət gəzənlər məkrli siyasətlərindən əl çəkmək istəmirlər.
Ermənistanı “SEZARlı sülh”ə hazırlayan Fransa mövzusundan keçən dəfə bəhs etmişdik. On illər boyunca “həmsədr”, “vasitəçi” qiyafəsində torpaqların əbədi ilhaqı üçün əlindən gələni edən digər ölkədən – “demokratiyanın beşiyi”dir budəfəki yazımızın ünvanı.
Məlum olduğu kimi, iyunun 20-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Rəsmi məlumatda bildirilir ki, telefon danışığı əsnasında Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. Dövlət katibi ABŞ-ın Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələrimiz arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb. Antoni Blinken ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib. Onu da əlavə edib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək.
Prezident İlham Əliyev regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu qeyd edərək ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini vurğulayıb. ABŞ-ın sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlətimizin başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd edib.
Prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə edib.
Rəsmi məlumatda vurğulanır ki, Prezident İlham Əliyev enerji sahəsində ölkələrimiz arasında çoxillik uğurlu əməkdaşlığa toxunub, iqlim dəyişikliyi və COP29-a hazırlıq prosesi çərçivəsində ölkələrimizin nümayəndə heyətləri arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib və COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın dəstək niyyətinə görə təşəkkür edib. Dövlətimizin başçısı Azərbaycanın da ABŞ ilə əlaqələrə əhəmiyyət verdiyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını dəstəklədiyini bildirib.
Telefon danışığı əsnasında ölkələrimiz arasında ali səviyyədə məktub mübadilələri, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən məmnunluq ifadə edilib, həmçinin insan hüquqları və demokratiya, ölkələrin daxili qanunlarının aliliyinə hörmət kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
Göründüyü kimi, kifayət qədər qarşılıqlı hörmətə, əməkdaşlığın inkişafı perspektivlərinə hesablanmış, diplomatik etiketə uyğun rəsmi açıqlamadır. Amma...
ABŞ-dan telefon danışığı ilə bağlı yayılan açıqlamada diplomatik etiketə sığmayan mövqe sərgilənib. Belə ki, Dövlət Departamentinin bəyanatında telefon danışığı zamanı Azərbaycan tərəfinin fikirlərinə, bəyanatlarına yer verilməyib (?!) üstəlik, telefon danışığının mətni belə qərəzli şəkildə təqdim edilib. Bu da azmış kimi, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərilib. Ağ Evin siyasətində nəinki başqa ölkələrin daxili işlərinə qarışmaq, hətta özündən min km-lərlə uzaqda yerləşən ölkələrdə müxtəlif “təcrübə”lər həyata keçirməq adətinin əksini tapdığını siyasətlə az-çox maraqlananlar yaxşı bilir. Amma Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində addım atılırsa, belə olan halda telefon danışığını təhrif etmək nə demək? Hər halda diplomatik təcrübəyə görə, danışıqlarla bağlı yekun açıqlamalar bir çox hallarda rəsmi kanallarla razılaşdırılır. Belə olduğu halda, necə olur ki, Azərbaycanın yaydığı rəsmi açıqlama ilə ABŞ Dövlət Departamentinin açıqlaması arasında “yerdən-göyə” qədər fərq olur? Səbəb nədir? Belə çıxır ki, erməni lobbisi ABŞ-dakı prezident seçkiləri ərəfəsində, Amerika ermənilərinin səsini Baydenin xeyrinə qazanmağa çalışan Ağ Ev administrasiyasına təsir göstərməyə başlayıb. Necə ki, prezident Makron Fransadakı erməni səslərinə görə Azərbaycana qarşı təxribatlarını davam etdirir, sülh prosesini tormozlayan silah anlaşmasına “yaşıl işıq” yandırır.
ABŞ Dövlət Departamentinin bəyanatında Blinkenin “Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə sadiq qalmağa və haqsız yerə saxlananların hamısını azad etməyə çağırması” açıq şəkildə ölkəmizin daxili işlərinə qarışmaqdır, həmçinin nümayişkəranə təhdiddir. Hələ məhkəmə istintaqı davam edən, yaxud digərləri ilə bağlı “haqsız yerə saxlanılan” ifadəsi nə dərəcədə uyğundur, doğrudanmı ABŞ Dövlət Departamentində bunu bilmirlər?
Son günlər ABŞ-nin bir neçə yüksək çinli diplmatının İrəvana səfər etməsi, Ermənistan rəsmiləri ilə keçirilən görüşlər öz sözünü deyib, Departamentin ritorikasından aydın görünür. Blinkenin iki müavinini növbəli qaydada Ermənistana gəldilər. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayenin Ermənistan-ABŞ Strateji Dialoqunun yekun iclasında iştirakı, həmçinin ABŞ dövlət katibinin müavini Riçard Vermanın ABŞ-Ermənistan Demokraiya Forumuna qatılması isə nonses idi
Bu, həmin Ceyms O`Brayn idi ki, ötən il ABŞ Senatındakı erməniləri müdafiə aktına xeyir-dua verərək, “Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda” ittiham etmişdi. Düzdür, sonra Blenkenin Azərbaycan Prezidentinə zəngindən sonra əfv olundu və Bakıya girişinə rəsmi icazə aldı. Amma görünür İrəvanın “havası və suyu” öz təsirini göstərib. Əks təqdirdə, Ermənistanda polisin, qırmızı berelilərin etirazçılarla necə “demokratik dillə” danışdıqlarını, aksiyaçılara qumbara atan polisin partlayış nəticəsində əlindən məhrum olmasını, başı-gözü qan işçində müxalifətçiərdən süpürgə əvəzinə küçə süpürən Paşinyan hakimiyyətinin “humanizm”ini də qiymətləndirərdi. Xeyir, görməyib, özü də tək o yox, həm də digər həmkarı. ABŞ-yə qayıtdıqdan sonra mövqelərini dəqiqləşdirilblər: Azərbaycana qarşı növbəti hücum planını işə salmaq.
Azərbaycan və Ermənistan sülhün əldə olunması üçün ikitərəfli formatda bir sıra addımlar atıb, təbii ki, Azərbaycan Prezidentinin təklifi və qətiyyəti ilə bu prosesi irəli aparmaq mümkün olub. 32 il işğalda saxlanılan kəndlərin 4-ünün azad edilməsi, sərhədlərin tarixdə ilk dəfə dəqiqləşdirilməsi istiqamətində addımların atılması və sair pozitiv addımlar Fransanı narahat etdiyi kimi, “Vaşinqton prosesi” iflasa uğrayan ABŞ-ı da məmnun etmir. Diqqət edin: “tezliklə sülh bağlanmasnı” az qala əmr edənlər nədənsə 30 il ərzində bircə dəfə də olsun işğalçı Ermənistana tezliklə torpaqları azad et və sülh imzala çağırış etməyib. Heç bu günlərdə də yeni müharibəyə yeni silahlarla hazırlaşan Paşinyan hakimiyyətinə qarşı təpkini görmürük. ABŞ-dən Ermənistanı müasir silahlarla təmin edən Fransaya belə, qınağını görmədik. Elə isə “tez olun, sülh bağlayın”, tələskənliyini necə başa düşək?
Bir neçə gün öncə Cəbrayıl ərazisində mina partlayışı nəticəsində insanlarımız ağır xəsarətlər aldılar. Ermənistanın 30 il ərazində darmadağın etdiyi şəhər və kəndlərimizi yenidən tikənlər erməni terrorçularının basdırdıqları minalara düşürlər, həlak olurlar, əzalarını itirirlər! Artıq 44 günlük müharibədən sonrakı mina qurbanlarının sayı 400-ə çatır. Amma ABŞ bu günədək Ermənistana Bakıya ünvanladığı sərt ritorikaya bənzər şəkildə “tez elə, mina xəritələrini Azərbaycana ver!” deməyib. Az qala hər gün Qarabağda kütləvi məzarlıqlar aşkarlanır, şəxsiyyəti dəqiqləşdirilən şəhidlərimizin dəfni davam edir, 30-32 ildən sonra! Dövlət Departamenti bircə dəfə də olsun Ermənistana 4 min nəfər əsir və girov götürülmüş azərbaycanlılarla bağlı dəqiq məlumatların verilməsi barədə çağırış etmir, təsir göstərmir!
Sülhdən bəhs edən, sülh imzalamağa çağıran ABŞ-nin mövqeyində Paşinyanın tələskənliyinə bənzərlik görünür. Niyə tələsirlər? Hələ atılası addımlar var, Azərbaycan Prezidenti şərtini açıqlayıb: Ermənistanın konstitusiyası, normativ-hüquqi aktları dəyişdirilməlidir! Bu olmasa, ABŞ-nin moderatorluğu ilə 2009-cu ildə imzalanan Sürix protokollarının taleyini yaşayacaq sülh müqaviləsi.
Ermənistan son günlərdə - Fransa ilə SEZAR anlaşması imzaladığı ərəfədə, həmçinin amerikan diplomatların İrəvanda Paşinyan hakimiyyətini təlimatlandırdığı həftə ərzində ən müxtəlif istiqamətlərdən – Sədərəkdən başlamış, Kəlbəcərədək şərti sərhədlərdə atəşkəs rejimini kobud şəkildə pozdu. ABŞ Dövlət Departamentindən niyə səs çıxmadı? Atəş səslərini eşitmirlər? Niyə Blinken Paşinyana zəng edib “dərhal atəşi kəs!” çağırış etmir? Niyə Zəngəzur dəhlizinin açılmasını, işğaldakı daha 4 kəndin dərhal azad edilməsini istəmir? Niyə?! Azərbaycandan "dərhal" tələbi edənlər, niyə susur?! Bu qədər də "ağ etmək" olmaz, Ağ Ev, dünya hər şeyi görür!
Elşad Paşasoy,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ