Onlayn ictimai-siyasi qəzet
“Zəngəzur dəhlizi layihəsi hələ də müzakirə olunur, lakin erməni tərəfi bu layihə ilə bağlı həqiqətən maraqlandığını nümayiş etdirməlidir”.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico”ya müsahibəsində deyib.
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan Süniki tutmaq fikrində deyil. Həmçinin Hikmət Hacıyev qeyd edib ki, Zəngəzur dəhlizi layihəsi artıq Bakı üçün cəlbedici deyil, belə ki, oxşar təşəbbüsləri İranla da hazırlamaq olar.
Azərbaycan Prezidenti oktyabrın əvvəlində bildirib ki, Bakı Tehranla Ermənistandan yan keçməklə İrandan ərazisindən Naxçıvana avtomobil və dəmir yollarının çəkilməsi barədə razılığa gəlib.
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ