Onlayn ictimai-siyasi qəzet
Argentinalı futbolçu Lionel Messi Amerikanın "İnter Mayami" komandası ilə ilk kuboku qazandıqdan sonra azarkeşlər arasında riqqət doğuran hərəkət edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Şimali Amerika Liqa Kubokunun finalında "İnter" "Naşvill"i məğlub edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və penaltilər seriyasını argentinalı hücumçunun komandası daha yaxşı yerinə yetirib - 10:9.
Messi əsas vaxtda və penaltilərdə qol vurub, amma onun diqqətçəkən jesti mükafatlandırma mərasimində olub.
Mayamiyə köçəndən dərhal sonra kapitan sarğısını alıan Messi komandası kuboka layiq görüləndə əvvəlki kapitan DeAndre Yedlindən onun yerinə kuboku qaldırmağı xahiş edib.
Nəticədə futbolçular kuboku eyni vaxtda qaldırıblar.
Ümumilikdə, argentinalı üçün bu kubok onun karyerasında klub turnirləri və milli komandalar səviyyəsində 44-cü olub.
Bu göstəriciyə görə o, artıq karyerasını başa vurmuş braziliyalı müdafiəçi Dani Alveşi qabaqlayaraq, birinci yerə çıxıb. Beləliklə, argentinalı tarixin ən titullu futbolçusu olub.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ