Onlayn ictimai-siyasi qəzet
İranda prezident seçkiləri ikinci tura qaldı. Amma ikinci turu çox gözləmək lazım gəlməyəcək - elə bu həftə, ayın 5-də İran seçiciləri prezidentin kim olacağı məsələsinə aydınlıq gətirəcək.
Amma seçkiyə bir-iki gün qalsa da siyasi təhlilçilər səbrsizlik edir, onun nəticələrini artıq indidən müəyyənləşdirməyə çalışırlar.
Təkrarçılıq olsa da, hələlik qeyd edək ki, ikinci tura M.Pezeşkian və S.Cəlili keçdi. Bəli, bir islahatçı və bir mühafizəkar! Diqqət çəkən budur ki, birinci turda liderlik islahatçıya nəsib oldu - bəli, birinci turun lideri həkim-kardioloq, azərbaycanlı M.Pezeşkian oldu.
Prinsip etibarilə, elə irəlicədən də belə təxmin edilirdi - reytinq sorğularında Məsud Pezeşkian liderlik edirdi, baxmayaraq ki, hakimiyyət dairələri M.B.Qalibafı müdafiə edir və Pezeşkianın yalnız seçici fəallığını artırmaq, seçkilərə daxili və xarici marağı artırmaq üçün seçkiyə buraxıldığı bildirilirdi.
Amma biz hələ birinci tur ərəfəsində yazmışdıq ki, tutaq, seçki fəallığı artdı, amma insanlar Pezeşkiana səs verdilər, bəs onda nə olacaq? Hakimiyyət dairələri isə özlərini elə aparırdılar ki, sanki bu ssenari onlar üçün hətta nəzəri cəhətdən də mövcud deyil.
Bəs seçkinin detallarına varsaq, bununla bağlı nə demək olardı? Birincisi, qeyd etmək lazımdır ki, seçki ərəfəsi reytinq sorğuları doğruldu, Pezeşkian seçkilərin lideri oldu. İkincisi, seçici fəallığı ilə bağlı deyilənlər təsdiqini tapmadı, fəallıq hətta ötən prezident seçkisində olduğundan da aşağı oldu. Onda bəs ikinci turda nə gözlənilir?
Hamı daha çox Pezeşkina yüksək şanslar vəd edir. Məsələ bundadır ki, insanlar islahatçı namizədin üstünlüyünü görüb seçki ilə maraqlana bilərlər, bu isə seçici fəallığının artmasına səbəb ola bilər. Amma burada bir məqam var. Birinci turda üç mühafizəkar namizəd iştirak edirdi. Bu da istər-istəməz səslərin bölünməsinə gətirib çıxarırdı.
İkinci turda isə cəmi bir mühafizəkar olacaq və bu düşərgəni dəstəkləyənlər səslərini mühafizəkar S.Cəliliyə verəcək. Qərəz, ikinci tur üçün də mümkün ssenarilərin sayı çoxdur. Görək, bunların hansı doğrulacaq? Belədə isə, bir daha deyirik ki, ən şanslı namizəd M.Pezeşkian sayılır...
Amma ola bilsin, iranlı seçicilər növbəti dəfə müəyyən ümidlərə qapılacaq və seçkilərdə fəal iştirak edəcək və hətta islahatçı namizədə səs verəcəklər. Fəqət, bu, nəyisə dəyişəcəkmi? Onların ümidləri doğrulacaqmı? Təəssüf ki, İrandan kənarda da bu xüsusda gözləntilər elə də böyük deyil. Məsələn, ABŞ rəsmiləri hətta birinci tur ərəfəsində bəyan etdilər ki, onların seçkilərdən heç bir gözləntiləri yoxdur və İranda müsbətə doğru heç bir irəliləyiş, dəyişiklik olmayacaqdır. Bəs beynəlxalq dairələri bu cür pessimist fikirlərə yönəldən nədir? Bəri başdan deyək ki, məsələ heç onda da deyil ki, İranda prezident heç də ən həlledici post deyil. Yox, problem başqadır.
Bu vaxta qədər İranda islahatçı çətiri altında hakimiyyətə gələn çox olub, amma onların heç bir ümidləri doğrultmayıb. Bəli, M.Pezeşkian daha çox islahatçı kimi görünür. O, ruhani elitasına daxil deyil, bir az əvvəldə qeyd etdiyimiz kimi, həkim- kardioloqdur. Üstəgəl, bu adam öz mühafizəkar rəqibləri kimi hakimiyyətdə mühafizəkar postlarda da təmsil olunmayıb, səhiyyə naziri kimi çalışıb, parlament üzvü olub - o, Qalibaf kimi briqada generalı, Purməhəmmədi kimi prokuror olmayıbdır. Gəl, səhv etmiriksə, bu adam vitse-prezident də olub. Bu isə o deməkrdir ki, o, İran siyasətində yeni adam deyil. Üstəgəl, Pezeşkian seçki vaxtı bəyan etdi ki, dini lider S.Ə.Xameneyinin bütün tapşırıqlarını yerinə yetirəcək və C.Zərifi də xarici işlər naziri təyin edəcək...
Əlbəttə, bütün bunlar o demək deyil ki, heç bir ümid yoxdur. Yox, bu, siyasətdir və burada hər şey ola bilər. Məsələn, bir vaxt Mixail Qorbaçov da Kommunist Partiyasının sıralarından çıxmışdı, amma bu, ona kommunist rejimini de-montaj etməyə mane olmadı. Kim bilir, bəlkə elə İranda da belə olacaq?..
31 Mart 2025
29 Mart 2025
24 Mart 2025
22 Mart 2025
18 Mart 2025
15 Mart 2025
11 Mart 2025
08 Mart 2025
04 Mart 2025
01 Mart 2025
25 Fevral 2025
22 Fevral 2025
18 Fevral 2025
15 Fevral 2025
11 Fevral 2025
08 Fevral 2025
03 Fevral 2025
01 Fevral 2025
28 Yanvar 2025
25 Yanvar 2025
20 Yanvar 2025
18 Yanvar 2025
14 Yanvar 2025
11 Yanvar 2025
07 Yanvar 2025
04 Yanvar 2025
30 Dekabr 2024
28 Dekabr 2024
24 Dekabr 2024
21 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ