Onlayn ictimai-siyasi qəzet
Qarabağ separatçılarının 1990-cı illərdən Moskvada fəaliyyət göstərən “nümayəndəliyi” bağlanacaq. Bu bəd xəbəri ermənilərə “Hraparak” qəzeti verib. Məlumatın nə dərəcədə həqiqət olduğunu yəqin ki, az sonra biləcəyik. Hər halda, “od olmasa, tüstü çıxmaz”.
Ümumiyyətlə, son vaxtlar Rusiya Azərbaycana bəzi maraqlı reveranslar eləməyə başlayıb. Onlardan biri də siyasi şoumen və şarlatan, qatı erməni sevdalısı Vladimir Solovyovun öz verilişinə separatçı-quldur David Babayanı çağırdığına görə bir gündə iki dəfə (!) Azərbaycandan üzr istəməsidir. Əlbəttə ki, bu tele-dələduz üzrxahlığı xoşluqla eləməyib. Tapşırığı “yuxarıdan” alıb.
Amerika Erməni Assambleyası isə əksinə, ermənilərə “xoş xəbər” çatdırıb. Bildirilir ki, ABŞ Konqresi 2023-cü maliyyə ili üçün qanun layihəsinə Ermənistana 60 milyon, “Dağlıq Qarabağ”a 2 milyon dollar humanitar yardım ayırmaqla bağlı müddəa əlavə edib. Halbuki daha əvvəl separatçılara bir sent belə yardım edilməyəcəyi bildirilmişdi...
Hər iki xəbər eyni gündə yayılıb. Bundan bir qədər öncə isə ATƏT-in üzdəniraq Minsk Qrupu ətrafında ABŞ və Rusiya arasında məlum fikir ayrılığı, siyasi çəkişmə diqqət çəkmişdi. Daha dəqiqi, Amerika rəsmilərinin Minsk Qrupuna böyük və dərin “sevgisi” üzə çıxmışdı.
İşə bax, Moskva faktiki Bakının mövqeyindən çıxış edərək, Minsk Qrupu formatından imtina edir, Birləşmiş Ştatlar isə kapitulyant Ermənistanın dili ilə danışaraq deyir ki, yox e, öldü var, döndü yox, Minsk Qrupunu yaşadacam, ona təzə nəfəs, “çəki-düzən” verəcəm. Hətta ilin-günün bu vaxtında “ölü qurum”a özünün yeni həmsədrini təyin edir. Ölmüş insanı tənəffüs aparatına qoşmaq kimi absurd bir cəhd yəni.
Sonra. Rusiya separatçıların Moskvadakı ofisini bağlayır (hər necə olmasa, məlumatı erməni mənbələri yayıb), ABŞ Konqresi isə erməni separatçılarına “humanitar kömək” adı ilə növbəti dəfə, 2 milyon dollar yardım ayırır. Donbas separatizmi ilə mübarizədə Ukraynaya hər cür yardım göndərən, bundan ötrü hətta 2-ci Dünya müharibəsindən sonra ilk dəfə “lend-liz” qanunu qəbil edən Amerika, eyni köməyi separatizmdən Ukrayna qədər əziyyət çəkən Azərbaycana yox, erməni separatizminə göstərir. Azərbaycanda tam əksinə, aqressiv separatizmi qızışdırır.
Heyrətamizdir, deyilmi? Ukraynaya hərbi müdaxiləyə görə Rusiyanı işğalçılıqda, bölücülükdə, ədalətsizlikdə suçlayan “ədalətli” ABŞ erməni şərəfsizlərə gələndə nə sirdirsə “valı” dərhal dəyişir və qınadığı Rusiyanın yerini tutur, işğalçı Ermənistanın, separatçıların yanında durur, onlara üstəlik, maliyyə ayırır, mənəvi güc verir. Sanki 44 günlük müharibədə məğlub olanlardan biri də ABŞ-dır deyə, bizə qarşı ermənidən betər qəzəb sərgiləyir, diş göstərir...
İndi biz bu dövlətin Azərbaycanla Ermənistan arasında, regionda sülh yaratmaq istəyinin səmimiliyinə necə inanaq? Konkret halda Rusiya ondan daha abırlı görünmürmü bu məsələdə?
Görünür. Hərçənd, Rusiya da “az aşın duzu” deyil, bilirik. Bu da təzə fakt. Rusiya Müdafiə Nazirliyinin (MN) Qarabağda sülhməramlı missiya ilə bağlı dünən yaydığı bülletendə də “Dağlıq Qarabağ” ifadəsi işlədilir, mövcud olmayan “Mardakert”, “Martuni” və “Şuşa rayonları”ndan danışılır.
Amma Rusiya sülhməramlıların ipi bizim əlimizdə. Sabah razılıq vermərik, şələ-külələrini götürüb ərazimizdən gedərlər. Bəs ABŞ-ın sərhəd, sənəd, kapitulyasiya aktı tanımayan hikkəsi?..
Zahid SƏFƏROĞLU
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
24 May 2024
21 May 2024
17 May 2024
08 May 2024
03 May 2024
27 Aprel 2024
23 Aprel 2024
18 Aprel 2024
13 Aprel 2024
09 Aprel 2024
05 Aprel 2024
03 Aprel 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ